Brilliant Dadaşovanın ad günüdür

Brilliant Dadaşovanın ad günüdürBu gün xalq artisti Brilliant Dadaşovanın ad günüdür.

Müğənni 48 yaşını qeyd edir.

Brilliant Dadaşova 1965-ci ildə Bakı şəhərində anadan olub. Onun anası avtomobil qəzasında həlak olmuş məşhur qarmon ifaçısı Qızxanım Dadaşovadır. Brilliant Dadaşovanın musiqi karyerası 1983-cü ildə Eldar Mansurovun mahnıları ilə başlayıb. 1985-ci ildə o, Moskvada keçirilən Ümumdünya Gənclər Festivalında ilk dəfə böyuk səhnəyə çıxıb.

1986-cı ildə Brilliant Dadaşova və Akif İslamzadə "Hər şey gözəldir həyatda" adlı mahnını yazdırıb və bəstə Azərbaycanda çox məşhur olub. Həmin ildə xalq artisti eyni adlı musiqi albomu çıxarıb. 1987-ci ildə o, sovet ifaçıları arasında keçirilən müsabiqədə birinci yerə nail ola bilib. 1989-cu ildə Brilliant Dadaşovanın çox məşhur "Bayatılar" adlı mahnısı işıq üzü görüb.

Daha sonra Brilliant Dadaşova Azərbaycanı İsveç, Avstriya, Almaniya, Böyük Britaniya, Amerika Birləşmiş Ştatlar və digər dövlətlərdə uğurla təmsil etməyə başlayıb. Sovet İttifaqı dağıldıgdan sonra Rusiyada solo konserti ilə çıxış edən ilk Azərbaycan müğənnisi məhz Brilliant Dadaşova olub. O, Rusiyanın ən iri iki şəhərində - Moskvada və Sankt-Peterburqda çıxış edib.

Brilliant Dadaşovanın 1994-cü ildə "Sevəcəyəm" adli musiqi albomu çıxıb. Bu disk həm Azərbaycanda, həm də Türkiyədə çox uğurlu olub. 1995-ci ildə "Züleyxa" mahnısına çəkilmiş videoklip Rusiya kanalında nümayiş etdirilməyə başlayıb və oranın qızıl onluğunda uzun müddət ərzində ön cərgələrdə qalıb. Həmin o ildə, müğənninin "Züleyxa" adlı diski çıxıb. 1998-ci ildə "Dərdimdən öləcəksən" adlı albomu işıq üzü görüb.

1997-ci ildə Brilliant Dadaşovaya əməkdar artist adı verilib. Həmin ildə o, bir sıra yerli müğənni və Norveçin SKRUK ansamblı ilə birlikdə "Landet vi kommer fra" Azərbaycan-Norveç layihəsində iştirak edib. 1999-cu ildə xalq artisti bələdiyyə seçkilərində qalib gələrək Bakı şəhəri Səbayıl rayon bələdiyyəsinə üzv seçilib. 2000-ci ildən 2005-ci ilədək o, "Space" kanalında "Gözəllik dünyanı xilas edəcək" adlı veriliş aparıb.

2008-ci ildə Brilliant Dadaşovanın iki diskdən ibarət "Masal Dünyam" adlı musiqi albomu çıxıb. Bu albom Türkiyədə yazılıb və çox uğurlu olub. Həmin il sənətçi xalqartisti fəxri adına layıq görülüb.
Ailəlidir, bir oğlu var. Həm Azərbaycan, həm də Türkiyə vətəndaşıdır.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 1959   Tarix: 15 sentyabr 2013  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Akif İslamzadədən qalmaqallı açıqlama - "Aparıcıların çoxu qadındır"

Xalq artisti Akif İslamzadə "Mirinin dibçəyi" layihəsində qonaq olub. Axşam.az xəbər verir ki, ifaçı açıqlamasında "Mədəniyyət" telekanalı tənqid edib:. "Efirlərə məni dəvət edirlər. Bu yaxınlarda "Mədəniyyət" telekanalından dəvət aldım, Hacıbaba Hüseynovun ölümünü

10:50 0
.

Serenay Sarıkaya "Esengül" rolunu oynaya bilər

Türkiyəli arabesk müğənnisi Esengülün həyatı barədə film çəkiləcək. xəbər verir ki, bu barədə türk mətbuatı bildirib. Esengül rolunu Serenay Sarıkayanın oynayacağı iddia olunub. Qeyd edək ki, Serenay Bergen rolundan son anda imtina etmişdi

03.05.2024 281
.

Bu da Ülviranın modelə bənzəyən qızı - Gözəlliyi ilə HEYRAN EDİR - FOTO

Aparıcı Ülvira Qarayeva sosial media hesabında paylaşım edib. xəbər verir ki, sənətçi "instagram" hesabında qızı Zeynəbin fotosunu izləyiciləri ilə bölüşüb. Paylaşım izləyicilərin marağına səbəb olub. Qeyd edək ki, Ülviranın qızı tibb təhsilini Türkiyədə alıb, orada da çalışır

04.05.2024 803
.

Türkiyəli məşhurlarla filmə çəkilən azəbaycanlı aktrisa ilə MÜSAHİBƏ

Azərbaycanlı məşhur aktrisa Aysel Nazim Türkiyədə filmə çəkilib. O, bir çox məşhurların çəkildiyi "Çingene Kızı" adlı filmdə baş rolu ifa edib. Film 10 mayda Türkiyədə, 15 mayda isə Azərbaycanda təqdim olunacaq. Qeyd edək ki, filmdə türkiyəli məşhurlar İnan Ulaş Torun, Altan Erkekli, Orha

04.05.2024 379
.

Hadise bu yarışmada münsif olacaq

Türkiyəli müğənni Hadise Belçikanın "Sing Again" yarışmasında münsif olacaq. xəbər verir ki, bu barədə türk mətbuatı bildirib. Qeyd edək ki, Hadise illər əvvəl bu proqramda yarışmaçı kimi iştirak edib

03.05.2024 374
.

"Estetik deyil, fotoşopdur" - Rafet El Roman

Son zamanlar üzündəki dəyişikliklə gündəmə gələn türkiyəli müğənni Rafet El Roman estetik etdirməsi ilə bağlı iddialar haqqında danışıb. Axşam.az xəbər verir ki, ifaçə şəkillərinə fotoşop edildiyini və estetik əməliyyat olunmadığını açıqlayıb. "5 ay əvvəl botoks edib, peşman olduğumu açıqladım

03.05.2024 375
.

Oğlu Ağakərimin səhhətindən danışdı

Bu gün meyxanaçı Ağakərimin (Kərim Novruzov) 60 yaşı tamam olur. Axşam.az xəbər verir ki, Meyxanaçının övladı Kamil Kərimoğlu "Elgizlə izlə" verilişində telefon zəngi ilə qoşularaq atasının səhhətindən danışıb. "Desəm ki, atam yaxşıdır, yalan olar. Səhhəti stabildir. Nəfəsi gedib-gəlir

01.05.2024 654
.

"Aygün Kazımovanın yerini heç kim tuta bilməz"

"Mən Aygün Kazımovanın etdiklərinə tab gətirə bilmərəm. O mənim üçün divadır. Sənətkarı illər bu yerə gətirir". Axşam.az xəbər verir ki, bu sözləri müğənni Xatun Əliyeva "Gül kimi şou" verilişində deyib. Sənətçi Xalq artisti Aygün Kazımovanın yerini heç kimin tuta bilməyəcəyini qey

03.05.2024 1619
.

Şeron Stoun ilk dəfə "Kurtlar Vadisi"ndən danışıb

Aktrisa Şeron Stoun rol aldığı "Kurtlar Vadisi" serialından danışıb. xəbər verir ki, bu barədə aktrisa TRT World-ə müsahibə verib. "Bu bölüm üçün çox pul verilmişdi. Çəkiliş meydanı həyatımda gördüyüm ən yaxşı meydan idi. Amma heç kim ingilis dilini bilmirdi" ,- deyə o bildirib

03.05.2024 492