Pula qənaət etməyin 12 şərti - Maraqlı

Pula qənaət etməyin 12 şərti - MaraqlıSadəcə bədxərc olmayın – başqa yol yoxdur! Demək asandır, amma əməl etmək çətin, axı buna necə nail olmaq olar? Mən başa düşürəm ki, istər əməkhaqqı, istər mükafat və ya birdəfəlik ödənilən başqa pul məbləği olsun, adamın əlləri istər-istəməz onları xəcləməyə doğru uzanır. Necə deyirlər "pulun cibinə ağırlıq edir". Onları çox elit bir şeyə sərf etmək istəyirsən! Gözəl, bahalı, sanballı və... ya heç sizə lazım olmayacaq, ümumiyyətlə istifadə etməyəcəyiniz gərəksiz bir əşya.

Bir dəfə amerikan multi-milyonçularından biri belə demişdir: «Müasir insanın başlıca səhvi ondadır ki, o hələ uşaqlıqdan bəri qənaət etməyi pis təəssüratlar, alış-verişi isə həzz və məmnuniyyət ilə əlaqələndirir». Bu cür düşüncə tərzi isə insanları boş, mənasız məsrəflərə təhrik edir və həmişə onlara pul çatışmır. Hamının başa düşəcəyi dillə isə belə demək olar: Əgər xanım alış-veriş həvəskardırsa, onda bir qayda olaraq, ər çox xəsisdir. Amma digər tərəfdən baxsaq son zamanlar heç kişilər də dükanlardan yığışmaq bilmir....

Birdə ki, Azərbaycan mədəniyyətində adətən kişilər səxavətliliyi və ürək açıqlığı ilə seçilir, onlar pul xərcləməyi sevir və azəri xanımlar adətən daha qənaətcil olur və gizli-gizli pul yığmağı xoşlayır. Amma zaman anlayışı burda da təsirsiz ötüşməyib.

Yaxşı, gəlin məsələnin məğzinə keçək!

1. Ən vacibi, özünüzə məqsəd təyin edin. Siz nəyin naminə «özünüzə qarşı çıxmaq» istəyirsiniz? Axı bu heç də asan olmayacaq! Lazımı vərdişlər heç də bir göz qırpımında yaranmır. Özünü daha böyük, daha gözəl, sizə olduqca böyük bir həzz gətirəcək və məmnunluq hissi bəxş edəcək başqa bir məqsədlə motivasiya etmək lazımdır. Bu həzz pulun ani xərcləndiyi zaman yaşadığınız hisslərdən qat-qat böyük olmalıdır ki, sizin iradənizi özünə tabe edə bilsin.

2. Kredit kartından az istifadə edin, nağd pula üstünlük verin. Sırf psixoloji nöqteyi-nəzərdən pulu əldən xərcləmək daha çətindir, nəinki heç görünüşü ilə belə pulu xatırlatmayan plastik kartlardan.

3. Çalışın ki əməkhaqqını aldığınız və ya sizə böyük bir məbləğ gəldiyi gün heç nə almayasınız. Düzdür böyük pullar adama baş gicəllənməsi gətirir, adama gəlir ki, əlində pul olanda nə istəsə edə bilər, lakin bu hiss sonda sizinlə çox pis zarafat edər. Almalı olduğunuz ən vacib şeylərin siyahısını yazın. Özünüzə söz verin ki, başqa nə almaq istəsəniz onu axıra saxlayacaqsınız, yəni əvvəlcə prioritet siyahıda olan şeyləri almalısınız. Bir qayda olaraq həmin ana qədər eyforiya hissi artıq adamı tərk etmiş olur. Onda pulun bir hissəsini hətta kənara da qoymaq olar.

4. Özünüz üçün peşəkar hədəf müəyyənləşdirin . Mütəmadi olaraq həmin hədəfə çatmaq üçün müəyyən məbləğdə vəsait ayırın, unutmayın ki, bu sizin peşəkar inkişafınız üçün lazımdır. Aydındır ki, siz işinizi nə qədər effektiv icra etsəniz, gəlirləriniz də bir o qədər artıq olacaq. Düzdür bu heç də həmişə belə olmur, amma istisnalar qanunu inkar etmir.

5. O qədər də xəsis olmayın. Qənaətcillik ilə bağlı bir məqalə üçün bir az paradoksal məsləhət kimi görünə bilər. Amma ataların bir məsəli var: Xəsis iki dəfə xərcə düşür. Yəni özünə qarşı həddindən artıq sərt davranmaq olmaz. Belə məqamda irəli düşmək istədiyiniz halda, geriyə getmiş olarsınız. Bir az qənaət etmək əvəzinə, özünüzü qınaya-qınaya, həm də əsəb pozuntusu qazanarsınız. Hər əmək haqqı alanda özünüz üçün «elə-belə» xərclik pulu ayırın. Hərdən-bir isə ay ərzində qənaət edilmiş məbləğdən özünüzə «mükafat» da təyin edə bilərsiniz.

6. Gəlirlərin və çıxarların sər-hesabını aparın. Bu məsləhətin bəlkə də bir neçə min il yaşı var, lakin o hələ də öz aktuallığını itirməyib. Sadəcə bir dəftər götürmək və hər günün sonunda öz xərclərini kateqoriyalar üzrə bölüb yazmaq lazımdır. Pul alanda isə onları gəlir bölməsinə yazmaq və hər ayın sonunda «nə qədər pul getdiyini» hesablamaq olar.

7. İstənilən məhsul və malları yalnız siyahı əsasında alın. Dəqiq sizə nə lazım olduğunu müəyyən etməmiş bazara getməyin. Belə də siz lazımsız məsrəflərdən qurtulmuş olacaqsınız, bəzən bizə xırda-para görünən bu xərclər sonda iri bir məbləğin əldən çıxmasına səbəb olur. «70% endirim» kimi reklam yazılarına inanmayın, axı siz bundan ötrü alış-verişə çıxmamısınız. Axı belə sadəlövh metodlar ilə satıcılar sadəcə öz anbarlarında qalmış mallarını «müştərilərə sırıyır» və bununla da qazanc əldə edirlər.

8. Pulu necə xərcləməyiniz barədə əvvəlcədən düşünün. Pulu daha effektiv xərcləmə yollarını müəyyən edin. «Nə vaxt pulum olar, onda da bu haqda düşünürəm» -demək lazım deyil. Təəssüf ki, statistika göstərir ki, lotereyada pul udmuş və ya böyük bir məbləği miras kimi almış insanların əksəriyyəti qısa zaman kəsiyində həmin puldan məhrum olurlar, çünki onlar pulu necə xərcləməli olduğunu bilmirlər. Yəni pula qənaət etməyi və onu idarə etməyi ötyənmək lazımdır.

9. «Qara gün üçün» pul ayırın. Gələcəkdə nə baş verə biləcəyindən xəbərdar olmaq insana lazım deyil, hər şeyə hazır olmaq qeyri mümkündür, amma bəzi maddi çətinliklərdən sığortalanmaq olar. Çünki belə çətinliklər ilə üzləşəndə insanlar panikaya düşür və üst-üstə böyük faizlər ilə çoxlu borc almağa başlayır.

10. Bəs siz heç vaxt balaca da olsa öz biznesinizin olmasını istəməmisiniz, hətta satış səviyyəsində? Məsələn özünüz düzəltdiyiniz bir şeyi başqasına satmaq və ya başqa bir adama bildiyinizi öyrətmək? Əlbəttə ki, təmənnasız yox, pul müqabilində. Məsələ ondadır ki, işgüzar adamın düşüncə tərzi, bədxərc insanın düşüncəsindən köklü şəkildə fərqlənir. Bu fərq nədədir? Elə hər şeydə. Inanın, bu o qədər də çətin deyil, sadəcə başlamaq lazımdır.

11.Əgər qazandığınız pul qarşılığında məcburi xərcləriniz həddindən artıq çoxdursa, onları azaltmağın yollarını fikirləşin. Məsələn kommunal ödənişlər baxımından da daha effektiv davranmaq yolları həmişə mövcuddur.

12. Brendlərə qarşı münasibətiniz dəyişin. Əgər siz yalnız hər-hansı bir «super-Samsung» alır və öz vərdişlərinizi dəyişmək istəmirsinizsə, onda bilin ki, «Leyblomaniya (etiket maniyası) çox reklam olunan brendlərdən asılılıqdan başqa bir şey deyil. Adətən istədiyin brenddən məhsul ala bilməmək ciddi psixoloji sarsıntıya səbəb olur. Bu gün elə bir məhsul yoxdur ki, o Çində istehsal olunması və tamamı ilə mümkündür ki, həmin brend məhsulunun daha ucuz alternativi var və keyfiyyət fərqi isə heç də böyük deyil.

Əgər bu məsləhətlərə uzun müddət ərzində əməl edə bilsəniz deməli heç də hər şey itirilməyib və sizdə mütləq alınacaq.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 6507   Tarix: 21 iyul 2013  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

ABŞ alimlərindən ŞOK: "İnsan öləndən sonra ruh yaşamağa davam edir"

ABŞ-nin Arizona Universitetindən bir qrup alim britaniyalı həmkarları ilə birlikdə insan ölümündən sonra "yaşamağa" davam edən ruhun mövcudluğunu eksperimental olaraq təsdiqləyiblər. Doktor Stüart Hameroff və fizik Rocer Penrouz şüurun insan beyninin hüceyrələrindəki "mikroborucuqlardan"

21.04.2024 429
.

Polşalı morja yaxınlaşdı, 1100 dollarından oldu

Polşadan olan turist Norveçin Şpitsbergen arxipelaqında morja çox yaxınlaşdığı üçün cərimələnib. O, buz örtüyünün üzərinə düşərək heyvana yaxınlaşıb. Turist yerli hakimiyyət orqanları tərəfindən "buz örtüyü üzərində uzanmış morjun narahatlığına səbəb olmaqda" ittiham edilib. Arxipelaqda qüvvəd

28.04.2024 420
.

Bir pişiyin müsbət və mənfi cəhətlər: Heyvan sahiblərinin NƏZƏRİNƏ

Hansı ev heyvanı almağa qərar verdikdən sonra cinsiyyət məsələsini həll etməyə dəyər. Aydındır ki, erkək və dişi pişiklər həm görünüş, həm də davranış baxımından fərqlənəcəklər. xarici KİV-ə istinadən xəbər verir ki, buna görə mütəxəssislər bu məsələni əvvəlcədən təhlil etməyi məsləhət görürlər. Bi

27.04.2024 405
.

14 yaşlı qızını 100 minə satan ailə canlı yayımda SAXLANILDI - FOTO

Türkiyənin ATV- kanalında yayımlanan "Esra Erol" verilişində azyaşlı gəlin qalmaqalı üzə çıxıb. Türkiyə mətbuatına istinadən xəbər verir ki, proqrama 14 yaşlı qızlarını axtarmağa çıxan ailə qızın əmisi oğlu Cuma tərəfindən qaçırıldığını iddia ediblər. Lakin itkin düşdüyü üçün axtarışda ola

27.04.2024 440
.

Tarixin ən davamlı avtomobilləri - SİYAHI

Tarixin ən davamlı avtomobilləri məlum olub. xarici mətbuata istinadən xəbər verir ki, siyahıda "Toyota 4Runner SUV" başçılıq edir. Avtomobil vaxtında texniki qulluqla 483 min kilometrdən çox məsafə qət edə bilən 20 modeldən ibarətdir. Ekspertlər 1983-1989-cu illərdə istehsal edilən "Toyot

21.04.2024 517
.

Kələmi bişirəndə yumurta və şəkər əlavə edin – Təəccüblənəcəksiniz

Hər bir evdar qadınlar kələmi öz şəxsi üsulları ilə bişirir və ona müxtəlif məhsullar əlavə edirlər. xəbər verir ki, çoxları xardal, tomat pastası və ya xamaya üstünlük verir. Ancaq bu komponentlər hamıya məlumdur. Çünki onlar tez-tez istifadə olunur. Bununla belə, daha maraqlı variantlar var. Yumurta

28.04.2024 433
.

II Albert ailəsi ilə bağlı şayiələrə son qoydu

Monako şahzadəsi II Albert və şahzadə Şarlin doqquz yaşlı əkizlər Jak və Qabriella ilə birlikdə Hamburqda "Monako dünyası" sərgisinin açılışında iştirak ediblər. Axşam.az xəbər verir ki, monarxların gəlişi Almaniyanın ən məşhur turistik yerlərindən biri olan Miniatür Möcüzələr ölkəsi muzeyind

27.04.2024 270
.

"WhatsApp" yeni funksiya ilə HƏR KƏSİ HEYRƏTLƏNDİRƏCƏK

Populyar "WhatsApp" mesencerində xüsusi nişandan istifadə edərək vacib söhbətləri ayırmağa imkan verən yeni funksiya olacaq. Bildirilir ki, proqramda söhbətlər üçün "Sevimlilər" bölməsi yaradılacaq. Bu kateqoriya üçün lazımi dialoqları mesencer parametrlərində və ya pəncərənin özünd

28.04.2024 1568
.

Eynəyi cızıqlardan xilas edən təbii üsul

Eynək istifadə edən insanların ən böyük problemi şübhəsiz ki, şüşələrin cızılmasıdır. Bu səbəbdən sahibləri linzaları tez-tez dəyişdirmək məcburiyyətində qalırlar. Lakin türkiyəli mütəxəssislər bunun ev şəraitində təbii üsulla həllini göstəriblər. Onların sözlərinə görə, soda və duz eynəklərdəki cızıqlar

27.04.2024 589