Baş nazir canlı yayımda ağladı - Video

Baş nazir canlı yayımda ağladı - VideoRəcəb Tayyib Ərdoğan birbaşa yayımda göz yaşlarına hakim ola bilməyib. Türkiyə baş naziri Rəcəb Tayyib Ərdoğan telekanalların birində canlı efirdə ağlayıb. BiG.AZ anspress.com-a istinadən bildirir ki, "Ülke" TV-də birbaşa yayım zamanı, proqramda "Müsəlman qardaşları" təşkilatının liderlərindən olan Məhəmməd əl Biltecinin Misirdəki olaylar zamanı ölən qızı Əsma üçün yazdığı vida məktubu səsləndirilib. Rəcəb Tayyib Ərdoğan yayımlanan verilişdə Əsma üçün yazılan məktubu göz yaşları içərisində dinləyib.

Məktubda isə ən təsiredici məqamlardan biri dinləyən hər kəsi, o cümlədən baş naziri qəhərə boğub.

"Səni şəhid olmadan iki gün əvvəl yuxumda gördüm. Ağ gəlinlik paltarında idin. Üzün nur saçırdı və gözəlliyinin tayı-bərabəri yox idi. Gəlinlik paltarında səssizcə gəlib yanımda oturdun. "Bu gecə ərə gedirsənmi?", - deyə soruşdum. "Toyum axşam deyil, günorta olacaq" , - deyə cavab verdin. 2 gün sonra günorta vaxtı şəhid olduğunu eşitdim. Yuxuda mənə nə dediyini indi anladım. Allaha səni hüzuruna şəhid kimi qəbul etməsi üçün yalvarıram. Sən necə xoşbəxtsən ki, şəhidlik zirvəsi sənə qismət oldu. Sən bizə dərs keçdin.

Ruhun şad olsun sevimli qızım və dəyərli müəllimim".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Video   Baxılıb: 3343   Tarix: 23 avqust 2013  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Ronaldo 8 milyona yeni avtomobil aldı

Portuqaliya millisinin və İtaliya "Yuventus"unun futbolçusu Kriştiano Ronaldo özünə yeni avtomobil alıb. Unikal.org xəbər verir ki, A seriyasının çempionu adını qazandıqdan sonra hücumçu özünə yeni nəqliyyat vasitəsi almağı lazım bilib. Portuqaliyalı "Buqatti Sentodieçi" üçün 8 milyo

31.07.2020 2740
.

Bakı Media Mərkəzindən Azərbaycan polisinə dəstək - VİDEO

Dünya üzrə koronavirusa (COVID-19) yoluxma halının sürətlə artması və problemin aktullağını nəzərə alaraq, Bakı Media Mərkəzi sosial məsuliyyəti çərçivəsində yeni videoçarx hazırlayıb. Videoçarxda hüquq mühafizə orqanlarının, xüsusilə polis əməkdaşlarının ictimai asayişin təmin olunması istiqamətind

13.04.2020 1390