TQDK qəbul imtahanı keçiriləcək rayonların sayını artırdı
Bu ilin məzunları qəbul imtahanını bitirdikləri təhsil müəssisəsinin yerləşdiyi şəhərin aid olduğu imtahan mərkəzində verəcəklər.Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) abituriyentlərin və valideynlərin rahatlığını təmin etmək məqsədilə bu il ali təhsil müəssisələrinə qəbul imtahanları keçiriləcək bölgələrin sayını artırıb. Qəbul imtahanları bütün ixtisas qrupları üzrə aşağıda cədvəldə göstərilən bölgələrdə yaradılmış imtahan mərkəzlərində keçiriləcək:
Bakı - Bakı, Abşeron, Şamaxı, Qobustan, Neftçala, Salyan və Biləsuvar
Sumqayıt - Sumqayıt, Xızı, Şabran və Siyəzən
Gəncə - Gəncə, Daşkəsən, Şəmkir, Göygöl, Samux, Gədəbəy, Qazax, Ağstafa, Tovuz, Naftalan və Goranboy
Şəki - Balakən, Qax, Qəbələ, Zaqatala, Oğuz və Şəki
Lənkəran - Astara, Yardımlı, Lerik, Lənkəran, Masallı və Cəlilabad
Quba - Quba, Qusar və Xaçmaz
Ağcabədi - Ağcabədi, Xocavənd, Ağdam, Zərdab, Füzuli və Beyləqan
Şirvan - Şirvan, Saatlı, Sabirabad, Hacıqabul və İmişli
Göyçay - Göyçay, Ağdaş, Ucar, Kürdəmir, İsmayıllı və Ağsu
Naxçıvan - Naxçıvan, Sədərək, Şərur, Şahbuz, Babək, Culfa, Kəngərli və Ordubad
Mingəçevir - Mingəçevir, Tərtər, Yevlax və Bərdə
Ümumi təhsil müəssisələrinin cari il məzunları qəbul imtahanını bitirdikləri təhsil müəssisəsinin yerləşdiyi şəhərin (rayonun) aid olduğu imtahan mərkəzində verəcəklər. Digər abituriyentlər isə qəbul imtahanını elektron ərizələrində qeyd etdikləri faktiki yaşayış yerinin – şəhərin (rayonun) aid olduğu imtahan mərkəzində verəcəklər.
İşğal altında olan rayonların cari il məzunları qəbul imtahanını bitirdikləri məktəblərin yerləşdiyi əraziyə uyğun olan imtahan mərkəzində, əvvəlki illərin məzunları isə yaşadıqları və ya qeydiyyatda olduqları əraziyə uyğun olan imtahan mərkəzində verəcəklər.
Abituriyent qəbul imtahanına bir neçə gün qalmış TQDK-nın internet səhifəsindən "İmtahana buraxılış vərəqəsi"ni çap etməlidir. "İmtahana buraxılış vərəqəsi"ndə imtahan mərkəzi, imtahan binası, zal, yer, imtahanın tarixi və başlanma vaxtı haqqında məlumatlar göstərilib.
Xatırladaq ki, bu həftənin bazar günü - iyulun 14-də III qrup üzrə qəbul imtahanı keçiriləcək.
I ixtisas qrupu – 21 iyul
IV ixtisas qrupu – 28 iyul
II ixtisas qrupu – 3 avqust
mənbə: anspress.com
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 2076 Tarix: 11 iyul 2013
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
"Məni bağışla, gözəl anam" - anasına və dostlarına məktub yazıb intihar etdi
Şırnakın Uludere mahalının Andaç kəndində anasına və dostlarına iki vida mesajı göndərdikdən sonra 20 yaşlı bir gənc 35 metr yüksəklikdəki uçurumdan tullanaraq intihar edib. Anasına göndərdiyi mesajda gəncin "Məni bağışla, gözəl anam. Qardaşlarıma və dostlarıma vaxt ayırmadan köçüb getdim"
18.09.2021 3137 Azərbaycan polisindən ermənilərə süngülü dərs - VİDEO
Gorus-Qafan yolu üzərində xidmət göstərən Azərbaycan polisi yoldan keçmək istəyən ermənilərə dərs verib. "Qafqazinfo" xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə üzərində qondarma respublikanın "bayrağ"ı olan avtomobilin postdan keçmək üçün yaxınlaşdığı görünür. Postd
18.09.2021 988 Mehriban Əliyeva Milli Musiqi Günü münasibətilə paylaşım edib
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi instaqram səhifəsində Milli Musiqi Günü ilə bağlı paylaşım edib. "Report" xəbər verir ki, paylaşımda deyilir:. "18 Sentyabr Milli Musiqi Günüdür. Bu gün doğum günlərini qeyd etdiyimiz görkəmli Azərbaycan bəstəkarlar
18.09.2021 264 Səməd Seyidovun rəhbəri olduğu Mərkəz bağlandı
Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun başçısı olduğu Siyasi Psixologiya Mərkəzi (SPM) fəaliyyətini dayandırıb. Mərkəzin fəaliyyətini dayandırmasına səbəb maliyyə problemini
18.09.2021 865 Nəriman Abbasov Həbib Nurməhəmmədovun qohumuna nokautla qalib gəldi - VİDEO
Bu gecə Moskvada rusiyalı sabiq UFC çempionu Həbib Nurməhəmmədovun atası Əbdülmanaf Nurməhəmmədovun xatirəsinə həsr edilən turnir keçirilib. xəbər verir ki, yarış çərçivəsində azərbaycanlı döyüşçü Nəriman Abbasov rusiyalı Şamil Zavurovla qarşılaşıb. Abbasov rəqibini ilk raunddaca nokauta salıb. Qey
18.09.2021 831 Üzeyir Hacıbəylinin doğum günü Şuşada qeyd olunacaq
Bu gün Azərbaycan xalqının dahi oğlu, musiqi mədəniyyətimizin korifeyi Üzeyir Hacıbəylinin doğum günüdür. xəbər verir ki, 1995-ci ildə isə ümummilli lider Heydər Əliyevin fərmanı ilə dahi bəstəkarın anadan olmasının 110 illik yubileyi ərəfəsində 18 sentyabrın Milli Musiqi Günü kimi qeyd olunması qərar
18.09.2021 381 Bu qidalar vitaminlə zəngindir - MÜTLƏQ YEYİN
Vitamin, mineral və antioksidantlarla zəngin qidalar az kalori ilə maksimum qida dəyərinə malik məhsullardır. Bu tip qida məhsullarına, həmçinin super qidalar da deyilir. -ın məlumatına görə, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutundan bildirilib ki, gündəlik qida rasionunda super qidaların istehlakın
18.09.2021 930 Biləsuvarda buğa məktəb direktorunun qabırğasını sındırdı
Biləsuvar rayonunda 7 il bəslədiyi buğa direktor müavinini xəstəxanalıq edib. -a istinadən xəbər verir ki, hadisə rayonun Aşağı Cürəli kəndində məktəb direktoru Alim Hacıyevin yaşadığı ünvanda olub. Hacıyev həyətyanı sahədəki təssərrüfatında mal-qaraya qulluq edərkən buğa ona qəfil hücum edib. Nəticəd
18.09.2021 995 Şairdən Üzeyir Hacıbəyliyə qəribə təbrik: "Bunu sənə bağışlamaq olmur..."
"Xöşbəxt adamsan ki, Azərbaycan musiqisinin bu gününü görmədin". Qaynarinfo xəbər verir ki, bunu nəğməkar şair, Əməkdar İncəsənət Xadimi Baba Vəziroğlu dahi bəstəkar Üzeyir Hacıbəylini ad günü ilə əlaqədar təbrikdə yazıb. Şair bildirib ki, Üzeyir bəyin vaxtsız ölümü ilə Azərbaycan musiqis
18.09.2021 3544