Baş nazir taksi sürücüsü oldu - Video
BiG.AZ bildirir ki, Norveçin Baş naziri Yens Stoltenberq Parlament seçkiləri ərəfəsində taksi sürücüsü işləməyi qərara alıb. Beləliklə də, o, bazar gününün yarısını sükan arxasında keçirib.
Qeyd edək ki, Norveç hökumətinin başçısının taksi sürücüsü rolunda lentə alındığı video çarx internetdə populyarlıq qazanmaqdadır. Baş nazir vətəndaşlarla təhsil sahəsində müxtəlif problemləri, o cümlədən, bankirlərin yüksək məvacib almalarını və təbii resurslardan istifadə məsələlərini müzakirə edib.
Norveçli siyasətçi gediş haqqı üçün heç nə götürməyib. Eyni zamanda, onu sərnişinlərdən yalnız biri tanıyıb.
BiG.Az Telegramda izləyin instagramda izləyin
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Facebookda Paylaş