Qeybətə qulaq asmaq günahdırmı?

Qeybətə qulaq asmaq günahdırmı? Bu vərdiş içki, qumar kimi pis vərdişlər sırasındandır
Bəzən istəməyərək də olsa, insanların arxasınca danışırıq. Onları müzakirə edir, olub-olmayanları ayağına yazır, bəzən haqlı, bəzənsə də haqsız çıxarırıq. Belə söhbətin adı dedi- qodu qoyulur və insanlar bunun günah olduğunu bilə-bilə bu əməldən çəkinmirlər.

"Məndən eşitmiş olma, amma filankəs filan işi etdi" demək belə qeybət sayılır və xoş qəbul olunmur. Kiçik bir cümlə ilə başlayan söhbət ailənin, qohumun, qonşunun, işdəkilərin, yoldakıların müzakirəsi ilə davam edir. Əslində insanlar bilərəkdən qeybət etmirlər. Uzunmüddətli vərdişin nəticəsi olaraq qeybət çox insanlar üçün söhbət mahiyyətini daşıyır. Əslində bu vərdiş elə içki, qumar kimi pis vərdişlər sırasındandır.

Dedi-qodu sevgi, şəfqət və mərhəməti azaldan pis əxlaq xüsusiyyətidir. Bəzən qapı qarşısında qonşularla, bəzən də saatlarla telefon söhbətlərində bu mənzərəni görmək mümkündür. Maraqlısı odur ki, bu şəxslər dedi-qodudan dərin zövq alırlar. Çünki dedi-qodusu edilən insan hörmətdən salınıb-alçaldılarkən dedi-qodunu edənlər özlərini üstün göstərməyə çalışırlar. Bu səbəbdən də bir-biriləri ilə danışa biləcəkləri bir çox faydalı və ya gözəl mövzu olduğu halda, insanlar israrla bəzilərinin dedi-qodusunu edirlər. Ətrafda olan və olmayan bütün insanlar dedi-qodunun qaynağı ola bilir.

Hacı Kamilin sözlərinə görə, yerli və ya yersiz qeybət etməkdən asılı olaraq günah olub-olmaması da dəyişir. Bir günahı cəmiyyət içində çəkinmədən edən şəxsin qeybəti caizdir, haram sayılmır. Belə insanlara İslamda fasiq və ya facir deyilir: "Deyəcəyimiz cümlələr haqqında danışdığımız insanın xoşuna gəlməyəcəksə belə söhbətlərdən mümkün qədər qaçmaq lazımdır. Çünki edilən söhbət sahibinə çatdığı zaman o adamın xoşuna gəlməzsə bu qeybət olar. Qeybət, bir kimsənin arxasından xoşuna gəlməyəcək şeyləri söyləmək, başqa bir deyimlə, özümüzə deyildiyi zaman xoşumuza gəlməyəcəyi bir şeyi, din qardaşımız haqqında arxasından danışmaq mənasını verər. Xalq arasında dedi-qodu, qeybət ilə eyni mənada istifadə olunur. Qeybət, insan və ya insanlarla əlaqədar bəzi şeylər üzərində olar. Adamın bədəni, əxlaqı, işi, dini, dünyası, paltarı, evi, dedi-qodu mövzusu ola bilər. Bu gün bu formada dedi-qodu edənləri elə yol getdiyiniz yerdə, avtobusda, metroda müşahidə etmək adi hal alıb" deyən müsahibimizin sözlərinə görə, qaş-göz işarəsi etmək, eyham, işarə və yazı kimi qeybət mənası ifadə edən hər hərəkət də qeybətdəndir. Məsələn, əllə birinin uzun və ya qısa boyluluğuna işarə etmək, bir şəxsin ayıbları haqqında danışılmasa belə işarələrlə başqasını başa salmaq qeybətdir. Qeybəti təsdiq etmək də qeybətdir. Qeybət edilən yerdə susan adamlar, onları susdurmaq üçün müdaxilə etməyənlər də qeybətə ortaq olmuş olur. Dillə qeybətçiyə qarşı dayana bilməyən insanlar ürəyi ilə inkar etməlidir. Qeybət o zaman caiz olur ki, o insan həya etmir. Aşkarda günah edən və bu mövzuda heç kimdən çəkinməyən şəxsin qeybəti caiz, günahını gizlədən, lakin başqalarının söhbətini ortaya tökən şəxsin qeybəti isə haramdır.

İnsanın eşitdiyində xoşlanmadığı söhbəti arxasınca danışmağın doğru olmadığını hər insan bilir. Dedi-qodu edən insan da daxil olmaqla, heç kim bunun əksini iddia etmir. Çünki həqiqətən, tənqidi mövzu varsa və bu mövzu o insana kömək etmək məqsədilə danışılırsa, ən doğru hərəkət bu vəziyyəti həmin şəxsə bildirməkdir. Yoxsa hər kəslə vəziyyətin müzakirə edilməsində və qınanan insanın vəziyyətdən xəbərdar edilməməsində yaxşı niyyət yoxdur. Üstəlik, dedi-qodu edən insanlar həmin davranışın onlara qarşı da edilmə ehtimalının olduğunu bilir və bundan daim narahat qalırlar. Dedi-qodu etmək çox pis əxlaq xüsusiyyəti olduğu kimi, insanların vaxtlarının boş və məqsədsiz keçməsinə səbəb olur. Çox kiçik mövzular dedi-qodu səbəbindən qarşısıalınmaz problemlərin, mübahisə və mübarizələrin ortaya çıxmasına gətirib çıxara bilər.

Psixoloq Firuzə Zeynalovanın sözlərinə görə, insan qadağan olunan hər şeyə meylli olduğu üçün, qeybətin haram olduğunu bilə-bilə ondan çəkinmir. Çünki söhbətlə qeybətin tamamilə ayrı-ayrı məfhum olduqlarını ayıra bilmirlər. İnsanlar öz günahlarını başqalarının günahları ilə bağlamağa çalışır. Bu isə sonda qeybətə gətirib çıxarır: "Əgər insan hər əməlini ölçüb-biçərək addım atsa, onda heç bir səhvə yol verməz. Qeybət də elədir. İnsan düşünmür ki, mən bunu desəm bu qeybət, başqasının eybini ifşa etmək olar. Danışarkən düşünmək lazımdır ki, bu danışdıqlarımı eşitsə buna münasibəti necə olar? İnsanları incitmək çox asandır, lakin onları qazanmaq olduqca çətin. Təəssüflər olsun ki, bu gün qeybət geniş şəkildə yayılıb, cəmiyyətin bütün təbəqələrində dərin kök sala bilib. Dünyada cərəyan edən hadisələr birbiri ilə əlaqəli olduğu kimi, ictimai təbəqələrdən birində də hər hansı çatışmazlıq meydana gəldikdə, tez bir zamanda yoluxucu xəstəlik kimi digər təbəqələrə öz təsirini göstərir. Qeybətin geniş şəkildə yayılması nəticəsində cəmiyyətə ümidsizlik və bədbinlik hakim olur, inam duyğusu yerini etimadsızlığa verir. Beləliklə, ictimaiyyətə yüksək əhval-ruhiyyə hakim olmayınca, heç vaxt səmimiyyət əldə edilmir".

mənbə:ekspress.az


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 3102   Tarix: 20 sentyabr 2013  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Meteohəssas insanların NƏZƏRİNƏ: Mayın 5-6-sı güclü başağrınız ola bilər

Mayın 5-6-da geomaqnit qasırğası olacaq. Bu barədə Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrası məlumat yayıb. Bildirilib ki, hazırda Günəş aktivliyi yüksək səviyyədədir. Baş verən M9.1 (R2 güclü) alışması bu ilin M sinif alışmaları arasında ən güclüsü olub. Digər akti

05.05.2024 179
.

Polşalı morja yaxınlaşdı, 1100 dollarından oldu

Polşadan olan turist Norveçin Şpitsbergen arxipelaqında morja çox yaxınlaşdığı üçün cərimələnib. O, buz örtüyünün üzərinə düşərək heyvana yaxınlaşıb. Turist yerli hakimiyyət orqanları tərəfindən "buz örtüyü üzərində uzanmış morjun narahatlığına səbəb olmaqda" ittiham edilib. Arxipelaqda qüvvəd

28.04.2024 452
.

Sizin haqqınızda bütün həqiqəti söyləyəcək qəribə TEST

Testlər bütün suallara cavab vermir, lakin onlar şübhəsiz ki, özünüzü daha yaxşı və güclü və zəif tərəflərinizi başa düşməyə kömək edir. Təqdim olunan şəkillərə baxmaq kifayətdir və ilk olaraq diqqətinizi çəkənləri vurğulayın. xarici mediaya istinadən bildirir ki, əgər hazırsansa, ilk sınağa başlayın!

05.05.2024 630
.

"WhatsApp" yeni funksiya ilə HƏR KƏSİ HEYRƏTLƏNDİRƏCƏK

Populyar "WhatsApp" mesencerində xüsusi nişandan istifadə edərək vacib söhbətləri ayırmağa imkan verən yeni funksiya olacaq. Bildirilir ki, proqramda söhbətlər üçün "Sevimlilər" bölməsi yaradılacaq. Bu kateqoriya üçün lazımi dialoqları mesencer parametrlərində və ya pəncərənin özünd

28.04.2024 1607
.

Baltik siyənəkləri nəsli kəsilmək təhlükəsi ilə üz-üzədir

Baltik siyənəkləri nəsli kəsilmək təhlükəsi ilə üz-üzədir. "Report" xəbər verir ki, bu barədə "Bloomberg" yazıb. Qeyd olunub ki, siyənək balığı Norveç qızılbalığı üçün yem kimi istifadə olunur və kütləvi şəkildə tutulur. Dünya qızılbalığının yarıdan çoxunu təmin edən Norveç isə ötə

05.05.2024 222
.

Nigeriyada tıxacda 300-dək avtomobil yandı

Nigeriyada magistral yolda yaranan tıxacda 100-dən 300-ə qədər avtomobil yanıb. Hələ ki, tələfat barədə məlumat yoxdur, lakin itkilər çox ola bilər. Çünki şahidlərin sözlərinə görə, insanlar çox vaxt qapıları açmağa vaxt tapmayıblar. İnsident Şərq-Qərb magistralının Rivers ştatı ərazisində baş verib

28.04.2024 280
.

Android 15 yeniləməsi ilk olaraq hansı telefonlara gələcək?

"Google"un əməliyyat sisteminin yeni versiyası olan Android 15-in 2024-cü ildə buraxılacağı gözlənilir. xarici mediaya istinadən xəbər verir ki, yenilənməni ilk alacaq cihazların siyahısını təqdim edib. Həmişəki kimi "Google Pixel" cihazları təkmilləşdirməni ilk alanlar olacaq. Anca

05.05.2024 244
.

Tərkibində təhlükəli qatqılar olan süfrəmizin "bəzəyi" - ARAŞDIRMA

"Üç ağ" - duz, şəkər, undan uzaq durun deyirlər. Lakin məhz bu məhsulların Azərbaycanda istehsal və istehlakının artmasının şahidi oluruq. Məsələn, fevral ayında açıqlanan rəqəmlərə görə, ölkədə şəkər istehsalı 25 faiz artıb. Dövlət Statistika Komitəsinin apreldə açıqladığı rəqəmlərdə isə du

04.05.2024 261
.

Niyə toy üzüyü sağ ələ taxılır? - MARAQLI SƏBƏB

Evləndikdən sonra üzüklərin dəyişdirilməsi ənənəsi var. Yeni evlənən cütlüklər bir-birinin sağ əlinin 4-cü barmağına üzük taxırlar. xarici KİV-ə istinadən xəbər verir ki, dünyanın müxtəlif ölkələrində toy üzükləri fərqli barmaqlara taxılır. Dini baxımdan. Məlumdur ki, xristianlar sağ əllərinə üzük taxırlar

27.04.2024 819