Dünyanın saqqallı qadınları - Fotolar

Dünyanın saqqallı qadınları - FotolarNə qədər qəribə olsa da, Yer üzündə təkcə saqqalı kişilər deyil, saqqalı qadınlar da var. Modern.az zərif cinsin bu nadir nümayəndələrini tanıdır.Dünyanın saqqallı qadınları - Fotolar1.Anni Cons tarixin ən uzun saqqallı qadınlarından biri olub. Hələ 19 yaşında ikən onun bədənini tük basır. 21 yaşında(1881-ci ildə) ailə həyatı qurur. Bu evlilikdən bir övladı olur. Amma uşaq çox gənc yaşında vəfat edir. Özü isə 1902-ci ildə vərəm xəstəliyindən dünyasını dəyişir.Dünyanın saqqallı qadınları - Fotolar2. Culia Postrana "planetin ən qorxulu qadını", "Ayı Qadın" adı ilə məşhur olub. O, 1832-ci ildə Meksikada doğulub. 1860-cı ildə Moskvaya səfəri zamanı ilk uşağı dünyaya gəlib və uşaq da hədsiz tüklü olub. Onların hər ikisi doğumdan iki gün sonra ölüblər.Dünyanın saqqallı qadınları - Fotolar3. Madam Sidoniya De Barçi 1 may 1866-cı ildə Budapeştdə doğulub. 19 yaşına qədər saqqalları olmayan qadının oğlu dünyaya gətirdikdən 12 gün sonra saqqalları çıxmağa başlayıb. Dünyanın tək saqqallı anası olaraq təxminən 400 dollar qazanmağa başlayır. 1912-ci ildə yoldaşı xəstəlikdən vəfat edir. Təkrar evlənən qadını bir müddət sonra əri tərk edir. Barçi diabet xəstəliyindən 19 oktyabr 1925-ci ildə vəfat edir.Dünyanın saqqallı qadınları - Fotolar4. Frensis Mörfi 1910-cu ildə doğulub. O, amerikalı transseksual idi və qadın olmaq onun üçün çətin idi. Cəmiyyət içində qadın paltarları geymək üçün məhkəmədən icazə almışdı. O, həmin dövrlərdə sirkdə çalışırdı.Dünyanın saqqallı qadınları - Fotolar5. Qreys Cilbert 2 fevral 1876-ci il tarixdə Ohayoda doğulub. Doğulduğunda incə tükləri vardı, lakin bir neçə il içində saqqalları çıxdı. 1901-ci ildə imzaladığı müqavilə əsasında professional saqqallı qadınlar arasına qatıldı. Şəxsi həyatında davamlı şalvar geyib qadınlar yerinə kişilər ilə yoldaşlıq edirdi. 1910-cu ildə 53 yaşında bir kişi ilə ailə həyatı qurub. Belə ki, nikah məmuru toy əsnasında Qreysi bəy, ərini isə gəlin hesab edib. 1924-cü ildə bu qadın naməlum bir şəkildə ölüb.Dünyanın saqqallı qadınları - Fotolar6. Adel Kis 1884-cü ildə saqqallı olaraq dünyaya gəlir. Evlənən və sirkdə işləyən Adelenin saqqallarını bir gün yatarkən əri kəsir. Bu hadisədən götürdüyü təzminat ilə Budapeştə dönən Adel 1934-cü ilin yanvar ayında burada öldü.Dünyanın saqqallı qadınları - Fotolar7. Gənclik illərində özünə xas gözəlliyi olan Kristin gənc yaşlarında ailə həyatı qurur. Oğlu doğulduqdan sonra çənəsində tüklər çıxmağa başlayır. Taraş olduqca bu tüklər saqqala çevrilirdi. Saqqalından xilas olmaq üçün minlərlə dollar xərclədi, lakin müvəffəqiyyətsiz oldu. Əri ağır xəstələnir və iş qabiliyyətini itirir. Xəstəlikdə özünü günahkar hesab edən Kristin oğlunu və yoldaşını tərk edərək karnaval şoularına qatılmağa başlayır. Kifayət qədər pul yığdıqdan sonra müalicə vasitəsilə saqqalarından xilas ola bilib.Dünyanın saqqallı qadınları - Fotolar8. Persilla Bexano Puerto-Riko doğumludur. Xoşbəxt həyat sürüb, uzun müddət şoularda meymun qadın rolunu ifa edib. Yaxşı oxuyur və rəqs edirdi. Həyat yoldaşı "timsah dərili insan" ləqəbli biri idi. İlk dəfə 1995-ci ildə ərinin vəfatından sonra taraş olunub. Həyatsevər qadın isə yuxu zamanı rəhmətə gedib.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 12039   Tarix: 15 avqust 2013  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

Ovuclarınızı birləşdirin: Sevgi haqqında nələr öyrənəcəksiniz?

Ovuclarınızın içindəki sevgi xətti xarakteriniz haqqında çox şey deyir. -a istinadən məlumat verir ki, bir insanın əlləri o insan haqqında çox şey deyə bilər. Bu, uzun müddətdir ki, xarakter təhlili aparan insanlar üçün təsirli bir üsuldur. Əgər bu sizə də maraqlıdırsa, o zaman ovuclarınızı birləşdirin

16.09.2021 1627
.

Borşa da abidə qoyulacaq

Kiyev şəhər rəhbərliyi borşa qoyulacaq abidənin anonsunu verib. -a istinadən xəbər verir ki, abidənin qastroturizmin populyarlaşdırılması baxımından əhəmiyyətli olacağı bildirilib. Müvafiq təşəbbüsü aşpaz Yevgeni Klopotenko irəli sürüb. O, Ukraynada duzlu xiyara, qarpıza, dondurmaya və bu kimi qida vasitələrin

10.09.2021 1189
.

Bakıda dördəm doğulub - VİDEO

Bakıda dördəm doğulub. -ın xəbərinə görə, uşaqlardan 3-ü oğlan 1140 qr., 1350 qr., 1230 qr, biri qızdır 1120 qr. Zaqatala rayon sakinləri olan 30 yaşlı Ülviyyə Sofiyeva və 32 yaşlı Huseynbala Sofiyevin ailəsində dünyaya gələn uşaqlar onların ilk övladlarıdır. Qeysəriyyə əməliyyatı ilə doğulan uşaqları

15.09.2021 942
.

Doğum evində skandal: 20 il sonra məlum oldu ki...

İspaniyada 20 il əvvəl iki qız uşağının səhv ailələrə verildiyi açıqlanıb. Rəsmi dairələrin məlumatına görə, hadisə Rioxa bölgəsində baş verib. Açıqlamaya görə, hadisə tibb işçilərinin diqqətsizliyi səbəbilə baş verib. Bildirilir ki, uşaqlar 5 saat fərqlə dünyaya gəlib. Onlar zəif olduğu üçün xüsus

12.09.2021 2121
.

Prokuror küçədə çılpaq vəziyyətdə gəzdi: Sakinlər polisə şikayət etdi - FOTO

Polşanın cənub-şərqində yerləşən Svidnitsa şəhərində prokuror küçədə çılpaq vəziyyətdə gəzib. Ətrafdakı insanların çəkdiyi fotolarda çılpaq vəziyyətdə olan kişinin əlində dörd pivə butulkası ilə ərzaq mağazalarını gəzdiyi əks olunub. Digər görüntülərdə prokurorun tamamilə çılpaq bir vəziyyətdə küçələr

12.09.2021 1423
.

Nərimanov rayon Montin qəsəbəsində tam təmirli mənzil satılır!

TƏCİLİ ŞƏXSİ ƏMLAKIMI SATIRAM !Nərimanov rayonu Montin qəsəbəsi, Murtuza Nağıyev küçəsində yeni tikili 16 mərtəbəli binanın 6-cı mərtəbəsində yerləşir. Tikili sahəsi 52 kv.m olan mənzil yataq otağı, zal+studio mətbəx, sanitar qovşaq, dəhliz və iki eyvandan ibarətdir. Qaz, su, işıq daimidir. İstilik sistem

15.09.2021 1181
.

Zooloqlar inəklərə görün nəyi öyrətdilər

Alimlər inək fermalarından çıxan tullantıların ətraf mühitə təsirini azaltmağın yolunu tapıblar. -a istinadən xəbər verir ki, məlum olduğu kimi, inəklər hər gün çox miqdarda peyin və sidik xaric edir. Buna görə də fermerlər gündəlik olaraq böyük təsərrüfatlarda tullantıların sanitariya problemi yaratmamas

15.09.2021 960
.

Bu şəxslərə soğan yemək olmaz

Soğan sağlamlıq problemlərinin siyahısını genişləndirə bilər. Diyetoloq, Kanada Diyetoloqlar Birliyinin üzvü Nataliya Nefedova bu barədə danışıb. O bildirib ki, soğan xüsusilə mədə-bağırsaq traktının işinin pozulmasına səbəb ola bilər. N.Nefedova "Sputnik" radiosuna verdiyi müsahibədə qey

12.09.2021 2801
.

Cənazə mərasiminə açıq geyimdə getdi - Cəsədə yaxınlaşıb... / FOTO

Sosial mediada yayılan görüntülər müzakirələrə yol açıb. Reddit portalında paylaşılan məlumata görə, qız babasının cənazə mərasiminə açıq geyimdə qatılıb. Qohumların etirazlarına baxmayaraq, qız paltarını dəyişməyib. O cəsədə yaxınlaşıb və bildirib ki, babası sağ olub onu bu göyümdə görsəydi etiraz etməzdi

12.09.2021 2549