Türk milyarder Bakının mərkəzində bina tikdirir

Türk milyarder Bakının mərkəzində bina tikdirirTikinti imperatoru Əli Ağaoğlu keçmiş "Zabitlər evi"nin yerində rezidensiyanın tikintisinə start verdi

Bakının mərkəzində, metronun "Sahil" stansiyasında yerləşən "Zabitlər evi"nin yerində yaşayış kompleksinin tikintisinə start verilib. YAP-ın binasına yaxın ərazidə binanın özülü qazılıb. Tikiləcək rezidensiyanın sahibi məşhur türk milyarder Əli Ağaoğludur.

Ötən saylarımızda iş adamının biznesini Bakıya köçürmək üçün Azərbaycan hökumətinə müraciət etdiyini yazmışdıq. Ötən ay tikinti imperatoruna müsbət cavab verilib və Əli Ağaoğlu Bakıdakı ilk meqaprojesinin tikintisinə başlayıb. Üzeyir Hacıbəyov küçəsi -13 ünvanındakı bir yaşayış binasının da söküntüsü tamamilə yekunlaşıb. Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən köçürülən sakinlərə evlərinin kvadratına görə 1500 manat kompensasiya ödənilib.

Qeyd edək ki Azərbaycan hökumətindən razılıq alan A.Ağaoğlunun Bakıdakı ilk projesi "Fetih 1453" yaşayış kompleksi olacaq. Məlumata görə, məşhur milyarder yaşayış kompleksinin tikinti layihəsini sonuncu dəfə Azərbaycana gələrkən "Khazar İslands" layihəsinin müəllifi, "Avesta" şirkətinin rəhbəri Hacı İbrahim İbrahimov vasitəsilə Bakı Şəhər İcra Hakimiyyətinə təqdim edib. Bakı meriyası isə A.Ağaoğluna meqaprojesini həyata keçirmək üçün paytaxtın mərkəzində bir neçə yer təklif edib. Əli Ağaoğlu həmin yerlərdən yalnız "Zabitlər evi"nin yerləşdiyi ərazini bəyənib. Tikinti mühəndislərini Bakıya göndərən iş adamı ilkin işlərə start verib. Dekabrın əvvəllərində "Ağaoğlu Group"a daxil olan "Mor" tikinti şirkətinin əməkdaşları Bakıya gəlib. İyulun 17-də onlar söküntü işlərinə start veriblər. Altı mərtəbədən ibarət olacaq rezidensiyanın tikintisinin gələn ilin sentyabr ayına kimi yekunlaşacağı gözlənilir.

Nəzərinizə çatdıraq ki, Bakının mərkəzində yerləşən "Zabitlər evi" 2006-cı ildə yanandan sonra binanın yenidən tikiləcəyi ilə bağlı qərar verilib. Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən tikiləcək olan binaya Maliyyə Nazirliyi tərəfindən pul ayrılmayıb. Daha sonra bu yer 2008-ci ildə auksiona çıxarılıb və məşhur iş adamı, İsgəndər Xəlilov "Zabitlər evi"nin yeni sahibi olub. Məlumatda qeyd olunur ki, o vaxt İ. Xəlilovun əlində "Hilton Baku" kimi vacib projelər olduğundan, bu ərazidə tikəcəyi üç ulduzlu hotel layihəsini ertələmək məcburiyyətində qalıb. Nəhayət, iş adamı bu ilin sentyabr ayında "Zabitlər evi" və ona bitişik tarixi bir binanın sökülməsi ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edib. İsgəndər Xəlilov Bakı meri Hacıbala Abutalıbova bildirib ki, həyata keçirəcəyi hotel tikintisi ilə bağlı söküntü işləri Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən aparılsın, tarixi binada yaşayan sakinlər köçürülsün. Lakin Bakı meriyası tərəfindən iş adamına bildirilib ki, bu ərazidə hotel tikintisinə icazə verilmir. İş adamının qarşılaşdığı növbəti sürpriz isə yanvar ayında həmin ərazinin iş adamı Hacı İbrahim Nehrəmlinin ortağı, Türkiyədə və dünyada tikinti imperatoru kimi tanınan Əli Ağaoğluna verilməsi olub. Bəziləri bunu İsgəndər Xəlilovun Rusiyada yaradılan "Milyarderlər ittifaqı"nın üzvü olması ilə əlaqələndirirlər.

Xatırladaq ki, Əli İbrahim Ağaoğlu 1954-cü ildə Trabzon şəhərində anadan olub. İş həyatına 1975-ci ildə başlayıb. Hazırda onun başçılıq etdiyi "Agaoglu Group" 1990-cı ildən Türkiyədə iri tikinti layihələri reallaşdırmaqla məşğuldur. İndiyədək şirkət "My World", "My Office", "My Towerland" kimi yüksək keyfiyyətli tikinti layihələri həyata keçirib. Hazırda "Agaoglu Group"un fəaliyyəti tikinti və kurort biznesi kimi sahələri əhatə edir. Məşhur "Forbes" jurnalının 2011-ci ildə apardığı araşdırmalara əsasən, Ə.Ağaoğlu 2,1 mlrd. dollar kapitalla Türkiyədə 10-cu, dünyada isə 564-cü varlı və nüfuzlu şəxsdir.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 2160   Tarix: 18 iyul 2013  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

KİV: Mask gözlənilmədən Çinə səfərə gedib

Amerikalı sahibkar və milyarder İlon Mask bu gün Çinə səfərə gedib. "Report" xəbər verir ki, bu barədə "Reuters" vəziyyətə yaxın olan iki şəxsə istinadən məlumat yayıb. Agentlik bildirib ki, "Tesla"nın baş direktorunun "elektromobil istehsalçısı üçün ikinci ən böyü

28.04.2024 261
.

Kələmi bişirəndə yumurta və şəkər əlavə edin – Təəccüblənəcəksiniz

Hər bir evdar qadınlar kələmi öz şəxsi üsulları ilə bişirir və ona müxtəlif məhsullar əlavə edirlər. xəbər verir ki, çoxları xardal, tomat pastası və ya xamaya üstünlük verir. Ancaq bu komponentlər hamıya məlumdur. Çünki onlar tez-tez istifadə olunur. Bununla belə, daha maraqlı variantlar var. Yumurta

28.04.2024 433
.

ABŞ alimlərindən ŞOK: "İnsan öləndən sonra ruh yaşamağa davam edir"

ABŞ-nin Arizona Universitetindən bir qrup alim britaniyalı həmkarları ilə birlikdə insan ölümündən sonra "yaşamağa" davam edən ruhun mövcudluğunu eksperimental olaraq təsdiqləyiblər. Doktor Stüart Hameroff və fizik Rocer Penrouz şüurun insan beyninin hüceyrələrindəki "mikroborucuqlardan"

21.04.2024 429
.

Meyiti kim daşımalıdır: Təcili tibbi yardım avtomobili, yoxsa qəzanı törədən maşın?

İki gün öncə baş verən yol-nəqliyyat hadisəsində qəribə bir hal yaşanıb. Hadisə nəticəsində dünyasını dəyişən şəxsi onu vuran avtomobilin yük hissəsinə qoyublar. Halbuki, əraziyə təcili tibbi yardım briqadası cəlb olunub. Bu görüntülər sosial şəbəkə istifadəçiləri tərəfindən tənqidlə qarşılanıb. insanla

27.04.2024 486
.

Dünyanın ən böyük ağcaqanadı

Dünyanın ən böyük ağcaqanadının bir nümunəsi (bu böcək növləri arasında) Sıçuan əyalətinin Çendu şəhərindəki Qərbi Çin Həşərat Muzeyində saxlanılır. xarici mətbuata istinadən xəbər verir ki, 2018-ci ildə Ginnesin Rekordlar Kitabına düşüb. Ağcaqanad Holorusia Mikado növünə aiddir. Onun qanadlarının uzunluğ

20.04.2024 425
.

Ən bahalı boşanma arvadın qələbəsi ilə başa çatdı: 180 milyon dollar və...

İndi keçmiş arvad 180 milyon dollar və keçmiş ərinin əhəmiyyətli daşınmaz əmlak portfelinin bir hissəsinə üç illik gərgin boşanma mübarizəsindən sonra nail olub. xarici mediaya istinadən xəbər verir ki, hüquqi səbəblərə görə adları açıqlana bilməyən cütlük bir neçə il əvvəl ayrılana qədər 20 ildən ço

21.04.2024 553
.

Azərbaycanda qəribə kənd adları: Mırtı, Potu, Soğanverdilər və s...

Azərbaycanın bəzi rayonlarında olan kənd adları insanlarda maraq doğurur. Onlardan bəziləri insanlarda gülüş doğurur, bəzi toponimlərin adı isə başa düşülmür. Onlara misal olaraq İnəkboğan, Mırtı, Potu, Tövlə, Ətyeməzli, Soğanverdilər, Qızqayıtdı kimi kəndlərin adını çəkmək olar. Daha ətraflı Xəzər TV-ni

28.04.2024 381
.

Şəhid atası möcüzə kimi hadisə danışdı - oğlunu yuxuda... - VİDEO

Şəhid atası oğlu ilə bağlı təsirli hadisədən danışıb. xəbər verir ki, o, şəhidin anası və xalasının eyni cür yuxu görməsini dilə gətirib. Dəfələrlə təkrarlanan yuxudan sonra şəhidin nə demək istədiyini anlayıblar. Görüntülər sosial şəbəkələrdə yayılıb. Daha ətraflı videoda:

28.04.2024 442
.

Tarixin ən davamlı avtomobilləri - SİYAHI

Tarixin ən davamlı avtomobilləri məlum olub. xarici mətbuata istinadən xəbər verir ki, siyahıda "Toyota 4Runner SUV" başçılıq edir. Avtomobil vaxtında texniki qulluqla 483 min kilometrdən çox məsafə qət edə bilən 20 modeldən ibarətdir. Ekspertlər 1983-1989-cu illərdə istehsal edilən "Toyot

21.04.2024 517