Ərim məndən bunu istəyə bilməz" - Elnarə

Ərim məndən bunu istəyə bilməz" - ElnarəMüğənni Elnarə Xəlilovanın müsahibəsi

- Son vaxtlar sizi efirdə ancaq aparıcı qismində görürük. Nədənsə müğənnilik fəaliyyətiniz elə bil bir qədər arxa plana keçib. Bu, nə ilə bağlıdır?

- Heç də yox. Mütəmadi olaraq, hər 3 aydan bir yeni mahnı yazdırıram. Sadəcə, ola bilsin ki, pulu hardan qazanıramsa, məni daha çox ordan görürsünüz, yəni bu verilişimdir, harda ki, maaş alıram, daha sonra mütəmadi olaraq çəkildiyim reklam çarxlarıdır. Mahnı oxumaqla artıq pul qazanmaq bir qədər çətindir, belə ki, konsert və albom satışından da pul qazanmaq praktiki olaraq qeyri-mümkündür. Yalnız toylar, şou-proqramlardan müğənni pul qazana bilər ki, onların da sayı bu dəqiqə müğənnilərin sayı ilə tərs mütənasibdir.

- Siz ixtisasca həm də filoloqsunuz. Bəs necə oldu ki, universiteti bitirəndən sonra ixtisasınız üzrə yox, tamam başqa sahə üzrə irəlilədiniz?

- Xeyr, universiteti bitirər-bitirməz mən düz bir il Bakı Slavyan Universitetində elmi işçi kimi işləmişəm. Sadəcə, səhər 9-da işə gəlib, saat 6-da ordan getmək mənlik deyil, çünki mən yaradıcı insanam. Yaradıcı insanı isə çərçivəyə salmaq olmaz. Sağlıq olsun, bəlkə 40-50-dən sonra ixtisasım üzrə işlədim, ona hələ baxarıq , zaman göstərəcək.

- İncəsənətə gəlmək istədiyiniz ilk vaxtlarda ailənizin reaksiyası necə oldu?

- Normal. Mən ailəmdə ilk sənətçi deyiləm. Ulu babam, məşhur xanəndə Məşədiməmməd Fərzəliyev Şahnaz oxuyanda Cabbar Qaryağdı məclislərdə hörmət əlaməti olaraq susarmış... Deyilənlərə görə xalq artisti, rəqqas mərhum Əlibaba Abdullayev, anamın əmisi - zamanında Kral ləqəbilə tanınardı və hal-hazırda Dövlət Rəqs ansamblında oynanılan demək olar ki, bütün rəqslərin quruluşçu olub. Daha sonra anamın əmisi qızı, əməkdar incəsənət xadimi Nailə Mirməmmədli və hələ ki, son dayanacaqda mən özüməm.

- Bu, təsadüfən hamının sevimli bəstəkarı Nailə Mirməmmədli deyil ki?

- Bəli, həmin Nailə xanımdır (gülür)...

- Nailə xanımdan neçə mahnınız var?

- Bir mahnı.

- Elnarə Xəlilovanı biz son illər tamam başqa ampluada görürük. Bunun ailə qurmaqla bir bağlılığı varmı?

- Siz məni hansısa ampluada yox, yalnız tübikdə görə bilərsiniz. Bəli var, təbii ki, yaş və status öz sözünü deməkdədir.

- Həyatınızdan razısınız?

- Bəli. Həyatımdan hədsiz razıyam. Allaha çox şükür!

- Həyat yoldaşınız çox ciddi adam təsiri bağışlayır. Bəs ailədə necədir?

- Elə ailədə və həyatda da kifayət qədər ciddidir.

- Bəs bu, sizə sənətinizlə bağlı problem yaratmır ki? Yəni siz sənətdə olan birisiniz, həmişə göz önündəsiniz. Bu, narazılıq yaratmır ki?

- Heç vaxt narazılıq olmayıb. Çünki ərim mənə nə deyibsə, o da olub.

- Bəs nə vaxtsa sənətdən imtina etməyinizi istəsə?

- Heç vaxt məndən belə bir şey istəyə bilməz, çünki o zaman məni məndə öldürmüş olar, onu da gözəl bilir, çünki özü də yaradıcı insandır.

- İlk tanışlığınız xatirinizdədir? Necə baş tutub?

- "Space" TV-də "Çardaq" verilişində uzun-uzadı Qarabağ problemindən danışdıq. Sonda məndən avtoqraf aldı. İndiyənə kimi saxlayır.

- Övladlarınızın adlarını kim qoyub?

- Burlaxatun, Harun və Önder Xaqanini mən, Tugəri isə o. Cahangirsə hər 3-nün soyadıdır.

- Bəs uşaqlarla işləmək çətin olmur ki? Köməyiniz var?

- Çox çətindir. Hələ ki, bağça və anam köməyimə gəlir.

- Şou-biznesdə sizə "qəhrəman ana" adı vermək olar?

- Ən gənc qəhrəman ana (gülür). Xalq artisti Mələkxanım Əyyubova 4 uşaq anasıdır. Əməkdar artist Gülyanaq xanım, Fidan Hacıyeva və Nuranın isə üç övladı var. Bildiklərim bunlardır hələ…(gülür)

- Ən gənc qəhrəman ana kimi digər gənc analara və ya ana olmağa hazırlaşanlara öz təcrübənizdən nələri paylaşardınız?

- Vallah, nə deyim, baxır hansı istiqamətdə. İlk növbədə ana olsunlar, vəssalam.

- Amma indi çoxları çox uşaqlıqdan qaçır, daha çox karyera barədə düşünürlər.

- Mən göründüyü kimi qaçmıram. Çoxları 1 uşaq dünyaya gətirir və itir. Sözüm tək yerli ulduzlara aid deyil. Məşhur dünya ulduzları Kristina Aquilera, Şakira, Meray Keri, Alsu, Qlükoza ve bir çox aktrisalar, Culiya Roberts və s. doğdular və çox normal olaraq uşaqlarını böyütməklə məşğuldurlar. Çünki bu uşaq oyuncağı deyil.

- Yemək proqramının aparıcısı olmaq kimin ideyası idi?

- ATV-nin rəhbərliyinin.

- Yəqin biş-düşü yaxşı bacarırsınız?

- Yəqin.

- Ən yaxşı bişirdiyiniz yemək hansıdır bəs?

- Plov, dolma, dovğa, ləvəngi.

- 3 uşaqdan sonra kilolarınıza necə nəzarət etdiniz?

- Nəzarət edə bilmədim axı. 10 kilo artıq çəkim var.

- Açıqlamalarınızın birində geyimlərimi həyat yoldaşım seçir demisiniz, doğrudur?

- Tam olaraq yox, təbii ki, amma onun fikri mənimçün maraqlıdır.

- Bir az da yaradıcılığınıza keçək, indi kimlərlə işləyirsiniz? Hansı bəstəkarlarla?

- Hazırda Vüqar Camalzadənin rəhbərliyilə Xalq Çalğı Alətləri ilə xalq mahnılarından ibarət bir popuri yazdırmışıq. Bundan oncə İslam Şirvaninin "Sən və Mən" mahnısını ifa etmişəm.

- Sizə görə hazırda şou-biznesdə vəziyyət nə yerdədi?

- Belə də. Vəziyyət "urusca"dır. (gülür)…

- Şou-biznesdə küsülü olduğunuz kimsə var?

- Xeyr. Küsməyi sevmirəm.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 10357   Tarix: 15 avqust 2013  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Türkiyədə yaşayan azərbaycanlı aktrisa AİLƏSİ İLƏ - FOTOLAR

Ailə qurandan sonra Türkiyədə yaşamağa başlayan aktrisa Cəmilə Tağızadədən xəbər var. xəbər verir ki, aktrisa instaqram hesabında yeni fotolarını paylaşıb. Fotolarda onun həyat yoldaşı Murad Təmiz və oğlu da yer alıb. Onun paylaşımı izləyicilərin marağına səbəb olub. Fotolara çoxsaylı bəyəni gəlib. Qey

18.09.2021 4262
.

İlin ən gözəl qadını seçildi

"Glamour Magazine" jurnalında dərc olunan məqalədə ilin ən gözəl qadınının adı açıqlanıb. Axşam.az-a istinadən xəbər verir ki, bu ada türkiyəli aktrisa Hande Erçel layiq görülüb. Qeyd edək ki, aktrisa sonuncu dəfə "Sen çal kapımı" serialında baş rolu canlandırıb

17.09.2021 8355
.

Orxan Gəncəbayın oğlu evləndi - VİDEO

Bu gün türkiyəli müğənni Orxan Gəncəbayın oğlu Gökhan Gəncəbay ailə həyatı qurub. Axşam.az-a istinadən xəbər verir ki, Gökhan uzun müddətdir eşq yaşadığı Seda Hanla Çırağan Sarayında nikah masasına əyləşib. Cütlüyün xoş günündən görüntülər sosial şəbəkədə yayılıb

16.09.2021 3352
.

"Ata tərəfim Azərbaycandandır" - Acun Ilıcalı

"TV 8"in rəhbəri, aparıcı Acun Ilıcalı "Müge ve Gülşen’le 2.Sayfa" proqramının qonağı olub. Axşam.az-a istinadən xəbər verir ki, aparıcılar Acuna gənc qalmasının sirrini soruşublar. O, isə söhbət zamanı ata tərəfinin Azərbaycan köklü olduğunu deyib. Acun bildirib ki, gənc qalmasını

16.09.2021 2120
.

Toyunda ürəkdən "hə" deməsi minlərlə baxış sayı topladı - VİDEO

4 ilə yaxındır sevgili olan tanınmış müğənni Ece Seçkin və pilot Çağrı Terlemez cütlüyü özünə toy edib. xəbər verir ki, bu barədə ifaçı instaqram hesabında bildirib. Seçkinin toyda geyindiyi iki fərqli gəlinlik böyük marağa səbəb olub. Bundan başqa, müğənninin nikah mərasimində "Çağrı Terlemezl

16.09.2021 1693
.

"Kalp yarası"nda yeni aktyor - Foto

Reytinqlərdə ilk sırada yer alan "Kalp yarası" serialına yeni aktyor daxil olub. Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, ekran işində Görkem Mertsöz rol alacaq. Aktyor serialda psixoloq obrazına həyat verəcək

17.09.2021 3104
.

Serenaya görə Umutu sildi

Aktrisa Melisa Şenols keçmiş sevgilisi iş adamı Umut Evirgeni instaqramda izləmədən çıxarıb. Axşam.az-a istinadən xəbər verir ki, buna səbəb cütlük ayrıldıqdan sonra Umutun aktrisa Serenay Sarıkaya ilə eşq yaşaması iddiaları olub. O, bütün birlikdə çəkdirdikləri fotoları da hesabından silib. Umut is

17.09.2021 2293
.

Hacı Nuranla bu fotosunu paylaşdı, gündəm oldu

Tanınmış klarnet ifaçısı Hüseyn Məhəmmədoğlunun Hacı Nuran ilə paylaşdığı foto böyük maraqla qarşılanıb. -a istinadən xəbər verir ki, o Hacı Nuranla foto çəkdirərkən üzünü bağlayıb. Klarnet ifaçısı fotonu bu başlıqla paylaşıb: "Diqqət! Diqqət!. Əziz Dostlarım, Hacı Nuranın 4-cu dalğasi başlayıb

17.09.2021 7467
.

Əməkdar artist vəfat etdi - FOTO

Əməkdar artist Çiçək Rzayeva vəfat edib. -ın məlumatına görə, Rzayeva Çiçək Məmmədhüseyn qızı ötən gün 77 yaşında dünyasını dəyişib. Qeyd edək ki, Çiçək Rzayeva 1944-cü ildə Bakıda anadan olub. Onun Azərbaycan arfa sənətində müəllimi Aida Abdullayevadan sonra böyük xidmətləri olub. Çiçək Rzayeva arf

16.09.2021 7387