Aparıcılıq edən müğənnilər tənqid olundu

Aparıcılıq edən müğənnilər tənqid olunduDanılmaz həqiqətdir ki, bu gün Azərbaycan telekanallarında aparıcılıq edən müğənnilərin verilişlərinin əksəriyyəti elə də böyük reytinqə malik deyil. Lakin bu sahədə əcnəbi təcrübəyə, məsələn, Türkiyəyə nəzər saldıqda tamam fərqli mənzərənin şahidi oluruq.

Belə fərqin yaranma səbəblərinə münasibət bildirən aparici Ülvira Qarayeva Mövqe.az-a açıqlamasında qeyd edir:

"Hər kəs aparıcılıq edə bilməz. Aparıcılıq çox çətin sənətdir. Ola bilər, müğənni çox yaxşı, populyar olsun, amma onda aparıcılıq alınmasın. Mənim yaxın dostum var idi. Müğənni kimi bir nömrə idi. Amma veriliş apardı, şəxsən onda alınmadı. Verilişi uğurlu olmadı, reytinq qazanmadı. Belə şeylər olur. Mən müğənnilərin aparıcılıq etməsinə qarşı deyiləm. Sadəcə deyirəm, kim bu sənətdə bacarıqlıdırsa, onun verilişi ola bilər və uğur da qazanar".

Aparıcı Cavid Gül isə məsələyə belə münasibət bildirir: "Əslində, yaxşı sualdır. Bilirsinizmi, hərənin öz sənəti var və hər kəs də öz işində seçilməyə, sevilməyə çalışmalıdır. Əgər hər hansı müğənni aparıcılığı bacarırsa, onu yalnız alqışlamaq lazımdır. Konkret olaraq onu deyim ki, necə aparıcılar müğənnilik edəndə millət qəbul etmir, eləcə də hər hansı müğənni aparıcılığa başlayanda qəbul olunmur. Hər bir əsl aparıcının söz ehtiyatı, kameraya "oynaması", efirdə səmimiliyi, mövzulara yanaşma tərzi başqa-başqadır. Bu, aparıcıda başqadır, aktyorda və müğənnidə başqa… Sadəcə aparıcılıq və müğənnilik fərqli-fərqli sənətlərdir".

Aparıcı Murad Arif də saytımıza açıqlamasında məsələ ilə bağlı fikirlərini açıqladı:

"Müğənnilərimizin aparıcılıq etməsinə müsbət baxmıram. Ulduz səhnədə mikrofonla parlayar. Oxuması, performansı ilə aktuallığını qoruyub, saxlayar. Əgər o həqiqətən də ulduzdursa… Çox nadir hallarda müğəninin proqramına oturub baxa bilərəm. Məsələn, türk ulduzu Candan Erçetin öz proqramında musiqiçi kimi görünürdü. Veriliş zamanı musiqidən, səsdən, ifadan, repertuardan danışırdı. Savadlı da danışırdı. Mükəmməl təhlillər aparırdı. Bir sənətkarın efirdə sənət dilində danışması həqiqətən də maraqlı idi. Amma bizdə bir çoxu aparıcılıq edir ki, gündəmdə qalsınlar. Bu, acı və təəssüf doğuran görüntüdür. Deməyə sözü olmayan müğənni yalnız mahnı oxusa, kifayət edər. İnanın ki, bu qısqanclıq deyil. Bizim müğənnilərin müğənnilik fəaliyyəti çox passivdir. Bu səbəbdən də, məncə onlar daha çox mahnılarına, konsertlərinə, zövqlərinə fikir versələr, yaxşı olar. Bu zaman, onların veriliş aparmağa nə vaxtları çatar, nə də ki, ehtiyacları olar. Azərbaycanda müğənninin veriliş aparmağı "daha nə edim görəsən?!" məntiqinə söykənir. Məndən soruşan olsaydı, deyərdin ki, "heç nə" etmə. Yalnız mahnı yaz, mahnı oxu, klip çək, konsert ver. Çünki, yeni mahnılara ehtiyac hər zaman var. Düşünürəm ki, müğənni üçün veriliş aparmaq lazımsız vaxt itkisidir".

Aparıcı Zaur Nəbioğlu isə bunları qeyd edir: " Hərə öz peşəsində maraqlıdır. Bu gün mən də çıxım mahnı oxuyum. Tamaşaçıya Zaurun oxuduğu mahnı maraqlı olmayacaq. Məsələn, heç kim müğənni Rəhim Rəhimlini aparıcı kimi təqdim etmir, sevmir. Amma halbuki Rəhim neçə illərdir verliş aparır. Çünki o, müğənniliklə başlayıb və onunla tanınıb. Bundan başqa Röya veriliş aparanda hamı deyirdi ki, partlayacaq. Amma heç bir partlayış və ya maraq olmadı. Və ya Faiq Ağayev veriliş apardı, heç bir fərqlilik olmadı, verliş də sevilmədi. Məncə, bunu Faiq Ağayev özü də təsdiq edə bilər. Halbuki F. Ağayev kimi savadlı, intellektli insanlar indi çox azdır. Ona görə də söhbət intellektdən, savaddan getmir. Ona qalsa, o qədər savadsız aparıcılar var ki... Müğənnilər müğənnilikdə qazandıqları uğuru, aparıcılıqda heç vaxt qazana bilməzlər. Özlərini olmadıqları kimi göstərirlər. Ona görə də onlarda veriliş alınmır. Əcnəbi müğənnilər veriliş aparanda bəlkə də onlarda bu verilişlər tanınır, sevilir. Amma bizdə qəbul olunmur. Çünki baxışlar fərqlidir. Onlarda hər hansı mövzuya baxış başqa tərzdə olur, biz də isə başqa...».

Aparıcı Zaur onu da qeyd etdi ki, yaxşı müğənni olmaq o demək deyil ki, yaxşı aparıcı ola bilərsən:

"Həmkarınız jurnalist Cavanşir Babəlioğlu yaxşı şou yazar idi. Ancaq o oxumağa başlayandan sonra jurnalistikadan silindi. Profilini dəyişmək heç də həmişə uğur qazandırmır. Mən özüm əvvəl Bülbül adına orta ixtisas məktəbini, sonra isə ADİMU-nin ixtisasca xanəndəliyini bitirmişəm. Ancaq bu gün mən aparıcılıqdan xanəndəliyə keçsəm, mahnı oxusam, mən caamatın gözündən düşərəm".

Aparıcı İdris Cəfərov isə bildirir: «Aparıcı tamaşaçının inandığı, etibar etdiyi, maraqla izlədiyi bir şəxsdir. Onun eyni zamanda dünyagörüşü və yüksək intellekti olmalıdır. Təəssüf ki, bizim müğənnilərdə bu yoxdur. Əksər müğənnilərimiz çox aşağı intellekt sahibləridir və çılpaq fotosessiyalarla, yalnız qalmaqallarla tanınırlar. Məncə, belə aşağı tip insanların aparıcılığı, danışdığı sözlər və ya verə biləcəyi suallar heç kimə maraqlı olmur. Bu səbəbdən də təbii ki, onların apardıqları verilişlərin əksəriyyəti uğursuz olur".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 3439   Tarix: 20 avqust 2013  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

DƏHŞƏTLİ HADİSƏ: hamburgerdən insan barmağı çıxdı

Bolivyanın Santa Cruz de la Sierra şəhərində Estefany Benitezin adlı şəxsin yediyi hamburgerin içindən insan barmağı çıxıb. Bildirilib ki, o, dərhal istehsalçıya şikayət edib. Amma onunla heç kim maraqlanmayıb. Hadisə ilə bağlı öncə "Facebook"da, sonra beynəlxalq mətbuata açıqlayan gənc başın

15.09.2021 1292
.

Cənazə mərasiminə açıq geyimdə getdi - Cəsədə yaxınlaşıb... / FOTO

Sosial mediada yayılan görüntülər müzakirələrə yol açıb. Reddit portalında paylaşılan məlumata görə, qız babasının cənazə mərasiminə açıq geyimdə qatılıb. Qohumların etirazlarına baxmayaraq, qız paltarını dəyişməyib. O cəsədə yaxınlaşıb və bildirib ki, babası sağ olub onu bu göyümdə görsəydi etiraz etməzdi

12.09.2021 2549
.

Pis əhvalın koronavirusla əlaqəsi açıqlandı

Pis əhval-ruhiyyə səbəbindən COVID-19-a yoluxmaq mümkündür. -a istinadən xəbər verir ki, bu barədə rusiyalı infeksionist Svetlana Malinovskaya koronavirusun gözlənilməz səbəbləri barədə danışarkən bildirib. Həkimin sözlərinə görə, insanın psixoloji vəziyyətinin immun sistemə böyük təsiri var. "Qorxu

13.09.2021 1024
.

Yeni Zelandiyanın adı dəyişdirilir?

Yeni Zelandiya parlamentində yerli xalqı təmsil edən "Maori" partiyası ölkənin rəsmi adının dəyişdirilməsi üçün parlamentə təqdim edəcəyi petisiyanı onlayn imza üçün açıb. -a istinadən xəbər verir ki, petisiyada ölkənin adının Aotearoa olaraq dəyişdirilməsi, şəhərlərin, qəsəbələrin və yerləri

15.09.2021 1222
.

Pitbul küçədə səkkiz yaşlı uşağa hücum etdi - VİDEO

Türkiyənin Çorum şəhərində səkkiz yaşlı oğlan pitbul cinsli itin hücumuna məruz qalıb. -a istinadən xəbər verir ki, insident ərazidə olan təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb. Yeniyetmə oğlan ətrafdakı insanların köməyi ilə itin hücumundan xilas edilsə də, onun müxtəlif xəsarətlər aldığ

14.09.2021 1051
.

Bu üçəmlər "TikTok"da səs salıb, amma oğlanlar... - FOTO-VİDEO

İngiltərənin Qreyvzend şəhərindən olan 18 yaşlı Şerena, Keyli və Eliza Terri üçəmləri aktiv "TikTok" istifadəçiləridirlər. BİG.AZ xəbər verir ki, onlar barədə "Daily Mirror" yazır. Qızlar əks cinslə münsibətlərindən danışarkən bildiriblər ki, oğlanlar çox vaxt bacıların gözəlliyin

16.09.2021 3201
.

Nərimanov rayon Montin qəsəbəsində tam təmirli mənzil satılır!

TƏCİLİ ŞƏXSİ ƏMLAKIMI SATIRAM !Nərimanov rayonu Montin qəsəbəsi, Murtuza Nağıyev küçəsində yeni tikili 16 mərtəbəli binanın 6-cı mərtəbəsində yerləşir. Tikili sahəsi 52 kv.m olan mənzil yataq otağı, zal+studio mətbəx, sanitar qovşaq, dəhliz və iki eyvandan ibarətdir. Qaz, su, işıq daimidir. İstilik sistem

15.09.2021 1181
.

Peyvənd olunana pulsuz dönər təklifi

Almaniyada türk əsilli iş adamı insanaları koronavirus əleyhinə vaksinasiyaya təşviq etmək məqsədilə maraqlı təşəbbüs göstərib. -a istinadən xəbər verir ki, Berlindəki "Kaplan Dönər"in sahibi Rəmzi Kaplan peyvənd olunan hər kəsə ona aid restoran və kafelər şəbəkəsində pulsuz dönər ikram ediləcəyin

16.09.2021 1185
.

Necə bilək ki, kərə yağı təbiidir? - 10 ÜSUL

Kərə yağı ən çox istifadə olunan məhsullardan biridir. Bəziləri hətta əksər yeməklərin bişirilməsi zamanı kərə yağından istifadə edirlər. Bəs bu qədər çox üstünlük verilən kərə yağının təbii olub-olmadığını necə bilmək olar?. Kərə yağının ziyanlı olması barədə fikirlər olsa da, təbii kərə yağının A

11.09.2021 3168