Yeni qatarın sürəti saatda 500 kilometrə çatdı - Video
Yaponiyada dünyanın ən sürətli qatarı ilk sınaqdan keçirilib. BBC telekanalının verdiyi məlumata görə, "Maqlev"-yəni Maqnit amortizatorlu qatar yeni texnologiya sayəsində saatda 5 yüz kilometrə qədər sürət yığa bilib. Bu cür sürət həddi dəmiryol nəqliyyati üçün təhlükəli hesab edilsə də, yaponlar layihənin uğurlu olacağından əmindirər.
Hələlik sürət qatarı Tokio ilə Naqoyo şəhərləri arasında xidmət göstərəcək. Hesablamalara görə, qatar iki şəhər arasındakı 300 kilometrlik məsafəni cəmi 40 dəqiqəyə qət etmək imkanına malikdir. Ümumilikdə, qatar 10 vaqondan təşkil olunacaq və 1000 nəfər sərnişin tutumuna malikdir.
BiG.Az Telegramda izləyin instagramda izləyin
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Facebookda Paylaş