Samsung Galaxy S4 Zoom təqdim olundu

Samsung Galaxy S4 Zoom təqdim olunduİyulun 25-də Samsung IntegralPlus mağazasında Samsung Galaxy S 4 Zoom smartfonunun Azərbaycanda rəsmi təqdimatı keçirildi.

Mərasimdə çıxış edən "Samsung Electronics" şirkətinin Qafqaz üzrə baş direktoru cənab Sanq Pil Çan smartfonun özəllikləri haqqında danışdı:

"Bu telefonu Azərbaycanda təmsil etdiyimə görə məmnunluq hissi keçirirəm. Telefona baxdıqda ilk olaraq düşünürsən – bu kameradır, yoxsa smartfon?

İnsanların tələbatı günbəgün artmaqdadır. Dostlarla yığışdıqda, kiçik mərasimlərdə, əlamətdar günlərdə şəkil çəkdirmək istəyirik. Bundan başqa, müasir zamanın texniki inkişafı smartfonu da bizim üçün vacib edir. Samsung şirkəti bunların ikisini bir araya gətirən məhsul istehsal etdi. Samsung Galaxy S 4 Zoom bizim ən yeni və deyərdim ki, universal məhsullarımızdandır".

O, smartfonun qeyri-adi dizaynından və məhsulun hər kəs üçün rahat ola biləcəyindən danışdı.

Rəsmi təmsilçinin çıxışından sonra Samsung Galaxy S 4 Zoom smartfonunun funksiyaları haqqında məlumat verildi. Smartfon 10x zoom effektinə malikdir. Zoom effektinin çox olmasına baxmayaraq fotolar keyfiyyətli və dəqiq alınır. Dünyada yeganə telefondur ki, 10 dəfə Zoom effektinə malikdir.

Bu model dünyanı öyrənməyə can atan insan üçün nəzərdə tutulub. Hətta bu telefonda siz təəssüratlarınızı digərləri ilə də bölüşə bilərsiniz. Telefonla danışa-danışa foto çəkib həmin insane asanlıqla göndərə bilərsiniz. Texniki cəhətdən də əvvəlki modeldən bir çox üstünlükləri vardır.
Zoom ring kameradan çevik istifadə funksiyası ilə bir anda istədiyiniz fotonu çəkə bilərsiniz. Zoom Ring Optik Zoom və Toxunuşlu, Manual Fokus sayəsində şəkil çəkərkən yeni rəqəmsal idarə etmə ilə peşəkar dəqiqliyə nail ola bilərsiniz. 16MP və geniş rəng yelpazası ilə canlı şəkillər çəkəcəksiniz.

Galaxy S 4 Zoom mükəmməl optic funksiyalara malik telefondur.

Smartfon dizayn baxımından da fərqliliyi ilə nəzər cəlb edir. Çox mükəmməl kamera və smartfonu bir arada əldə etmək imkanınız yaranıb. Sizə bu imkandan faydalanmaq düşür.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 5355   Tarix: 26 iyul 2013  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Müğənninin aylıq gəliri ŞOKA SALDI – VİDEO

ATV-nin "Rəngarəng Səhər" proqramının növbəti qonağı gənc müğənni Camilla olub. xəbər verir ki, maraqlı keçən verilişdə aparı gənc müğənniyə "Aylıq gəliriniz nə qədərdir?" sualını ünvanlayıb. Camilla isə buna cavab olaraq "Şou proqramlara getmirəm" deyərək, ayda 10-15 mi

02.05.2024 1177
.

"Siyahını mənə atırlar, mən deyirəm bu olar, bu olmaz"

Müğənni Roza Zərgərli baş prodüseri olduğu "Kanal S" televiziyasıyla bağlı açıqlamalar edib. olay-a istinadən bildirir ki, ifaçı "Xəzər axşamı" verilişində aparıcı Mətanət Əliverdiyevanın "Küsülü olduğun bir müğənniylə çəkiliş edilməsinə icazə verirsənmi" sualını cavablandırıb

02.05.2024 1056
.

Ülviyyə Fətəliyeva kimdir və nə qədər qazandı? - AVROPA ÇEMPİONU

Yunanıstanın Rodos şəhərində gerçəkləşən Avropa çempionatının qalibi olan 27 yaşlı qrossmeyster bunu 10 qarşılaşmada 8,5 xal toplamaqla bacarıb. Zəka sahibi sonuncu turda Gürcüstan təmsilçisi Nino Batsiaşvili ilə heç-heçə edib - 0,5:0,5. Ülviyyə Fətəliyeva Azərbaycanın Avropa çempionu titulunu qazana

02.05.2024 642
.

Ruanq vulkanına görə 12 min insan evakuasiya edilib - VİDEO

Dünən İndoneziyanın şimalında yerləşən Rvanq adasında yerləşən Ruanq vulkanı lava püskürüb. BİG.AZ xəbər verir ki, hadisə zamanı 12 min insan evakuasiya edilib. Vulkan vulkanının yerləşdiyi Rvanq adası ötən ay baş verən püskürmələr nəticəsində tamamilə boşaldılıb. Adada yaşayan 828 nəfər ətraf ərazilərd

02.05.2024 181
.

Uşağa görə bu ailələrə 435 AZN pul veriləcək - RƏSMİ

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi tərəfindən himayədar ailələrə verilən uşaqların sayı 12-yə çatıb. Qanunvericiliyə uyğun olaraq Nazirliklə həmin uşaqları himayəyə götürən şəxslər arasında uşağın himayədar ailəyə verilməsinə dair müqavilələr imzalanıb

02.05.2024 874
.

Bakının bu hissəsində su yoxdur

Bu gün Səbail rayonunun bir hissəsinə (Neftçilər prospekti, Zərifə Əliyeva küçəsi, İçərişəhərin bir hissəsi) içməli suyun verilməsində məhdudiyyətlər yaranıb. Bu barədə -a Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən bildirilib. Qeyd olunub ki, bu, su kəmərində baş vermiş qəza ilə əlaqədardır

02.05.2024 339
.

Azərbaycanda sabiq nazir hər ay mənimsədiyi pulların miqdarını AÇIQLADI

Bu gün Naxçıvan Muxtar Respublikasının keçmiş maliyyə naziri Rafael Əliyev və Dövlət Gömrük Komitəsinin tariflərin tənzimlənməsi və ödənişlər şöbəsinin rəisi vəzifəsində işləmiş Mənsur Əsgərovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib. APA xəbər verir ki, Naxçıvan Muxtar Respublikasının Ağı

02.05.2024 380
.

Sabah bu ərazilərdə qaz olmayacaq

"Nardaran QPS" ölçü qovşağından qidalanan "Hacı Seyfəl" orta təzyiqli qaz kəməri üzərində ölçü qovşağının təftiş olunması və aşkar olunmuş qaz sızmasının aradan qaldırılması, həmçinin Səbail rayonu, Badamdar qəsəbəsinin 3-cü yaşayış massivində yeni çəkilmiş qaz xəttinin mövcud şəbəkəy

02.05.2024 369
.

Məhkəmədə Alidənin həyat yoldaşını günahlandırdı

Aparıcı Alidə Mustafayevanın həyat yoldaşı, Ağstafa rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucovun vəzifə verdiyi qohumuna Ağır Cinayətlər Məhkəməsində hökm oxunub. qaynarinfo-ya istinadən xəbər verir ki, Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin Birləşmiş Həmkarlar İttifaqının sədri İsrafil Bəkiro

02.05.2024 1250