Pulsuz və ya güzəştli gediş kartları olacaq

Pulsuz və ya güzəştli gediş kartları olacaqKart sisteminin tətbiqi daha bir vacib məsələni - bütün xarici ölkələrdə olduğu kimi, sosial qruplara güzəştlərin edilməsini gündəmə gətirib. Bu güzəştlər hansı qruplar üçün nəzərdə tutula bilər, güzəşt sistemi nə dərəcədə səmərəlidir, onun hansı problemləri var? Bu məsələlərə aydınlıq gətirməyə çalışdıq.

Nazirlik: "Hazırda sosial qruplara güzəştlər məsələsi müzakirə olunur"

Nəqliyyat Nazirliyindən verilən məlumata görə, kart sisteminin tətbiqi üçün avtobuslara baxış keçirilib və ilkin olaraq kart sistemi quraşdırmaq üçün 500 avtobus müəyyənləşdirilib. Artıq bu aydan Bakıda fəaliyyət göstərən avtobuslarda gediş haqqının kart vasitəsilə ödənilməsi sisteminin tətbiqinə başlanacaq.

Bu il ərzində vahid kart sisteminin tətbiq ediləcəyi avtobusların sayının 1000-ə çatdırılması nəzərdə tutulub. 2015-ci ildə keçiriləcək ilk Avropa Olimpiya Oyunlarına kimi bu sistem tamamilə başa çatdırılmalıdır.

Məlumata görə, paytaxtın sərnişin nəqliyyatında vahid kart tətbiq ediləcək ki, bu kartla metropolitendə də istifadə etmək mümkün olacaq. Kart özü 1 manata satılacaq. Ona gediş haqqı yükləmək üçün şəhərdə 5 minə yaxın terminal quraşdırılacaq. Kartları həmin yerlərdə həm almaq, həm də pul yükləmək mümkün olacaq.

Hazırda müəllim, jurnalist və başqa bu kimi sosial təbəqələrə güzəştli kartların tətbiqi məsələsi ətrafında müzakirələr aparılır.

"İctimai nəqliyyatda sosial qruplara güzəşt bütün
ölkələrdə tətbiq olunur"

İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramov deyir ki, analoji təcrübə dünyanın bütün ölkələrində çoxdan mövcuddur.

Sosial qrupların seçilməsinə gəldikdə, ekspert deyir ki, ayrı-ayrı ölkələrdə fərqli seçim var: "Əksər ölkələrdə tələbələrə güzəştlər edilir, onlar çox hallarda ictimai nəqliyyatdan pulsuz istifadə edirlər. Avropa ölkələrində, ABŞ-da, qonşu ölkələrdə də belədir. Hər bir ölkənin sosial qrupların seçilməsi meyarları fərqlidir. Eyni zamanda, nəzərə almaq lazımdır ki, sosial qrupların tərkibini müəyyən edən ümumi kriteriyalar da var".

"Güzəştlərin tətbiqi üçün sərnişindaşıma şirkətlərinə
subsidiya ödənilməlidir"

Ekspertin fikrincə, Azərbaycanda uyğun sistem müəyyənləşdirilərsə, dünya təcrübəsinə istinad etmək lazımdır: "İndiki vəziyyətdə bu güzəştlərin tətbiqinə başlansa da, praktikada bunu reallaşdırmaq mümkün olmaz. Nəqliyyatın kart sisteminə keçməsindən sonra isə sosial qruplara güzəştlər verilməsi mümkün olacaq.

Bunun müqabilində sərnişindaşıma ilə məşğul olan qurum və ya şirkətlər dövlət büdcəsindən subsidiya alacaqlar.
Azərbaycanda, ümumiyyətlə, güzəştlərlə bağlı problem ondan ibarətdir ki, həmin sahədəki şirkətlərə subsidiyalar verilmir. Dövlət güzəştləri müəyyənləşdirən zaman sosial qrupların sayına uyğun ya subsidiya ayıra, ya da vergiləri azalda, yəni dolayı yolla bunu kompensasiya edə bilər. Əks təqdirdə özəl şirkətlər ziyana düşər.

Təbii ki, hökumət siyahını geniş müəyyən edə bilər, amma buna uyğun kompensasiya siyasəti yürütməlidir. Hər bir halda, kart sisteminə keçilən zaman sosial qruplara güzəştlərin tətbiqi çox vacibdir. Sadəcə düzgün müəyyənləşdirilməlidir - hansı qruplar pulsuz, hansılar güzəştli qiymətlərlə istifadə edə bilər".
Ekspertin fikrincə, vahid kartın tətbiqinə keçilməsi müsbət addım olardı.

mənbə: xezerxeber.com


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 2441   Tarix: 28 iyun 2013  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Ronaldo qoyunlara görə 14 milyonluq evindən köçdü - FOTO

Dünya futbolunun ulduzu Kriştiano Ronaldo 6 milyon funt-sterlinq (təxminən 14 milyon AZN) dəyərindəki malikanəsindən köçmək məcburiyyətində qalıb. xəbər verir ki, buna səbəb futbolçunun həyat yoldaşı Corcino Rodriqez və 4 övladı ilə birlikdə yaşadığı villanın ətrafında qoyun sürüsünün olmasıdır. Ronald

18.09.2021 1949
.

Səməd Seyidovun rəhbəri olduğu Mərkəz bağlandı

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun başçısı olduğu Siyasi Psixologiya Mərkəzi (SPM) fəaliyyətini dayandırıb. Mərkəzin fəaliyyətini dayandırmasına səbəb maliyyə problemini

18.09.2021 865
.

Bakıda intiharın qarşısı alındı

Bakı şəhərinin Sabunçu rayonunda 1 nəfər tikilməkdə olan binanın 3-cü mərtəbəsinə çıxaraq intihar etmək istəyini nümayiş etdirib. xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəl

17.09.2021 1997
.

Gəncədə avtomobillər toqquşdu: Ölən və yaralananlar var - FOTO

Gəncə şəhərində yol-nəqliyyat hadisəsi baş verib. Hadisə şəhərin Şah İsmayıl Xətai prospektində qeydə alınıb. Belə ki, hərəkətdə olan VAZ-21 015 markalı minik avtomobili ilə KİA markalı avtomobil toqquşub. Daha sonra avtomobillərdən biri yoldan keçən iki piyadanı vurub. Onlardan biri ölüb, digəri is

18.09.2021 789
.

"Pişikdən qorxubsa, "bismillah" desin" deyən tibb işçisi cəzalandırıldı - RƏSMİ

Sosial şəbəkələrdə səs yazısında vətəndaş pişikdən qorxduğu üçün ürəyi tutan qayınanasına təcili yardım əməkdaşının laqeyd yanaşdığı və ona "bismillah" deyərək yatmasını məsləhət görən şəxs cəzalandırılıb. " "a istinadən xəbər verir ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyində

17.09.2021 2788
.

Kosmosa tarixi uçuşdan ilk görüntülər - FOTOLAR

Xəbər verdiyimiz kimi, hamısı mülki şəxslərdən ibarət olan dörd nəfəri daşıyan kosmik gəmi kosmosa göndərilib. "Qafqazinfo" xəbər verir ki, "SpaceX" kosmos turistlərinin ilk görüntülərini yayımlayıb. Həmin görüntüləri təqdim edirik:

18.09.2021 888
.

Qondarma rejimin "bayrağ"ını silən polis kimdir? - FOTO/VİDEO

Xəbər verdiyimiz kimi, Gorus-Qafan yolunun Şurnux kəndi ərazisindən keçən zolağa nəzarət edən Azərbaycan polisi burada hərəkət edən avtomobilin üzərindəki qondarma "respublika"nın qondarma "bayrağı"nı elə yerindəcə süngü ilə qazıyıb. Sosial şəbəkələrdə yayılan məlumata görə, həmi

18.09.2021 4608
.

Üzeyir Hacıbəylinin doğum günü Şuşada qeyd olunacaq

Bu gün Azərbaycan xalqının dahi oğlu, musiqi mədəniyyətimizin korifeyi Üzeyir Hacıbəylinin doğum günüdür. xəbər verir ki, 1995-ci ildə isə ümummilli lider Heydər Əliyevin fərmanı ilə dahi bəstəkarın anadan olmasının 110 illik yubileyi ərəfəsində 18 sentyabrın Milli Musiqi Günü kimi qeyd olunması qərar

18.09.2021 381
.

Cənub bölgəsi ilə bağlı "12-dən sonra işləmir" deyimi haradan yaranıb?

Niyə bəziləri talışlar haqqında "saat 12-dən sonra işləmir" ifadəsini istifadə edirlər?. xəbər verir ki, bu barədə aparıcı, nitq təlimçisi Cəlalə Nəzəroğlu sosial şəbəkədə paylaşım edib. O bildirib ki, bu deyim talışların fiziki işlərinə görə yaranıb:. "Çox təəssüf ki, bizdə bəziləri insanlar

18.09.2021 1826