Aysel Əlizadə: "Məni şantaj etdilər"

Aysel Əlizadə: "Məni şantaj etdilər"Ötən həftə "Akcent"lə konsertindən narazı qalan gənc ulduz Aysel Əlizadə olanlar haqqında show.az-a danışdı.
Təşkilati işlərdən şikayət edən müğənni xeyli ziyana düşdüyünü də söyləyib. "Konsertimdə səhnə arxası problemlər tamaşaçılardan gizli qalsa da, çox şadam ki, konsert uğurlu alındı.
Təşkilatçının Faiq Əli olmağına baxmayaraq, ən ağır yük mənim çiyinlərimə düşmüşdü. Çünki təşkilati işləri də mən aparmalı oldum. Geyimimə, stilimə, atəşfəşanlığa, rəqs qrupuna xərclənən pullar bəs deyilmiş ki, "Akcent"in Bakıya gəlməsi üçün bilet pulundan tutmuş, oteldə qalmaq xərclərinə qədər mən çəkdim.
Konsert zamanı təşkilatçını tapa bilmirdim ki, bəzi məqamları aydınlaşdırım. Onu da bildirim ki, mənimçün vəd olunan səhnə qurulmadı. Buna baxmayaraq mən tamaşaçılara verdiyim sözü tutaraq, qeyri-adi geyimi və performansı reallaşdırdım.
Hətta aparıcı Rüfət Ağayev və Günel Hümbətova da mən səhnədə olarkən aparıcılıq etdikləri üçün zəhmət haqqlarını da mənim ailəmdən tələb ediblər. Əks halda məni səhnədə biabır edəcəklərini bildirib şantaj ediblər. Hansı ki, mənim nə onların aparıcılıq edəcəyindən, nə də onlara hansı məbləğin veriləcəyindən xəbərim yox idi. Bu işləri əslində təşkilatçı etməli idi. Hələ sadalamadığım başqa nüanslar da var ki, onları açıqlamaq istəmirəm. Amma bütün bu xərcləri özüm çəkdim. Bunu ona görə etdim ki, adımla bağlı layihə zəif, biabırçı şəkildə təqdim olunmasın. İstəmədim sonra kimsə desin ki, Ayselin konserti alınmadı və ya kiməsə borclu qaldı. Hər şeyin mükəmməl olması üçün əlimdən gələni etdim ki, sabah, başqa həmkarlarımda olduğu kimi maşınımı, evimi əlimdən almasınlar.
Bir də onu deyim ki, sayəmdə antireklam olsa da, dırnaqarası təşkilatçı Faiq Əli əslində bacarmadığı bir iş təqdim edib, xeyli məşhurlaşdı.
Ona bircə məsləhətim var, ya bu işi əməlli-başlı öyrənsin, ya da bacarmadığı işi öhdəsinə götürməsin. Mən bu vəziyyətdən çıxdım, başqa müğənnilər yazıqdır."


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 5723   Tarix: 26 iyul 2013  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"Vüqarın ölüm səbəbiylə bağlı ekspertiza tələb edəcəyəm"

Mərhum meyxanaçı Vüqar Biləcərinin sevgilisi Samirə Nail Kəmərlinin "Youtube" layihəsinin qonağı olub. Axşam.az-a istinadən xəbər verir ki, Samirə sənətçi ilə bağlı bəzi məqamları açıb. O bildirib ki, Vüqar ömrünün son illərində anası üçün pis olub:. "Vüqarın yanında "ana" söz

17.09.2021 5564
.

Səyyad Əlizadə ECMO cihazına qoşuldu - YENİLƏNİB

Koronavirusa yoluxan sənətçi Səyyad Əlizadə ECMO cihazına qoşulub. Bu barədə -a onun qohumu Razim Qasımov məlumat verib. O bildirib ki, sənətçinin ağciyərlərinin yalnız 30 faizi çalışır:. "Ciyərlərin 70 %-də buzlu şüşə aşkarlanıb. Müalicəsi davam etdirilir. Süni koma vəziyyətində saxlanılır"

17.09.2021 4147
.

İlin ən gözəl qadını seçildi

"Glamour Magazine" jurnalında dərc olunan məqalədə ilin ən gözəl qadınının adı açıqlanıb. Axşam.az-a istinadən xəbər verir ki, bu ada türkiyəli aktrisa Hande Erçel layiq görülüb. Qeyd edək ki, aktrisa sonuncu dəfə "Sen çal kapımı" serialında baş rolu canlandırıb

17.09.2021 8355
.

"Kalp yarası"nda yeni aktyor - Foto

Reytinqlərdə ilk sırada yer alan "Kalp yarası" serialına yeni aktyor daxil olub. Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, ekran işində Görkem Mertsöz rol alacaq. Aktyor serialda psixoloq obrazına həyat verəcək

17.09.2021 3104
.

Mina Hüseynin arxiv fotosu ORTAYA ÇIXDI

Müğənni Mina Hüseyndən xəbər var. xəbər verir ki, Mina sosial media hesabında arxiv fotosunu paylaşıb. Uşaqlıq fotosu ilə izləyicilərin marağına səbəb olan müğənni paylaşımı ilə xoş rəylər alıb. Həmin fotonu təqdim edirik:

17.09.2021 6686
.

Hacı Nuranla bu fotosunu paylaşdı, gündəm oldu

Tanınmış klarnet ifaçısı Hüseyn Məhəmmədoğlunun Hacı Nuran ilə paylaşdığı foto böyük maraqla qarşılanıb. -a istinadən xəbər verir ki, o Hacı Nuranla foto çəkdirərkən üzünü bağlayıb. Klarnet ifaçısı fotonu bu başlıqla paylaşıb: "Diqqət! Diqqət!. Əziz Dostlarım, Hacı Nuranın 4-cu dalğasi başlayıb

17.09.2021 7467
.

"Polislər bizi mühasirəyə alıb, şöbəyə apardı"

"Yaxşı maşınım, gəlirim, evim, yaşayışım var. Çox yaxşı yaşayıram. Pulunu yaxşı şeylərə xərcləməsən, heç vaxt yerinə gəlməyəcək. Mən də yaxşı şeylərə, xeyriyyəyə xərcləyirəm. Eləsi olur ki, pulu var, amma xeyriyyəçilik etmir. Kimsə yaxşılığa xərcləmirsə, canına xərcləyəcək". Axşam.az xəbə

16.09.2021 3763
.

"Həmin Xalq artistlərinə pullar vermişəm"

Əməkdar artist Qorxmaz Əlili bir çox Xalq artistinə maddi yardım etdiyini deyib. Axşam.az xəbər verir ki, aktyor "Onun sirri" verilişində maraqlı açıqlama verib. O bildirib ki, bir çox sənət adamının hesabına pullar köçürüb:. "Artistlərin ağır vəziyyəti idi. Xeyriyyə konsertinə başladım

16.09.2021 1964
.

Bu səhnənin "Aşkı memnu"dan oğurlandığı iddia edildi

"Kanal D"də yayımlanan "Camdaki kız" serialı yenidən izləyicilərin tənqidlərinə tuş gəlib. Axşam.az-a istinadən xəbər verir ki, ekran işində baş rol ifaçılarından Nur Sürerin yeni ailə həyatı quran qızı ilə kürəkəninin ilk gecələrini yan evdən binoklla izləməsi bəyənilməyib. İzləyicilə

17.09.2021 4785