Qarpız kəsdim yeyən yox... (Video)

Qarpız kəsdim yeyən yox... (Video)Qarpızın tez yetişib bazara çıxarılması istehlakçılarda şübhə doğurur. İsti yay günlərində ən çox istifadə etdiyimiz sərinləşdirici xüsusiyyətə malik bostan meyvəsi olan qarpızın mövsümü bu il bir az tez başlayıb. Əslində qarpızı həmişə iyulun sonu avqustun əvvəllərinə gözlədiyimizdən onun belə tez yetişib bazara çıxarılması istehlakçılarda şübhə doğurur. Üstəlik son illərdə qarpızdan zəhərlənmə hallarının artması da insanları bu qidadan istifadədə daha diqqətli olmağa çağırır. Fermerlərsə qarpızın tez deyil, vaxtında yetişdiyi qənaətindədirlər və bu bostan bitkisinin becərilməsində heç bir gübrədən kimyəvi maddələrdən istifadə etmədiklərini deyirlər.

Aqranom İbadulla Əliyev: "Biz də bilirik ki, adətən dədə- babadan qarpız açıq sahələrdə əkilirdi. Yəni o qarpızlar daha dadlı, daha şirin olurdu. İndiki qarpızlarda da dad-tam var, sadəcə bunun tez yetişdirilməsi üçün klyonka üsulundan istifadə edirlər. Bir az tez, yəni havaların soyuq şəraitində əkildiyinə görə klyonkanı çəkirlər ki, müəyyən küləkdən, şaxtadan bitki qorunsun. Ondan sonra o klyonka cırılır, bitki də açıq sahə şəklinə düşür. Qarpız öz-özünə inkişaf eləyir, məhsul yetişdirir".

Mütəxəssislər deyir ki, qarpız əkilib-becərilən ərazilərdə Kənd Təsərrüfatı Nazirliyinin fitosanitar laboratoriyaları olmalıdır ki, məhsul yığılmamışdan öncə onun tərkibi yoxlanılsın. Seçmə üsulu ilə nümunə götürülən qarpızlar laboratoriyada yoxlanıldıqdan sonra fermerə onun tərkibini müəyyənləşdirən sənəd verilməlidir. Fermersə yalnız bu sənəd əsasında məhsulunu satışa çıxara bilər. Paytaxt bazarlarında isə əsasən mərkəzi aran rayonlarında yetişdirilən və heç bir laborator analizlərdən keçməyən qarpızlar satılır.

Gigiyena və Epidemiologiya Mərkəzində isə deyirlər ki, düzgün becərildiyi halda, qarpız olduqca xeyirli və bir çox xəstəliklərin qarşısını ala biləcək tərkibə malikdir. Aqrotexniki qaydalara uyğun olaraq qarpız yetişdirilməsi üçün hər hektara təsiredici maddə hesabı ilə 80-100 kq-a azot gübrələri verilməlidir. Gübrələr təyin olunmuş normadan artıq verildikdə isə məhsulun keyfiyyəti aşağı düşür və insanların qarpızdan zəhərlənməsi hallarına gətirib çıxarır.

Xatırladaq ki, ötən il qarpızdan zəhərlənənlərin sayı 73 nəfər olub.

mənbə: anspress.com


BiG.Az Telegramda izləyin instagramda izləyin
Video   Baxılıb: 3972   Tarix: 13 iyul 2013  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Ronaldo 8 milyona yeni avtomobil aldı

Portuqaliya millisinin və İtaliya "Yuventus"unun futbolçusu Kriştiano Ronaldo özünə yeni avtomobil alıb. Unikal.org xəbər verir ki, A seriyasının çempionu adını qazandıqdan sonra hücumçu özünə yeni nəqliyyat vasitəsi almağı lazım bilib. Portuqaliyalı "Buqatti Sentodieçi" üçün 8 milyo

31.07.2020 2740
.

Bakı Media Mərkəzindən Azərbaycan polisinə dəstək - VİDEO

Dünya üzrə koronavirusa (COVID-19) yoluxma halının sürətlə artması və problemin aktullağını nəzərə alaraq, Bakı Media Mərkəzi sosial məsuliyyəti çərçivəsində yeni videoçarx hazırlayıb. Videoçarxda hüquq mühafizə orqanlarının, xüsusilə polis əməkdaşlarının ictimai asayişin təmin olunması istiqamətind

13.04.2020 1390