Azərbaycan sənətçiləri niyə Avropada tanınmır?

Azərbaycan sənətçiləri niyə Avropada tanınmır?Azərbaycan şou-biznesinin nümayəndələri niyə Biləcəridən o yana keçə bilmirlər?

Azərbaycan müğənniləri daha çox Türkiyə və Rusiyada məşhurlaşmağa, tanınmağa can atırlar. Onlar bu istəklərini gerçəkləşdirə bilirlərmi? Müğənnilərimiz Avropada niyə tanınmırlar? Axşam.az xəbər verir ki, bununla bağlı Lent.az bir neçə sənətçi arasında sorğu keçirib. Həmin sorğunu təqdim edirik.

Yalçın Rzazadə: "Bir müğənnin digər ölkədə tanınması üçün ilk növbədə istedad, sonra pul lazımdır. Amma maddi tərəf məncə ikinci dərəcəlidir. Dünyanın 52 ölkəsində olmuşam. Azərbaycan musiqisini təbliğ etmişəm. Puluma görə yox, səsim olduğu üçün o ölkələrə getmişəm. Amma xaricdə tanınmaq istəyim olmayıb. ".

Mübariz Tağıyev: "İlk növbədə Azərbaycan şou-biznesini qaydaya salmaq, sonra başqa ölkədə tanınmaq barədə fikirləşmək lazımdır. Çünki hazırda şou-biznes toya xidmət edir. İfaçılarımız ölkədən kənarda tanına bilmirlər. İstedadlı gənclərin ölkədən kənarda tanınması üçün ona kömək edən adamlar olmalıdır. Yalnız "Eurovision" yarışmasında iştirak edən müğənniləri tanıyırlar. Amma müsabiqə xaricində yalnız 1-2 sənətçimiz var ki, onlar da Türkiyədə tanınmaq istəyirlər. Amma onları da Türkiyədə müəyyən dairələrdə tanıyırlar. Misal üçün, Aygün, Röya, Brilliant... Amma sənətçilərimizin bütün Türkiyədə tanınması çətin məsələdir. Təkcə İstanbulda 26 milyon əhali var. Orda hər tindən bir müğənni çıxır ".

Səidə Dadaşova: "Bizdə birlik yoxdur. Bakıya türk müğənnisi gələn kimi fanatları onu səs-küylə qarşılayırlar. Öz sənətçilərimizin konsertinə 100 manat vermirlər. Amma xarici müğənninin konsertinə 300-400 manat verib qaça – qaça gedirlər. İnsan gərək özünü dəyərləndirsin ki, ona da dəyər versinlər. Bundan sonra xaricdə tanınmaq olar".

Prodüser Tolik (Tarix Əliyev): "Bizim müğənnilər xaricində tanınırlar. İlhamə Qasımovanı, Röyanı, Aygün Kazımovanı, Brilliantı bir də "Eurovision" təmsilçilərimizi tanıyanlar var. Siz elə bilirsiniz ki, dünya ölkələrinin hamısında Tarkanı, İbrahim Tatlısəsi tanıyırlar? Əlbəttə yox. Türkiyədə musiqi albomları satılan mağazada Röyanın diskini istədim. Dedilər var, tanıyırıq. Məgər bizim müğənniləri bütün dünya tanımalıdır?

Bilal Əliyev: "Məni bir çox ölkələrdə tanıyırlar. Tanımasalar, dəvət etməzlər. Demək olar ki, dünyanın hər bir ölkəsində olmuşam. 75 dəfə Almaniyada... Hər dəfə ora gedəndə konsert vermişəm. Bundan əlavə, Fransada, Belçikada, Avstriyada, İspaniyada və digər ölkələrdə konsertlərim olub. Həmin ölkələrin qəzetlərində barəmdə yazılar çıxıb. Rəşid Behbudovu, Aygün Kazımova və Röyanı da xaricdə tanıyırlar. Amma nə qədər tanıyırlar onu deyə bilmərəm. Mən xaricdə olanda onlar barədə məndən soruşublar. Bir ifaçının Avropada tanınması üçün gözəl səsi olmalıdır. Görünüşün də böyük əhəmiyyəti var".

Bəstəkar Nailə Mirmmədli: "Azərbaycanda şou-biznes düzgün qurulmayıb. İfaçının savadlı olmalıdır ki, at oynada bilsin. Avropada tanınmaq üçün bir sistem olmalıdır. Əvvəllər Rəşid Behbudov, Müslim Maqomayev, Zeynəb Xanlarovanı tanıyırdılar. İndi isə tanınan yoxdur. Röya da təzəlikcə Türkiyə şou-biznesinə qatılıb. O, orada tanınacaq. Çünki Röya oxuyanda hər bir sözü dinləyiciyə çatdıra bilir. Beş dəqiqəlik mahnıda tamaşaçını öz tərəfinə çəkə bilir. Aygün də, Brilliant da istəsə tanına bilərlər".

Elnarə Abdullayeva: "Müğənnilərin Avropada tanınması üçün küllü miqdarda pulu olmalıdır, bir də fərqli səsi. Bizdə fərqli səsi olan sənətçilərimiz yoxdur. Varsa, göstərin. Mən elə bir ifaçı tanımıram. Xaricdə tanınmaq istəyən estrada müğənnilərimiz boş-boşuna əziyyət çəkirlər. Burdakıların başını aldadırlar. Mən də gedim, bu dəqiqə Türkiyədə və ya digər ölkədə ev alım, sonra deyim ki, Azərbaycanı tərk eləmişəm. Nə olsun? Adama deməzlər ki, bu millətə nə "fason" verirsən? Millət sənə bundan artıq nə verməlidir ki? Fəxri ad da almısan. Sevin ki, səni toylara dəvət edirlər. Toylar sayəsində də pulunu qazanıb, bu millətin çörəyini yeyirsən."

Rəşad İlyasov: "Avropada tanınmaq üçün yaxşı prodüser, vaxt, istedad və milyonlarla pul gərəkdir. Ölkədən kənarda yalnız "Eurovision" təmsilçilərimizi müəyyən qədər tanıyırlar. Bir də köhnə müğənnilərimizi. İndikilərdən tanınanı yoxdur.

Müğənni Nüşabə Ələsgərli: "Mənim fikrimcə, müğənnilərimizin Avropada tanınmaları üçün ilk növbədə çoxlu pul lazımdır. Azərbaycan deyil ki, 15-20 minlə nəsə layihə edəsən. Türkiyədə tanınmaq üçün 1-2 klip çəkdirib, mahnı oxumaq yetərli deyil".

mənbə: axsam.az


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 1889   Tarix: 03 iyul 2013  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

Mina Hüseynin arxiv fotosu ORTAYA ÇIXDI

Müğənni Mina Hüseyndən xəbər var. xəbər verir ki, Mina sosial media hesabında arxiv fotosunu paylaşıb. Uşaqlıq fotosu ilə izləyicilərin marağına səbəb olan müğənni paylaşımı ilə xoş rəylər alıb. Həmin fotonu təqdim edirik:

17.09.2021 6686
.

Fahriye Karan üçün 15 dayə dəyişdi

Türkiyəli aktrisa Fahriye Evcen oğlu Karan üçün yenidən dayə axtarışına başlayıb. Axşam.az-a istinadən xəbər verir ki, bu barədə "2.Sayfa" verilişində məlumat verilib. Aparıcıların sözlərinə görə, aktrisa artıq 15-ci dayə ilə də yollarını ayırıb. Qeyd edək ki, Fahriye Evcen bu il "Alparslan"

16.09.2021 2609
.

Serenaya görə Umutu sildi

Aktrisa Melisa Şenols keçmiş sevgilisi iş adamı Umut Evirgeni instaqramda izləmədən çıxarıb. Axşam.az-a istinadən xəbər verir ki, buna səbəb cütlük ayrıldıqdan sonra Umutun aktrisa Serenay Sarıkaya ilə eşq yaşaması iddiaları olub. O, bütün birlikdə çəkdirdikləri fotoları da hesabından silib. Umut is

17.09.2021 2293
.

"O səs Türkiyə"nin münsifləri açıqlandı

Türkiyənin məşhur aparıcısı, TV 8-in rəhbəri Acun Ilıcalı "O səs Türkiyə"nin yeni mövsümdəki münsiflərini açıqlayıb. xəbər verir ki, münsif kürsüsündə Ebru Gündeş, Oğuzhan Koç, Bəyazid Öztürk və Murad Boz əyləşəcək. Qeyd edək ki, yarışmanın çəkilişlərinə noyabrda başlanılacaq

15.09.2021 2403
.

Türkiyədə yaşayan azərbaycanlı aktrisa AİLƏSİ İLƏ - FOTOLAR

Ailə qurandan sonra Türkiyədə yaşamağa başlayan aktrisa Cəmilə Tağızadədən xəbər var. xəbər verir ki, aktrisa instaqram hesabında yeni fotolarını paylaşıb. Fotolarda onun həyat yoldaşı Murad Təmiz və oğlu da yer alıb. Onun paylaşımı izləyicilərin marağına səbəb olub. Fotolara çoxsaylı bəyəni gəlib. Qey

18.09.2021 4262
.

Toyunda ürəkdən "hə" deməsi minlərlə baxış sayı topladı - VİDEO

4 ilə yaxındır sevgili olan tanınmış müğənni Ece Seçkin və pilot Çağrı Terlemez cütlüyü özünə toy edib. xəbər verir ki, bu barədə ifaçı instaqram hesabında bildirib. Seçkinin toyda geyindiyi iki fərqli gəlinlik böyük marağa səbəb olub. Bundan başqa, müğənninin nikah mərasimində "Çağrı Terlemezl

16.09.2021 1693
.

Türkan Şoray son görünüşü ilə GÜNDƏM OLDU - FOTO

Türkiyə kinosunun ulduzu Türkan Şoray 76 yaşını tamamlayıb. Aktrisanın 20 kilo arıqlayaraq əvvəlki formasına qayıtması diqqətdən yayınmayıb. Onun fransız üsulu ilə (üzün saplarla dartılması) arıqlaması da bildirilir. Qatıldığı bir məclisdə cazibədar aktrisanı görənlər heyrətlərini gizlədə bilməyiblər

18.09.2021 4536
.

Koronavirus bəlası sənət adamları arasında - Kimlər peyvənd olunub?

Son günlər bir neçə yerli sənət adamının koronavirusa yoluxma xəbəri medianın gündəminə çevrildi. Bütün dünyanı cənginə alan bu xəstəliyə yoluxub sağalanları görsək də, çox təəssüf ki, gözlənilməz şəkildə həyatını itirən sənətkarlar da oldu. Belə bir məqamda həmin sənətçilərin xəstəlikdən öncə peyvən

16.09.2021 1870
.

İkinci əl geyimlər aldığını etiraf etdi

Türkiyəli aktrisa Şəbnəm Bozoklu həyat yoldaşı Kanat Atkaya ilə İstanbulun Bebek ərazisində görüntülənib. Axşam.az-a istinadən xəbər verir ki, aktrisa müxbirlərlə söhbət edərkən ikinci əl geyimlər aldığını etiraf edib:. "Təzə paltarlar da alıram. Amma bu təbiətə zərər verir. Ona görə az istifad

18.09.2021 6939