Qayada yaşayan adam: 20 illik tənhalıq

"Burada özümü Tanrıya daha yaxın hiss edirəm. Hər gün dua edir, saatlarla ibadətdə oluram. Tanrının məni çağıracağı günü gözləyirəm".

Qayada yaşayan adam: 20 illik tənhalıq 59 yaşlı keşiş Maksim Qavtaradze artıq illərdir ki, tənha qayanın zirvəsində yaşayır.
Gürcüstanın İmereti bölgəsində, Çiatura şəhərindən 10 kilometr aralıdakı Qərbi Kasxi kəndinin həndəvərindəki qayanın üsündə daş koma və kiçik ibadətxana var.
Keşiş Maksim də 40 metr yüksəklikdə, "Kasxi sütunu" adlanan qayanın zirvəsində ömür sürür.

BiG.AZ mailonline.com-a istinadən bildirir ki, keşiş Maksim 20 ildən bəri belə yaşayır.
Yerli sakinlər ona yeməyi və suyu həftədə iki dəfə kanatla qaldırırlar.

Əvvəllər qaldırıcı kranda çalışmış Maksim Qavtaradzenin dediyinə görə, 1993-cü ildə Tanrıdan ona "Kasxi sütununa qalx" əmri gəlibmiş.
"Burada, sakitlikdə, tam sükutda sanki Tanrının varlığını daha aydın hiss edirsən. Çox razıyam, çünki lütf sahibiyəm", - keşiş deyib.

Keşiş Maksim yaşadığı kiçik komadan aşağı düşmək istəyəndə 20 dəqiqə ərzində qayaya pərçimlənmiş dəmir nərdivanla enir.
Fotoqraf Amos Çappl kəndə yollanaraq qayada yaşayan keşişin fotolarını çəkib.

Fəqət, çəkilişə icazə almaq asan olmayıb.
Fotoqraf dörd gün sərasər keşiş Maksimin 7 saat davam edən ibadətlərinə qatılıb. Sonra isə o, gecə 2-dən sübhədək 4 saatlıq ibadətdə iştirak edib.
Yalnız bundan sonra keşiş fotolarının çəkilməsinə icazə verib.

"Keşiş olmazdan əvvəl adi insandım. Dostlarımla buraya gələr, dincələrdik. Yeyib-içir, qayaya baxırdıq. Qayanın zirvəsində qədim ibadətxananın qalıqları vardı. Bilirdik ki, orada qədimlərdə bir keşiş yaşayıb. Çox sonralar bu qayanın lütfünü anladım", - keşiş Maksim söyləyib.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 2810   Tarix: 09 sentyabr 2013  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Körpüyə görün hansı ad verildi - FOTOLAR

ABŞ-ın Oreqon ştatının Portland şəhərində piyada körpülərindən birinə "Simpsonlar" ("The Simpsons") cizgi filminin personajının adı verilib. xəbər verir ki, bu barədə yazır. Belə ki, həmin körpü "Simpsonlar" cizgi filmindəki Ned Flanders personajının şərəfnə adlandırılıb

15.09.2021 1164
.

İnsanın ömrünü 50 il uzatmaq mümkün olacaq? - Yapon təcrübələri əsasında YENİ TEXNOLOGİYA

Dünyanın ən varlı adamı, Amazon -un qurucusu "Jeff Bezos", ölümsüzlüyə qədər qocalma ilə mübarizə texnologiyaları yaradan "Altos Labs" startapının sərmayəçisi olub. Bu barədə "MIT Tech Review" məlumat yayıb. Şirkət yaşlanma prosesini öyrənir və qocalmanı məğlub etmək üçü

11.09.2021 2356
.

Nərimanov rayon Montin qəsəbəsində tam təmirli mənzil satılır!

TƏCİLİ ŞƏXSİ ƏMLAKIMI SATIRAM !Nərimanov rayonu Montin qəsəbəsi, Murtuza Nağıyev küçəsində yeni tikili 16 mərtəbəli binanın 6-cı mərtəbəsində yerləşir. Tikili sahəsi 52 kv.m olan mənzil yataq otağı, zal+studio mətbəx, sanitar qovşaq, dəhliz və iki eyvandan ibarətdir. Qaz, su, işıq daimidir. İstilik sistem

15.09.2021 1181
.

Bu şəxslərə soğan yemək olmaz

Soğan sağlamlıq problemlərinin siyahısını genişləndirə bilər. Diyetoloq, Kanada Diyetoloqlar Birliyinin üzvü Nataliya Nefedova bu barədə danışıb. O bildirib ki, soğan xüsusilə mədə-bağırsaq traktının işinin pozulmasına səbəb ola bilər. N.Nefedova "Sputnik" radiosuna verdiyi müsahibədə qey

12.09.2021 2801
.

Bakıda dördəm doğulub - VİDEO

Bakıda dördəm doğulub. -ın xəbərinə görə, uşaqlardan 3-ü oğlan 1140 qr., 1350 qr., 1230 qr, biri qızdır 1120 qr. Zaqatala rayon sakinləri olan 30 yaşlı Ülviyyə Sofiyeva və 32 yaşlı Huseynbala Sofiyevin ailəsində dünyaya gələn uşaqlar onların ilk övladlarıdır. Qeysəriyyə əməliyyatı ilə doğulan uşaqları

15.09.2021 942
.

Cəmi 2 kilo kökəldiyi üçün işini itirdi - FOTOLAR

"Emirates Airline" şirkətində 3 ilə yaxın stüardessa işləyən Duyqu Karaman cəmi 2 kilo kökəldiyi üçün işdən çıxmalı olub. BİG.AZ xəbər verir ki, bu barədə "Mirror" yazır. Belə ki, iş yoldaşlarından biri onun çox "iri" olduğunu bildirərək rəhbərliyə şikayət edib. Şikayətdə

11.09.2021 2925
.

Prokuror küçədə çılpaq vəziyyətdə gəzdi: Sakinlər polisə şikayət etdi - FOTO

Polşanın cənub-şərqində yerləşən Svidnitsa şəhərində prokuror küçədə çılpaq vəziyyətdə gəzib. Ətrafdakı insanların çəkdiyi fotolarda çılpaq vəziyyətdə olan kişinin əlində dörd pivə butulkası ilə ərzaq mağazalarını gəzdiyi əks olunub. Digər görüntülərdə prokurorun tamamilə çılpaq bir vəziyyətdə küçələr

12.09.2021 1423
.

Qızıldan hazırlanan unitaz iki ildir tapılmır - FOTO

İngiltərənin Blenheim sarayından iki il əvvəl oğurlanan qızıldan hazırlanan unitaz hələ də tapılmayıb. -a istinadən xəbər verir ki, 2019-cu il sentyabrın 14-də sarayda sənət sərgisinin keçirildiyi vaxt oğurlanan qızıl unitazın dəyəri 1 milyon funt sterlinqdir (2 300 00 manatdan çox). Xatırladaq ki, unitaz

16.09.2021 3329
.

Doaqlarınızın quruluğundan bezmisiniz? - ÇARƏ BURADA

MƏHSUL HAQQINDA. Faydaları:. - Dodaqların həcmini artırır, kontur xətlərini ortaya çıxarir. - Dodaqlardakı qırışıqlari azaldır. - Zədələnmiş, çatlamış dodaq toxumasını bərpa edir. - Dodaqları nəmləndirir və onlara yumuşaqliq bəxş edir. - Günəş şualarina qarşı qoruma təmin edən dodaq baxım məhsuludur

14.09.2021 364