Mobil operatorların qiymətləri aşağı salına bilər - Video
Mobil operatorlara bu addımı atmağa nömrə daşınması xidmətinin tətbiq edilməsi vadar edəcək. Gələn aydan ölkədə fəaliyyət göstərən mobil operatorların qiymətləri aşağı salına bilər. Bu barədə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi açıqlama verib. Belə hesab olunur ki, mobil operatorlara bu addımı atmağa nömrə daşınması xidmətinin tətbiq edilməsi vadar edəcək. Bəs ölkədə hələ 2008-ci ildən tətbiq olunmasına dair müzakirələrin başlanıldığı bu xidmətin mahiyyəti nədən ibarətdir? Və ölkənin 3 böyük mobil operatorunun proseslə bağlı hazırlıqları nə yerdədir?
MNP hazırkı 7 rəqəmli mobil nömrənizi 050, 051, 055, 070, 077 prefikslərdən istənilən birinə abunəçisi olduğunuz mobil operatordan digərinə daşımaq imkanı yaradır. Mobil nömrə daşınması tətbiqindən sonra abunəçilər artıq öz köhnə nömrələrini saxlamaq üçün hər hansı bir operatorun xidmətlərindən istifadə etmək məcburiyyətində qalmayacaqlar və öz nömrələrini operatorun kodu ilə birgə istənilən operatorun şəbəkəsinə daşıyıb bazarda ən sərfəli tarif və təklifləri seçmək imkanı qazanacaqlar. Bu da müştəriyə onu öz yaxınlarına və iş ortaqlarına nömrə dəyişikliyi barədə xəbər vermək əziyyətindən qurtaracaq.
MND telefon nömrəsini dəyişmədən mobil rabitə operatorunu dəyişmək imkanı deməkdir. Bununla da, abonentlərin mobil operatorlardan asılılığı aradan qalxır.
Mobil operatorların Nömrə Daşınması Xidmətinə hazır olub-olmadığı və bunun tariflərə təsir edib-etməyəcəyilə maraqlandıq. Azersell telekomun prezidenti Kiril Qaburiç son bir neçə ildə rəhbərik etdiyi mobil operatorun qiymətlərinin ucuzlaşdığını, bununla belə xidmətin tətbiq edilməsinin tariflərin aşağı salınmasına təsirsiz ötüşməyəcəyni də istisna etmir: "Bu xidmət tətbiq olunanda müştərinin hansı mobil operatoru seçəndə əsas kriteri kimi rabitənin və xidmətlərin keyfiyətinin yüksək olması olacaq. Bundan əlavə, onsuz da rəqabətin olduğu mobil operator bazarında rəqabət daha da dərinləşəcək. Bu da yaxşıdır, çünki mobil operator olaraq bu bizi inkişaf etməyə, investisiya cəlb etməyə, yeni texnologiyalar və xidmətlərin cəlb etməyə və nəticə etibarı ilə xidmətin yeni səviyyəsinə gəlməyə vadar edəcək.
Nar mobayl-da Mobil Nömrə Daşınmasının tətbiq olunmasına hazırlıq üçün bir çox işlərin görüldüyü deyilİr. Şirkətin marketinq üzrə baş mütəxəssisi Maks Fyodorov hazırda təklif edilən tariflər və keyfiyyət münasib olduğu üçün Mobil Nömrə Daşınması ilə əlaqədar yeni qiymət endirilməsi barədə düşünmədiklərini söylədi: "Biz Mobil Nömrə Daşınmasının tətbiqinə həm texniki, həm kommersiya nöqteyi nəzərdən tam hazırıq. Bizim bu nömrə daşınması sistemindən gözləntilərimiz çox pozitivdir. Biz inanırıq ki, bu sistem qüvvəyə minəndən sonra bir çox abunəçilər bizə qoşulub. Bizim verdiyimiz keyfiyyətdən və qiymətdən istifadə etmək istəyəcəklər".
Digər mobil operator Baksell –də bu prosesin Azərbaycanın telekommunikasiya bazarında rəqabətliliyi artıracağı qənayətindədirlər. Şirkət rəhbərliyi jurnalitlərə açıqlamasında xidmətin tətbiq olacağı təqdirdə abunəçilərə seçim üçün daha çox imkanlar veriləcəyi və rəqabətin artacağını söyləyib. Xidmətin abunəçilərinin xeyrinə olacağını deyən mobil operator, həm çox sayda abunəçinin öz nömrəsi ilə "Bakcell" şəbəkəsinə miqrasiya edəcəyini gözlədiklərini açıqlayıb. Hər halda, tariflərin aşağı salınması xidmətin tətbiqindən, başqa sözlə, abunəçilərin seçimindən sonra bəlli olacaq. Rabiətə və İnformasiya Texnologiyaları Nazirliyində rəqabət mühitinin yarancağına inanırlar. Xarici praktikaya nəzər salsaq görərik ki, MND-nın istifadəyə verildiyi ölkələrdə xidmət ödənişsiz, yaxud ödənişli 30 manatadək, ölkələrə görə 3-4 saatdan1 aya qədər aktiv edilmə müddəti ilə xidmət göstərir. Məhz xidmət haqqının ödənişli olması və bu müəyyən müddət apardığı üçün MDB məkanındakı ölkələrdə Mobil Nömrə Daşınması heç də hamısında uğurlu deyil. Məsələn, qonşu Gürcüstanda perifeksi dəyişməyə istədiyin zaman icazə verilir və xidmət pulsuz olduğu üçün bu təcrübə çox uğurla tətbiq edilib. Digər qonşumuz Rusiyada ölkənin böyük və texniki nöqteyi nəzərdən çətin, xidmətin isə pullu - 3 manatadək olması bu sistemin tətbiqini hələ bir neçə il də yubadacaq. Ümid bəsləyək ki, bu məsələ Azərbaycanda özünü çox da gecikdirməyəcək.
BiG.Az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş










