Nigar Camalı şoka salan sual-FOTO

Nigar Camalı şoka salan sual-FOTO"Məni vətəndaşlarımızın daim hər şeydən və hər kəsdən narazı olması təəccübləndirir".

Özüm kifayət qədər sadə ailədə doğulmuşam və heç kim məni inandıra bilməz ki, şəxsi əmək, inadkarlıq və inamla uğura nail olmaq mümkün deyil.

Bu barədə "Eurovision-2011" müsabiqəsinin qalibi, heyrətamiz Nigar Camal bildirib.

"Mən insanlarımızın daha yumşaq və digərlərinin uğurlarına daha dözümlü olmalarını istəyirəm. Bir çoxları məni günahlandırmağa başlayacaqlar ki, danışmaq çox asandır, axı mən "Eurovision"un qalibi və bu gün uğurlu insanam. Bəli, bu belədir. Lakin bu gün məni və bir çoxlarını tənqid edənlər – axı siz nə üçün mənim bütün bunlara necə nail olmağım barədə düşünmürsünüz? Azərbaycanda yalnız varlı qohumları olan şəxsin uğura nail olacağı barədə fikir ağ yalandır!" – deyə, müğənni qeyd edib.

Onun sözlərinə görə, bu gün gənclərin inkişaf etmək, irəli getməyi istəməsi ona çox pis təsir edir:

"Bilirsiniz, Londonda mən bu xüsusiyyəti məhz britaniyalılarda görürdüm. Onlar aza qane olur, çoxlarının arzularının son həddi həftəsonu şəhər kənarına getmək, pabda şən kampaniya... və bu qədər! Çoxları o qədər özlərini boş buraxırlar ki, müavinətlə yaşamağı karyera qurmaqdan üstün tuturlar. Mən bunu başa düşmürəm.

Bizim vətəndaşlarımızın hər şeydən və hər kəsdən daim narazı olması da mənə pis təsir göstəri. "Yolların bütün vaxtlarda bağlı olması necə də bezdirib!", "Bizə nə qədər əziyyət vermək olar" və nəhayət, ümumiyyətlə məni şoka salan sual: "Sizin yeni yollarınız kimə lazımdır axı?!" – bax budur, mənim bəzən xəbərlərin altından oxuduğum şərhlərin tam olmayan siyahısı belədir.

Yollar hamımıza lazımdır, bu dövlət başçısının əyləncəsi deyil və belə sadə suallara cavab vermək faktının özü məni heyran qoyur. Müqayisə üçün deyim ki, Londonda yolları Bakıdakı kimi bir neçə ay ərzində deyil, illərlə təmir edirlər! Və illərlə həmin yollar bağlı olur!

Lakin bu gün mən görürəm ki, Azərbaycan cəmiyyəti bir növ iki hissəyə "parçalanıb": bir hissə kifayət qədər tərəqqipərvərdir, o, oxuyur, dünyanı tanıyır, öz ölkəsini daha da yaxşılaşdırmağa çalışır. İkinci hissə isə sadəcə heç bir şeyin qayğısına qalmadan yaşayır, lakin britaniyalılardan fərqli olaraq, həmin insanlarda insanı təəccübləndirən qəzəb müşahidə olunur. Axı nə üçün? Axı hər şey sizin öz əllərinizdədir! Bu gün bizim ölkəmiz oxumaq, pul qazanmaq istəyənlər üçün böyük imkanlar yaradır! Nə qədər istedadlı uşaqları dünyanın ən yaxşı ali məktəblərində təhsil almaq üçün xaricə göndərirlər! Az qala hər gün nə qədər yeni iş yerləri açılır!

Bununla yanaşı, nə qədər paradoksal olsa da, hər iki "qrupun" nümayəndələrini tez-tez bir cəhət birləşdirir: qlamur və böyük pullar haqqında arzular. İnsanların arasında sevginin olmadığı, yalnız qazanca hesablanmış, heç bir hissinin olmadığı və yalnız pula sevgiyə söykənən nikahlar – bütün bunları mən dərk edə bilmirəm. Pul yaxşı şeydir, lakin sən onu özün qazansan, bu daha yaxşı olar. Lakin bağışlayın, "havayı" yemək istəyi – bunu izah etmək qeyri-mümkündür!" – deyə, Nigar Camal bildirib.

Nigar Camalı şoka salan sual-FOTONigar Camalı şoka salan sual-FOTONigar Camalı şoka salan sual-FOTONigar Camalı şoka salan sual-FOTONigar Camalı şoka salan sual-FOTO


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 8862   Tarix: 07 sentyabr 2013  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Müğənni Əbdül Xalid dəhşətli qəzaya düşüb - VİDEO

Müğənni Əbdül Xalid dəhşətli avtomobil qəzasına düşüb. xəbər verir ki, o bu fikirləri ATV-də yayımlanan "Günaylı Gün" verilişində deyib. Bildirib ki, qəzadan sağ çıxmaq çətin idi:. "Şükürlər olsun, özüm zədə almadım. Amma maşın yararsız haldadır. Allah qorudu". Ətraflı videoda:

02.05.2024 1868
.

Serenay Sarıkaya "Esengül" rolunu oynaya bilər

Türkiyəli arabesk müğənnisi Esengülün həyatı barədə film çəkiləcək. xəbər verir ki, bu barədə türk mətbuatı bildirib. Esengül rolunu Serenay Sarıkayanın oynayacağı iddia olunub. Qeyd edək ki, Serenay Bergen rolundan son anda imtina etmişdi

03.05.2024 287
.

Xalq artistinin qızı nişanını qaytardı

Məşhur Xalq artisti Nəzakət Teymurovanın qızı Nigar Teymurova ailə quracağı şəxslə yollarını ayırıb. xəbər verir ki, Nəzakət Teymurova bununla bağlı qatıldığı proqramların birində açıqlama verib. O, qızı Nigarın təhsilini davam etdirdiyini bildirib. Qeyd edək ki, Xalq artisti qızı Nigar Teymurovanı

00:21 448
.

"Bakı marafonu"na Aygün Kazımova START VERDİ - FOTOLAR

Bu gün Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən "Bakı Marafonu 2024" start götürüb. Axşam.az xəbər verir ki, "Küləyə qalib gəl" şüarı altında artıq 7-ci dəfə təşkil olunan yarımarafon Dövlət Bayrağı Meydanından başlayıb. 21 kilometrlik məsafəni əhatə edəcək yarışmanın finiş

12:00 592
.

"Estetik deyil, fotoşopdur" - Rafet El Roman

Son zamanlar üzündəki dəyişikliklə gündəmə gələn türkiyəli müğənni Rafet El Roman estetik etdirməsi ilə bağlı iddialar haqqında danışıb. Axşam.az xəbər verir ki, ifaçə şəkillərinə fotoşop edildiyini və estetik əməliyyat olunmadığını açıqlayıb. "5 ay əvvəl botoks edib, peşman olduğumu açıqladım

03.05.2024 394
.

"Kızıl goncalar"ın aktyorları sevgilidir - Foto

"Kızıl goncalar" serialında yaşanan eşq gerçək olub. Axşam.az xəbər verir ki, aktyorlar Mert Turakla Melis Çınar sevgilidir. Cütlük ötən gün paparatsilərin obyektivinə tuş gəlib. Turak aralarındakı münasibəti təsdiqləyərək "Olan oldu. Ən azından birlikdə poz verək ki, yaxşı düşək"

12:50 288
.

"Şahane Hayatım" final edəcək

"Şahane Hayatım" serialı final qərarı alıb. xəbər verir ki, bu barədə türk mətbuatı bildirib. Qeyd edək ki,serialın ilk bölümü 1 noyabr 2023-cü il tarixində yayımlanıb

03.05.2024 428
.

"Bir də Rəşad Dağlı azad olanda meyxana deyəcəyəm"

"Meyxana ilə qurtarmışam. Meyxanadan uzaqlaşmışam. Artıq məclislərdə demirəm". Axşam.az xəbər verir ki, bu sözləri meyxanaçı Orxan Lökbatanlı "Həmin Zaur" verilişində deyib. O bildirib ki, artıq meyxana deməyəcək. İfaçı aparıcı Zaur Kamalın "10 min versəm meyxana deməyəcəksən"

04.05.2024 522
.

Bella Hadid sevgilisi ilə görüntüləndi - Foto

Məşhur ulduz Bella Hadid sevgilisi ilə görüntülənib. Axşam.az xəbər verir ki, model təxminən bir il əvvəl xroniki xəstəliyinin şiddətlənməsindən sonra karyerasına fasilə verib. Lakin bu yaxınlarda o, yeni məhsulunu təqdim edib. Bella və onun kovboy sevgilisi Adan Banuelos Nyu-Yorka öz brendi "Orebella"nı

04.05.2024 375