Neçə il idi Nərminəni gözləyirdim - Qənirə Paşayeva

Neçə il idi Nərminəni gözləyirdim - Qənirə PaşayevaTələbə qəbulundə ən yüksək nəticə göstərəcək kənd qızını! Yalnız gözləməklə yetinməyərək, mən o qızı (qızları) seçki bölgəmdə şagirdlərlə ardıcıl görüşlərimdə axtarırıdım da...

Yaxşı oxuyan, istedadlı, gələcək vəd edən şagirdlərlə hər zaman ayrıca söhbətimiz olardı. Onları daha yaxşı nəticələr göstərməyə qadir olduqlarına inandırmaqla yanaşı müxtəlif mövzular və ya onlara hədiyyə etdiyimiz kitablar ətrafında müzakirələr aparardıq...

Qızlarla söhbət xüsusi olardı. Bu qızları oğlanlardan daha üstün tutduğum üçün deyil, qızların özlərinə güvən hisslərinin oğlanlarımızdan daha az olması barədə müşahidələrimin nəticəsində gəldiyim qərar idi. Mənim düşüncəmə görə, savadlı, inkişaf edən cəmiyyəti ancaq savadlı qadınların, anaların sayının artması, onların hüquq bərabərliyinin olduğu (qadına münasibətdə sərt sterotiplərin olmadığı) ortam doğura, formalaşdıra bilər.

...O yaşıdlarının çoxundan fəqli idi. Ağıllı gözləri, səlis məntiqi, zəhmətsevərliyi, oxumaq sevdası, ətrafa münasibəti, insanlıq barədə fikirləri və hər zaman ailəsini düşünməsi ilə çox fəqli idi Nərminə...

Nərminə sadə bir ailənin övladıdır və gələcəyini qurmaq üçün ailəsindən deyil, məhz özündən çox şeyin asılı olduğu bilincini kiçik yaşlarda mənimsəyərək kitablara sarılmış bir kənd qızıdır...

Yaşıdları arasında bəzək-düzəyi ilə deyil, biliyi, dünyaya və həyata baxışı, insanlara yararlı olması ilə fərqlənməyi sevən bir qızdı o...

Məktəbdə oxuyan kənd qızlarına örnək olan, bu gün də kənddə oxuyaraq da ən yüksək nəticəni göstərməyin mümkünlüyünə qızları (bütövlükdə, həmyaşıdlarını, gələcək abituriyentləri) inandıra bilən, onlarda ruh yüksəkliyini, özgüvəni daha da artıran belə bir gözəl örnəyə çox ehtiyac var idi və biz onu axtarırdıq. Bu missiyanı Nərminə böyük uğurla həyata keçirdi. Əslində onun uğuru gözlənilməz deyil(di). Müəllimləri onun yüksək nəticələr göstərəcəyinə əmin idi. Ötən il tələbə qəbulunun nəticələri ilə bağlı Bozalqanlı kənd məktəbində keçirdiyimiz görüş və müzakirələr zamanı 680-dən yuxarı bal toplamış gəncimizi təbrik edərkən, "artıq 700 balın zamanı gəldi, gələn il bu nəticəni almalıyıq" deyəndə, məktəb direktoru Nüsrət müəllim və kollektiv, "bəzi şagirdlərimizdən gözləyirik bu nəticəni" deyəndə bir çoxları məhz Nərminəni nəzərdə tuturmuş. O, bütün müəllimlərinin ümidlərini doğrultdu. Ailəsinin, müəllimlərinin onun üçün əziyyətlərini onların başını uca etməklə doğrultdu. O, hamımızın ümidini doğrultdu! Mən onun bu uğuru qazandığı barədə ilk məlumatı alanda onunla qürur duymuşdum. Elə sabahı Bozalqanlı kəndində Nərminəni və ailəsini təbrik edəndə, "səninlə qürur duyuruq" dedim, "hamı, təkcə tovuzlular deyil, bütün azərbaycanlılar. Sağ ol, sən həm də kənd qızlarının təhsilə, oxumağa daha çox sarılmasında böyük stimul oldun" dedim...

Ailə üzvləri və onu təbrikə gələn müəllimləri isə "siz də ona ümid vermisiniz, onda özünə inam hissini gücləndirmisiniz" dedilər. Sən demə, Nərminə "mən də ictimai-siyasi həyatda iştirak edəcəm, aktiv bir qadın olacam, ölkəmi yüksək səviyyədə təmsil etməyə çalışacam" deyirmiş. Sevindim... Yanınma otumuş qızın gözlərinə baxdım və "sən daha yaxşı, daha fəal olacaqsan və bizi daha yaxşı əvəzləyəcəksən, mən buna inanıram" dedim.

Qarşımda həm də gözəl bir Azərbaycan qızı vardı, utanaraq başını aşağı salan abırlı bir qız... Oxuyacağı universitet, ixtisas və s. ilə bağlı söhbət etdiyim zaman gözüm hər söhbətimizi maraqla izləyən bacısı Aytənə sataşdı. "Aytən, sən gərək bacının nəticələrini təkrarlayasan" dedim. Onun da gözündə qəribə bir özgüvən hissi "oxunurdu". "Əlimdən gələni edəcəm" dedi.

Hələ Nərminənin 700 bal toplaması xəbəri kəndlərdə daha geniş yayılmamışdı (indi hər kəs xəbərdardır) amma Nərminə artıq bir kənd qızını - Aytəni bir kənd qızının nə qədər böyük uğurlar qazana biləcəyinə tam inandıra bilmişdi...

Artıq Nərminələrin sayının daha da artacağına inanıram. - Bəlkə, 700 bal nəticəsini tam toplamasa da, bunun üçün çalışacaq, daha çox savada, biliyə sarılacaq və özünə inam hiss güclü olan kənd qızlarının sayının artacağına...

Nərminənin həyatla bağlı maraqlı planları, düşüncələri var. İnşallah Allah özü hər zaman ona kömək olar!

Təşəkkürlər, Nərminə!

Sənə bundan sonra daha böyük uğurlar diləyirəm (və inanıram)!


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 10174   Tarix: 22 iyul 2013  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Röya: "İndiki ağlım olsaydı, Hüseyni tək buraxmazdım"

Röya Ayxan yeganə övladı Hüseynlə bağlı səmimi fikirlərini bölüşüb. "Yeni Sabah" xəbər verir ki, Xalq artisti "Günə uğurla" proqramında etiraf edib:. "Bugünkü düşüncəm olsaydı, Hüseyni tək böyütməzdim". Röya bildirib ki, oğlunun bacı və ya qardaşının olmasını çox istəyirmiş

18.12.2025 230
.

Panama sahillərində zəlzələ baş verib

Panama sahillərində 6 bal gücündə zəlzələ qeydə alınıb. BİG.AZ CBS News-a istinadən xəbər verir ki, zəlzələnin episentri Burika şəhərindən təxminən 155 km cənub-şərqdə Sakit okeanda, ocağı isə dərinlikdə baş verib. Hazırda ölən və xəsarət alan barədə məlumat yoxdur və sunami təhlükəsi ilə bağlı xəbərdarlı

18.12.2025 195
.

Türkiyədə iki azərbaycanlıya 30 il HƏBS CƏZASI verildi

Türkiyədə narkotiklərin qanunsuz dövriyyəsində ittiham olunan azərbaycanlılara hökm oxunub. yerli mediaya istinadla bildirir ki, Alanya Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 39 yaşlı Tamerlan A. və 36 yaşlı Yunus T.-nin hər birinə 15 il həbs, eləcə də 250 min lirə cərimə cəzası verilib. Digər təqsirləndirilə

18.12.2025 182
.

"Elşən Gülşən"də bu nöqsanlar aşkarlandı - Fotolar

Sabirabad rayonu, Qaragüney kəndində fəaliyyət göstərən "Elşən Gülşən" ticarət mərkəzində nöqsanlar aşkarlanıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb. Belə ki, baxış zamanı marketdə qida məhsullarının saxlanma şəraitinə əməl olunmadığı

18.12.2025 256
.

Qubada avtobus ananı vurub öldürdü, övladı yaralandı

Qubada sərnişin avtobusu ana və övladını vurub. APA-ya istinadla bildirir ki, hadisə şəhərin Heydər Əliyev prospektində baş verib. Quba-Xaçmaz marşrutu ilə hərəkət edən avtobus 27 yaşlı İsrafilova Əminə Sahib qızını və onun azyaşlı övladını vurub. Yaralılar Quba rayon Mərkəzi Xəstəxanasına çatdırılıb

18.12.2025 243
.

Bu hospitalın dövlətə borcu 26,5 milyonu ötdü

Bakıda fəaliyyət göstərən "Caspian International Hospital"ın dövlət qarşısında borcu 26,5 milyon manatı ötüb. İqtisadiyyat.az xəbər verir ki, özəl tibb müəssisəsinin vergi borcu gündən-günə artmaqda davam edir. Hazırda isə hospitalın Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsin

18.12.2025 155
.

"Qoç ət"in dönərindən 20 sm tük çıxıb? - "Əməkdaşlarımız saçı qısa olan kişilərdir"

Bakıdakı "Qoç ət" restoranında hazırlanan dönərin içindən 20 sm-lik tük çıxdığı iddia olunur. "Qafqazinfo" xəbər verir iki, bu iddianı reklam mütəxəssisi Azər Nəzərov sosial şəbəkə hesabında irəli sürüb. O bildirib ki, sözügedən halla ötən həftə ailəsi ilə birlikdə getdiyi restorand

18.12.2025 366
.

Nigar Fərhadla bağlı daha bir QALMAQAL

Bir müddət əvvəl səsləndirdiyi qalmaqallı fikirləri ilə gündəm olan aparıcı Nigar Fərhadın rəhbəri olduğu şirkət müştərinin ödənişini qaytarmır. Bizim.Media -a istinadən xəbər verir ki, bu iddia ilə bağlı müştəri "Facebook" sosial şəbəkəsində paylaşım edib. Paylaşımda qeyd olunur ki, o, "AI

18.12.2025 284
.

Balaəlinin ikinci övladı oldu

Tanınmış meyxanaçı Balaəli Maştağalının ikinci övladı olub. Axşam.az xəbər verir ki, bu barədə "İncə səhər" verilişində aparıcı Vüsalə Əlizadə məlumat yayıb. O, meyxanaçının oğlunun dünyaya gəldiyini bildirib. Qeyd edək ki, Balaəlinin Dəniz adlı bir qız övladı da var

18.12.2025 420
.

TOP MP3