Azərbaycanda bir ilk

Azərbaycanda bir ilk Artıq yeni ailə quranların genetik müayinəsinə başlanılıb

Azərbaycanda yeni ailə qurmaq istəyənlərin genetik müayinəsinin aparılmasına başlanılıb. Ölkədə ilk dəfə olaraq, bu xidmətlərin təşkili Respublika Müalicə Diaqnostika Mərkəzdə baş tutuub.

Məkrəzin genetik-mütəxəssisi, biologiya elmləri doktoru, tibbi genetika sahəsində uzun müddət tədqiqatlar aparmış Elxan Rəsulov bildirdi ki, bu prosesə 2013-cü ilin yanvar ayından başlanlılıb. Bu vaxta qədər 100-dən artıq cütlük müayinə üçün mərkəzə müraciət ediblər.

Elxan Rəsulovun sözlərinə görə, proses könüllü keçir, yəni heç kim hər hansı bir təyinat əsasında müayinə olunmağa gəlmir: "Müayinələr nəticəsində həmin şəxslərdə irsi patologiyanın olub-olmamasını yoxlayırıq. Müayinə olunan şəxsdə irsi xəstəliyin daşıyıcılığı aşkar edildikdə, onun hansı irsiyyət tipinə aid olduğu, həmin patologiyanın gələcək nəsildə təsadüfetmə riskinin nə dərəcədə olacağı müəyyənləşir. Bunun əsasında həmin patologiyanın qarşısının hansı formada alınmasının mümkünlüyü araşdırılır".

Mərkəz yeni ailə quranların genetik müayinəsi zamanı bu vaxta qədər böyük problemlərlə qarşılaşmayıb. Cüzi problemlər aşkar edildikdə isə onlarla bağlı lazımi məsləhətlər verilir.

Genetik Elxan Rəslov bildirir ki, bu proses bir dəfə müayinə olunmaqla bitmir: "Məsələn, gələcəkdə nəsə tapılan şəxs müaciət etməli olacaq, yəni hamiləlik dövründə müraciət edə bilərlər".

Respublikada ən çox irsi qan xəstəliklərinə rast gəlinir. Bu da daha çox qohum ailələrlə bağlıdır. Biologiya elmləri doktoru deyir ki, tələbələri arasında sorğu keçirib. Məlum olub ki, onların 18-19%-nin valideynləri bir-birləri ilə qohumdurlar: "Bizə müraciət edənlərin əksəriyyəti də qohumlar-xala oğlanları, xalaqızları və s. olurlar. Məsələn, 2000-ci ildə müraciət edənlərin hər 5-dən birində qohum nigahı olurdu. Bu 10 il ərzində müəyyən dəyişiklilər də ola bilər. Amma yenə də qohum nigahlar üstünlük təşkil edir. Lakin bu o demək deyil ki, qohum olmayan nigahlarda da problem yaranmır. Məsələ burasındadır ki, elə genetik xəstəliklər vardır ki, onların üzə çıxma ehtimalı qohum nigahlarda 25-30%-dır",- deyə Elxan Rəsulov bildirib.

Ailə həyatı qurarkən və ya övlad dünyaya gətirərkən bu cür hallarla rastlaşmamaq üçün öncədən genetik müayinədən keçmək labüddür. Çünki hər bir praktiki sağlam insan hansısa xəstəliyin daşıyıcısı olur. Başqa irsi xəstəliyin daşıyıcı ilə ailə qurduqda isə, xəstə uşaq doğulma riski yaranır. Ona görə də işinizi bu başdan ehtiyatlı tutsanız, sonra başınız ağrımayacaq.

mənbə: anspress.com


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 2596   Tarix: 26 iyun 2013  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

Bakıda restoranda yanğın olub: Üç nəfər tüstüdən zəhərlənib

Bakı şəhərinin Yasamal rayonunda restoranın çölündə quraşdırılmış bir ədəd kompressor yanıb. Bu barədə BİG.AZ-a Fövqəladə Hallar Nazirliyindən bildirilib. Vurğulanıb ki, yanğın zamanı üç nəfər (restoranın işçiləri) tüstüdən zəhərlənib. Digər kompressorlar və restoran yanğından mühafizə olunub. Yanğı

28.04.2024 325
.

Ermənistan XİN: "Türkiyə ilə sərhəd məntəqəsi istismara hazırdır"

Ermənistan tezliklə Türkiyəyə iki ölkə arasındakı sərhəddə yerləşən Ani körpüsünün bərpası məsələsində öz yanaşmalarını çatdıracaq. Bu barədə ölkənin Xarici İşlər Nazirliyi məlumat verib. "Türkiyə Ani körpüsünün bərpasına dair protokolu Ermənistana təhvil verib. Hazırda sənəd üzərində iş yekunlaşma

28.04.2024 226
.

Kadırovun xəstəliyi də, varisi də bəllidir

Mədəaltı vəzin xərçəngindən əziiyət çəkən Çeçinistan liderini rəhbər postda kim əvəz edəcək?. Çeçenistan rəhbəri Ramzan Kadırovun səhhətinə görə tezliklə hakimiyyəti təhvil verəcəyi barədə xəbərlər yayılıb. xəbər verir ki, Kreml hakimiyyətinə müxalif nəşr olan "Novaya qazeta" Çeçenistan rəhbərini

28.04.2024 3162
.

Hizbullah İsrail yaşayış məntəqəsini raketlə bombalayıb

Hizbullah sərhəd bölgəsindəki İsrail yaşayış məntəqəsini onlarla Katyuşa raketi ilə vurub. BİG.AZ xəbər verir ki, bu barədə İranın dəstəklədiyi Livan Hizbullah açıqlama verib. Açıqlamada sərhəd bölgəsindəki qəsəbə və ətrafının hədəfə alındığı bildirilib. Qeyd edilib ki, bombardman İsrailin Livanın cənubundak

10:10 156
.

Neftçala şəhərində 46 yaşlı kişi süni göldə batdı

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Neftçala şəhərində 1 nəfərin süni göldə batması barədə məlumat daxil olub. -ın xəbərinə görə, məlumatla əlaqədar dərhal FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin Muğan dalğıc-axtarış qrupu əraziyə cəl

28.04.2024 278
.

Aytən Səfərova evə buraxılıb

Tanınmış teleaparıcı Aytən Səfərova xəstəxanadan evə buraxılıb. -ın əldə etdiyi məlumata görə, aparıcı ötən həftə xəstəxanadan çıxıb. Xatırladaq ki, aprelin 17-si saat 7 radələrində Xətai rayonunun 8 Noyabr prospekti ilə Sadıqcan küçəsinin kəsişməsində İsmayıl Məmmədovun idarə etdiyi "Hyundai ix-35"

10:58 569
.

Bakıda 85 yaşlı qadın oğlu tərəfindən döyülərək küçəyə atılıb - VİDEO

Baku TV-nin qaynar xəttinə paytaxtın Xətai rayonunda 85 yaşlı qadının küçədə gecələməsi barədə məlumat daxil olub. Baku TV-nin əməkdaşları vətəndaşların müraciəti əsasında sözügedən ünvana gedərək qadınla həmsöhbət olub, ona kömək etməyə çalışıblar. Yaşlı qadın oğlu tərəfindən döyüldüyünü, küçəyə atıldığın

28.04.2024 494
.

İntim videolar çəkən FHN polkovniki yenidən hakim qarşısında

Fövqəladə Hallar Nazirliyindəki (FHN) xidməti otağında intim videolar çəkib yaymaqda təqsirləndirilən polkovnik Zaur Mirzəyevin barəsindəki hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başlayıb. xəbər verir ki, Ali Məhkəmənin hakimi Nazim Mövsümovun sədrliyi ilə keçiriləcək prosesdə təqsirləndirilə

09:58 382
.

Türkiyənin 15 vilayəti üçün XƏBƏRDARLIQ edildi - FOTO

Türkiyənin 15 vilayəti üçün sarı kod xəbərdarlığı edilib. bu barədə "Haber Global"a istinadən xəbər verir. Meteorologiya Ümumi Müdirliyi yeni həftənin ilk günü üçün hava proqnozunu açıqlayıb. 15 əyalət üçün kod sarı xəbərdarlıq edilərkən, bu əyalətlərdə tufan gözlənildiyi bildirilib. Meteorologiy

10:05 331