2030-cu ilədək Bakıda bu yerlər söküləcək (Siyahı)
Bakının yeni baş planının üzərində tamamlama işləri gedir
Uzun müddətdir ki, danışılan Böyük Bakının Regional İnkişaf Planı iyul ayında müzakirələrdən sonra təsdiq üçün təqdim olunacaq. Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin rəsmiləri hazırda plan üzərində işlərin davam etdirildiyini deyirlər.
Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin beynəlxalq əlaqələr və informasiya şöbəsinin müdiri Cahangir Qocayev Modern.az saytına bildirib ki, Bakının baş planı ilə bağlı iyul ayında yenidən rəsmi müzakirə olacaq.
"Bakının yeni baş planının üzərində tamamlama işləri gedir. Aidiyyəti nazirliklərə, dövlət qurumlarına, böyük təsərrüfat subyektlərinə baş planın konsepsiyası haqqında sənədlər göndərilib və onlardan təkliflər yığılır. İyul ayında Bakının baş planının yenidən rəsmi müzakirəsi olacaq.
Həmin müzakirədə hansı təkliflər səsləndirilərsə, irəli sürülərsə, həmin təkliflər əsasında dəqiqləşmələr aparılacaq və Böyük Bakının Regional İnkişaf Planı təsdiq üçün təqdim olunacaq".
Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin məlumatına görə, "Böyük Bakının Regional İnkişaf Planı"nın əsas məqsədi (BBRİP) Böyük Bakının layihə ərazisinin mövcud vəziyyətinin iqtisadi və ekoloji analizləri əsasında Abşeron regionun yaxın 20-30 ildə əsas planlaşdırma sxeminin hazırlanması və qəbul olunmasıdır.
Həmçinin, layihədə şəhərin şəhərsalmasının idarəetmə sistemini işləyib hazırlamaq və təklif etmək planlaşdırılır.
Bu planda 2030-cu ilə qədər perspektivlərin inkişafı proqnozlaşdırılacaq. Yəni yeni baş plan 2030-cu il müddətinədək dövrü əhatə etməlidir.
"Böyük Bakının Regional İnkişaf Planı"nda bir sıra məsələlər əks olunacaq:
- Dəniz limanının və bərənin Qaradağ rayonuna, Ələt şəhərinin yaxınına köçürməsi;
- Neftdaşıyan terminalın Abşeronun şərq sahilindən yeni terminalın istifadəyə verildiyi yerə, Sanqaçala köçürməsi.
Söküləcək ərazilər aşağıdakılar olacaq:
- "Qara Şəhər" adlanan yerdə fəaliyyət göstərməyən sənaye müəssisələrinin ləğv edilməsi və boşaldılmış ərazinin məskunlaşma üçün mənimsənilməsi;
- "Xutor" - 88 hektar, "Kubinka"- 46 hektar, şəhərin mərkəzində Nərimanov prospekti ilə Azərbaycan prospekti arasındakı "Beşmərtəbə"nin- 85 ha;
292 hektarını təşkil edilməmiş tikintilər əhatə edən " 20-ci sahə" - 800 ha kimi şəhər sahələrinin bölmələrinin regenerasiyası.
Həmçinin planda Bakı şəhərinin qarşısında duran vəzifələrdən biri – şəhərin və bütün Abşeronun vahid nəqliyyat sxemini tərtib edilməsi, şəhərin ekoloji yaxşılaşdırılması - torpaq, su və hava hövzəsinin təmizlənməsi, Bakıda şəhərsalma prosesinin vahid idarəetmə sistemini təşkili nəzərdə tutulur.
Xatırladaq ki, Bakının ilk Baş Planı 1898-ci ildə o dövrün məşhur memarı N.A. fon Der Nonne tərəfindən hazırlanıb. 1932-ci ildə paytaxtın ikinci Baş Planı işlənib. 1964-cü ildə isə respublika Nazirlər Soveti şəhərin üçüncü Baş Planını təsdiqləyib. Sonuncu plan 1986-cı ildə Azərbaycan SSR Nazirlər Sovetinin qərarı ilə təsdiq olunub və bu sənəd 2005-ci ilədək olan dövrü əhatə edib.
mənbə: anspress.com
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 7570 Tarix: 23 iyun 2013
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş"May ayında Bakıda belə yağışın yağmasını xatırlamıram" - Prezident
"Burada təkcə müharibələr və nəqliyyat zəncirlərinin qırılması deyil, iqlim dəyişikliyi də rol oynayır. Bütün bunları biz də müşahidə edirik". "Qafqazinfo" xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirədə bildirib
16:14 268 Sabah hava yağıntılı olacaq
Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Bu barədə BİG.AZ-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, gündüz bəzi yerlərdə yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Şimal-qərb küləyi axşam cənub-şərq küləy
14:03 241 Qurban bayramı ilə bağlı fətva verildi
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Qazılar Şurası Qurban bayramı ilə bağlı fətva verib. "Qafqazinfo" xəbər verir ki, bu barədə QMİ məlumat yayıb. "Qurban bayramına dair hökmlərə və şəri qaydalara əsasən, qurban kəsmək yalnız Məkkədə həcc ziyarətini icra edən zəvvarlara vacib buyurulub
11:31 310 ABŞ-İran xəttində ziddiyyətli siqnallar: Müharibə, yoxsa razılaşma? - POLİTOLOQDAN AÇIQLAMA
ABŞ ilə İran arasında artan gərginlik fonunda bir-birinə zidd məlumatların yayılması beynəlxalq gündəmin diqqət mərkəzinə çevrilib. CBS News telekanalının məlumatına görə, Vaşinqton İranın ABŞ-ın son təklifini qəbul etməyəcəyi təqdirdə yeni hərbi zərbələrə hazırlaşır. Digər tərəfdən isə Axios isə yazı
13:07 203 Ermənistanda müxalifət lideri barəsində həbs qərarı
Yerevan məhkəməsi Ermənistanın Baş naziri Nikol Paşinyan tərəfindən xəyanətdə ittiham olunan parlament namizədi, Ana Ermənistan Partiyasının lideri Andranik Tevanyan barəsində həbs qərarı çıxarıb. xəbər verir ki, bu barədə RİA Novosti agentliyi məlumat yayıb. Müxalif siyasətçi iki ay müddətinə həbs edilib
11:04 175 Süni intellektə sağlamlıq məsələlərində etibar etmək olarmı? - Araşdırma
Harvard Medical School və Beth Israel Deaconess Medical Center tərəfindən aparılan yeni araşdırma süni intellektin tibbdə istifadəsi ilə bağlı gözlənilməz nəticələr ortaya qoyub və həkimlərin gələcəyi ilə bağlı müzakirələri daha da gücləndirib. xarici mediaya istinadən xəbər verir ki, araşdırmalar müasi
18:45 134 İpoteka kreditlərinin şərtləri yumşaldıla bilərmi? - İQTİSADÇIDAN AÇIQLAMA
Azərbaycanda mənzil qiymətlərinin artması və əhalinin gəlirlərinin ipoteka ödənişləri ilə uyğunlaşmaması ipoteka kreditlərinə çıxışı bir çox ailə üçün çətinləşdirir. Xüsusilə gənc ailələr və ilk dəfə ev almaq istəyən vətəndaşlar daha aşağı ilkin ödəniş, uzunmüddətli kredit imkanları və daha sərfəli fai
12:03 226 Bir çox qadında bu vacib vitamin çatışmır: əlamətlərə biganə qalmayın
Yorğunluq və halsızlıq çox vaxt adi yorğunluq kimi qəbul edilir, lakin bu, orqanizmdə maqnezium çatışmazlığının siqnalı ola bilər. Qadınlarda maqnezium çatışmazlığı düşündüyündən daha tez-tez rast gəlinir. xarici mediaya istinadən xəbər verir ki, hormonal dəyişikliklər, stress və qidalanma xüsusiyyətlər
19:15 135 40 ildir dəbdən düşməyən rok-ballada: gizli sevgi etirafının tarixçəsi
Amerikanın məşhur "REO Speedwagon" qrupunun 1984-cü ildə işıq üzü görən "Can’t Fight This Feeling" rok-balladası, aradan 40 ildən çox vaxt keçməsinə baxmayaraq, kollektivin ən tanınmış və yadda qalan mahnısı olaraq qalmaqdadır. xarici mediaya istinadla xəbər verir ki, qrupun vokalçıs
18:15 149