Əri Lalə Məmmədova ilə ayrılmağını təsdiqlədi

Əri Lalə Məmmədova ilə ayrılmağını təsdiqlədiSon vaxtlar mətbuatda əməkdar artist Lalə Məmmədovanın həyat yoldaşından boşanması ilə bağlı yayılan məlumatların ardı-arası kəsilmir. Tanınmış müğənninin ikinci dəfə ana olmağa hazırlaşması barədə xəbərdən sonra da bu söz-söhbətlər səngimədi.

Həm Lalə xanımı, həm də onun həyat yoldaşı İlham bəyi yaxından tanıyan, hər ikisi ilə dostluq edən, evlərinə gediş-gəlişi olan bir insan kimi eşitdiyim xəbərlərə qətiyyən inanmamışdım. Nümunəvi ailə kimi tanıdığım bu cütlükdən məsələ ilə bağlı nəsə soruşmağa tərəddüd edir, bəlkə də çəkinirdim. Amma eyni zamanda həqiqəti bilmək istəyirdim. Beləcə, uzun götür-qoydan sonra sonunda yayılan xəbərlərlə bağlı hər ikisinin fikrini öyrənmək qərarına gəldim.

Düzünü desəm, telefonun dəstəyini qaldırıb zəng vuranda da böyük hörmət hissi bəslədiyim bu insanlardan "Boş söz-söhbətdir danışırlar" cavabını eşidəcəyimə əmin idim. Ta ki Lalə xanımdan bu üzücü sözləri eşidənədək: "Bu haqda çox danışmaq istəmirəm. Bircə cümlə ilə cavab verəcəyəm. Mənim sevdiyim bir ifadə var – Allah heç kimin ağlını başından almasın".

Yayılan xəbərləri müğənninin həyat yoldaşı İlham bəy də təsdiqlədi. Amma onun Lalə xanımdan ayrılmağa hələ qəti qərar vermədiyini eşidəndə çox sevindim. Ayrılıqlarının səbəbini o, belə izah etdi: "Səbəb nə ola bilər?! Təbii ki, şou biznes və Lalənin ətrafında olan şou-biznes nümayəndələri. Amma hələ qəti qərar verilməyib. Boşanmaq üçün rəsmi ərizə ilə məhkəməyə müraciət etməmişəm. Lalə ana olmağa hazırlaşır. Belə bir həssas dönəmdə onu incitmək istəmirəm. İnşallah Yeni il ərəfəsində övladımızı dünyaya gətirəcək. Ondan sonra baxarıq. Kim bilir, bəlkə barışdıq".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 6738   Tarix: 12 sentyabr 2013  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Namiq Qaraçuxurlu qızı ilə bağlı bu suala cavab verə bilmədi - VİDEO

Meyxanaçı Namiq Qaraçuxurlu növbəti açıqlaması ilə diqqətləri üzərinə cəmləyib. BİG.AZ bizim media-ya istinadla xəbər verir ki, sənətçi qonaq olduğu "Zaurla Günaydın" verilişində qızından söz açıb. Aparıcı Zaur Baxşəliyevin "Qızının neçə yaşı var?" sualına N.Qaraçuxurlunun cavab

05.05.2024 2266
.

"Şahane Hayatım" final edəcək

"Şahane Hayatım" serialı final qərarı alıb. xəbər verir ki, bu barədə türk mətbuatı bildirib. Qeyd edək ki,serialın ilk bölümü 1 noyabr 2023-cü il tarixində yayımlanıb

03.05.2024 454
.

"Sehirli xalat"ın "Zərifə" və "Eldar"ı 60 il sonra - Video

Əməkdar mədəniyyət işçisi Yusif Şeyxov və aktrisa Solmaz Hətəmova "Sabahın xeyir, Azərbaycan" verilişində qonaq olublar. Axşam.az xəbər verir ki, 1964-cü ildə yayımlanan "Sehrli xalat" filminin aktyorları ekran işində necə rol aldıqlarından danışıblar. S.Hətəmova filmdə "Zərifə"

05.05.2024 336
.

Xoşqədəmdən evliliyinin yalan olduğunu deyənlərə cavab

Aparıcı Xoşqədəm Hidayətqızı türkiyəli müğənni Doğuşla evliliyini saxta adlandıranlara cavab verib. Axşam.az xəbər verir ki, bu haqda o, proqramında danışıb. Xoşqədəm aparıcı Sərxan Kərəmoğlunun "Rusiyada mənə sual verirdilər ki, onlar doğrudan evlidirlər" sözlərinə belə reaksiya verib:. "Evliliyi

04.05.2024 606
.

Akif İslamzadədən qalmaqallı açıqlama - "Aparıcıların çoxu qadındır"

Xalq artisti Akif İslamzadə "Mirinin dibçəyi" layihəsində qonaq olub. Axşam.az xəbər verir ki, ifaçı açıqlamasında "Mədəniyyət" telekanalı tənqid edib:. "Efirlərə məni dəvət edirlər. Bu yaxınlarda "Mədəniyyət" telekanalından dəvət aldım, Hacıbaba Hüseynovun ölümünü

05.05.2024 346
.

Bu gün Ədalət Şükürovun evində toydur

Bu gün Əməkdar artist Ədalət Şükürovun qızı Jalənin toyudur. Axşam.az xəbər verir ki, məclis şəhər restoranlarından birində keçiriləcək. Toya şou-biznes nümayəndələri dəvət olunub. Qeyd edək ki, Ə.Şükürovun qızı Jalənin nişanı yanvarın 28-də olub

05.05.2024 684
.

Aysun ərini BELƏ TƏBRİK ETDİ - FOTOLAR

Müğənni Aysun İsmayılova vəkil həyat yoldaşı Ramil Vəliyevi ad günü münasibətilə təbrik edib. BİG.AZ -a istinadən bildirir ki, Aysun İsmayılova instaqramda hekayə bölümündə paylaşım edib. "Nə yaxşı ki, doğulmusan. Nə yaxşı ki, səni tanımışam. Səninlə hər şeyə yaxşı ki. Əllərimizi ancaq qızımız ayırsın

04.05.2024 1034
.

Şeron Stoun ilk dəfə "Kurtlar Vadisi"ndən danışıb

Aktrisa Şeron Stoun rol aldığı "Kurtlar Vadisi" serialından danışıb. xəbər verir ki, bu barədə aktrisa TRT World-ə müsahibə verib. "Bu bölüm üçün çox pul verilmişdi. Çəkiliş meydanı həyatımda gördüyüm ən yaxşı meydan idi. Amma heç kim ingilis dilini bilmirdi" ,- deyə o bildirib

03.05.2024 538
.

Elməddin həyat yoldaşından danışdı

"Verilişlərə getməyi dayandırmışam. Niyə verilişə gedim ki? Səbəb yoxdur". Axşam.az xəbər verir ki, bu sözləri aktyor Elməddin Cəfərov "Zaurla Günaydın" proqramında deyib. Sənətçi bildirib ki, son vaxtlar hər işini həyat yoldaşı ilə məsləhətləşir:. "Əvvəl heç vaxt xanımımla məsləhətləşmirdim

04.05.2024 1063