Aydan Şener gözəlliyinin sirrini açdı

Aydan Şener gözəlliyinin sirrini açdıBiG.AZ axsam.az-a istinadən bildirir ki, Çalı quşu" teleserialından tanıdığımız Aydan Şener "Tatar-inform" agentliyinə müsahibə verib.

- Babaların tatardı deyəsən...

- Onlar burdan XIX əsrin ikinci yarısında tatarların kütləvi xristianlaşdığı vaxtda köçüblər. Atam Kazan tatarı, anam isə Krım tatarıdı. Ona görə hər dəfə Kazana gələndə elə bilirəm ki, öz evimdəyəm.

- Hal-hazırda hansı filmə çəkilirsiz?

- İndi daha çox teatrda çalışıram. Dekabrda yeni tamaşamın premyerası olacaq. Bu mənim teatrda ikinci rolumdu. Bundan başqa Azərbaycanda və Türkiyədə yeni reklam proyektlərimiz olacaq. Orada televiziya layihələrində iştirak etməyi təklif ediblər. Amma bu, ürəyimcə deyil.

- Türkiyədə "Çalı quşu"nun təkrar çəkilişləri gedir. Bu barədə nə deyə bilərsiz?

- Bilirəm. Bu yaxınlarda filmin təqdimatı olacaq. Filmin böyük əksəriyyəti ilkin variantın təkrarıdı. Yaradıcı heyət bizim filmdəki musiqidən istifadə edib. Uğur qazanacaqları barədə əvvəlcədən söz demək çətindi. Ümid edirəm ki, onlarda bu alınacaq.

- Bəs sizə dəvət gəlmişdi?

- Bəli. Lakin konkret rol və ya rolun mətni bilinmirdi. Mən də dedim ki, o filmə görə, bir neçə saniyə də çəkilə bilərəm.

- Aydan xanımın gözəlliyi və istedadına bələd olan kişilər çoxdu. Bəs Aydan xanım özü yenidən ailə qurmağı düşünürmü?

- Yox (gülür). Mənim ağıllı qızım, dörd pişiyim və dörd itim var. Xoşbəxt, sakit həyatım var. Ərə getmək haqqında düşünmürəm. Azadlığı sevirəm.

- Futbola münasibətiniz?

- Keçmiş ərim, qızımın atası "Qalatasaray" klubunun futbolçusu olub, Türkiyə yığmasında oynayıb. Hələ də bu klubun fanatıyam.

- Gözəlliyinizin sirri?

- Hər hansı bir xüsusi sirri yoxdu. Hər şeydən əvvəl, sağlam həyat tərzi keçirmək lazımdı: düzgün qidalanmaq, planlaşdırma. Yağlı ət yemirəm. Mənim yemək menyumda tərəvəz və balıq var. Yemək bişirməyi çox sevirəm, tərəvəzləri doğrayan zaman üzümə maskalar hazırlayıram. Və bir də yuxu çox önəmlidir.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 7547   Tarix: 17 sentyabr 2013  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Cəmi 2 kilo kökəldiyi üçün işini itirdi - FOTOLAR

"Emirates Airline" şirkətində 3 ilə yaxın stüardessa işləyən Duyqu Karaman cəmi 2 kilo kökəldiyi üçün işdən çıxmalı olub. BİG.AZ xəbər verir ki, bu barədə "Mirror" yazır. Belə ki, iş yoldaşlarından biri onun çox "iri" olduğunu bildirərək rəhbərliyə şikayət edib. Şikayətdə

11.09.2021 2925
.

İnsanın ömrünü 50 il uzatmaq mümkün olacaq? - Yapon təcrübələri əsasında YENİ TEXNOLOGİYA

Dünyanın ən varlı adamı, Amazon -un qurucusu "Jeff Bezos", ölümsüzlüyə qədər qocalma ilə mübarizə texnologiyaları yaradan "Altos Labs" startapının sərmayəçisi olub. Bu barədə "MIT Tech Review" məlumat yayıb. Şirkət yaşlanma prosesini öyrənir və qocalmanı məğlub etmək üçü

11.09.2021 2356
.

"Daha ağıllı və daha yaradıcı düşünməyə vadar edir" - Alimlər çayın faydasını araşdırdı...

Pekin Universitetinin alimləri bir fincan çay içməyin yaradıcı düşüncəni inkişaf etdirdiyini aşkar ediblər. Araşdırma nəticəsində mütəxəssislər çayın bioloji komponentlərinin deyil, çay içmək prosesinin özünün insanları "daha ağıllı və daha yaradıcı" olduqlarını düşünməyə sövq etdiyi qənaətin

12.09.2021 1068
.

"Atam anama deyirdi ki, mənə raxit övlad lazım deyil, at onu uşaqlar evinə" - 21 yaşlı "rezin qız"

Hal-hazırda 21 yaşım var, doğuşdan 5 yaşına kimi mən nə danışmışam, nə də yerimişəm. Allah bu rezinliyi oyuncağım olaraq vermişdi mənə. Anormal olsam da, əyilib-büzülürdüm, ayağımı başıma, başımı ayağıma qoymasaydım qala bilmirdim, çox sıxılırdım". Bunu -a anadangəlmə qeyri-adi istedada malik, "rezi

12.09.2021 5476
.

Doaqlarınızın quruluğundan bezmisiniz? - ÇARƏ BURADA

MƏHSUL HAQQINDA. Faydaları:. - Dodaqların həcmini artırır, kontur xətlərini ortaya çıxarir. - Dodaqlardakı qırışıqlari azaldır. - Zədələnmiş, çatlamış dodaq toxumasını bərpa edir. - Dodaqları nəmləndirir və onlara yumuşaqliq bəxş edir. - Günəş şualarina qarşı qoruma təmin edən dodaq baxım məhsuludur

14.09.2021 364
.

56 yaşında moda dünyasını silkələyən qadın kimdir? - FOTO

Markaların reklam kampaniyalarında baxanda elə təəssürat yaranır ki, yaşlı qadınlar bazardan kənarlaşdırılıb və bu dünyada onlara yer yoxdur. Uzun illər həqiqətən belə idi, dəb dünyasında yaş kriteriyaları və gənclik kultu hökm sürürdü. Sosial şəbəkələrin yaranması ilə xoşbəxtlikdən standartlar dəyişməy

15.09.2021 2086
.

Yatağına ilan girən kişinin qorxu dolu anları - VİDEO

Hindistanda az qala faciə ilə nəticələnəcək hadisənin görüntüləri yayılıb. Kadrlar Racastanda, Bansvar məbədində qeydə alınıb. -a istinadən xəbər verir ki, videodan göründüyü kimi, kobra ilanı yerdə yatan insana tərəf sürünür. Sonra o, odeyalın altına girir. Bu vaxt kişi qəfil ayılaraq yerindən sıçrayır

10.09.2021 1704
.

Bakıda dördəm doğulub - VİDEO

Bakıda dördəm doğulub. -ın xəbərinə görə, uşaqlardan 3-ü oğlan 1140 qr., 1350 qr., 1230 qr, biri qızdır 1120 qr. Zaqatala rayon sakinləri olan 30 yaşlı Ülviyyə Sofiyeva və 32 yaşlı Huseynbala Sofiyevin ailəsində dünyaya gələn uşaqlar onların ilk övladlarıdır. Qeysəriyyə əməliyyatı ilə doğulan uşaqları

15.09.2021 942
.

Doğum evində skandal: 20 il sonra məlum oldu ki...

İspaniyada 20 il əvvəl iki qız uşağının səhv ailələrə verildiyi açıqlanıb. Rəsmi dairələrin məlumatına görə, hadisə Rioxa bölgəsində baş verib. Açıqlamaya görə, hadisə tibb işçilərinin diqqətsizliyi səbəbilə baş verib. Bildirilir ki, uşaqlar 5 saat fərqlə dünyaya gəlib. Onlar zəif olduğu üçün xüsus

12.09.2021 2121