Gülyaz şəxsi həyatından danışdı: Teymur Əmrahla evlənsəydik... (Foto, Video)

"Nə üzümü dartdırmışam, nə də dodağıma silikon qoydurmuşam…"

Əməkdar artist, səhnəmizin gözəl Leylisi Gülyaz Məmmədovanı "Ulduzlu axşam"da daha da yaxından tanıdım. Öz sadəliyi, fərqli ifa mədəniyyəti, gözəl avazı ilə fərqlənən bu xanım həm də səmimiyyəti ilə diqqətimi çəkdi. Ehtiyat edib soruşa bilmədiyim şəxsi həyatından da danışdı. Üstəlik həmkarı Teymur Əmrahın evlilik təklifini niyə qəbul etməməsindən də…

"Baxır harada sadəyəm"

- "Ulduzlu axşam"dayıq, özünüzü ulduz sayırsınızmı?
- Ulduzlar gözəl olur, hətta göydəki ulduzlara baxanda onlar qədər gözəl olmaq istəyirsən. Kim istəməz ki, ona ulduz deyilsin. Amma sənət aləmində bir az təvazökar olmaq lazımdır; sən özünə ulduz demə, qoy sənə ulduz desinlər. Amma indi yetən-yetənə ulduz deyir, ulduzları da gözdən salıblar.

- Çox sadəsən, amma sənət aləmində bu xüsusiyyət işə yaramır…
- Baxır harada sadəyəm. Məsələn, dərs deyən zaman tələbələrimlə çox sərt davranıram. Ustadlarıma - Nəriman Əliyev və Kamil müəllimə oxşamışam. Zarafatın zarafat yeri olub, ciddiliyin də ciddilik yeri. Amma bəzən getdiyim məkanlarda elə adamlara rast gəlirəm ki, yanımda özlərini dahi kimi göstərib, göylə gediblər. Mən də onlarla elə rəftar etmişəm ki, yəni heç kim heç kimdən üstün deyil. Belə yerdə sadəlik göstərməmişəm.

"Estrada müğənnisi olsaydım..."

- İdman geyimindəsən, düzü səni heç belə stildə görməmişdim…
- Mən efirdən kənarda həmişə idman stilində geyinmişəm. Hətta məni görənlər deyiblər ki, niyə efirə belə çıxmırsan, sənə çox yaraşır. Keçən dəfə sənət dostum Rəşad İlyasov mənə qayıtdı ki, ay Gülyaz, idman stili sənə nə gözəl yaraşır, televiziyalara da belə geyin get. Düzünü deyim ki, efirə bu paltarda çıxmaq olmur. Çünki mən xanəndəyəm və oxuduğum janra uyğun geyinməliyəm. Əgər estrada müğənnisi olsaydım, ürəyim istəyən kimi geyinib səhnəyə çıxardım.

"Sərtəm və ayağımı yerə dirəyib…"

- Gülyanaqla eyni geyimlərdə sənəyə çıxırsınız. Həyatda da paltarlarınızı cüt alırsınız?
- Bəzən təsadüfən eyni paltardan hər ikimiz alırıq. Adətən bizim paltarları Gülyanağın qayınanası Türkiyədən alıb göndərir. Elə olur ki, ikimizə də eyni paltar alır.

- Aranızda fikir ayrılıqları olur?
- Olur… Amma haqlı fikirlər olanda qəbul edirəm. Baxmayaraq ki, o məndən yaşca kiçikdir. Həm də Gülyanaq yerini biləndir, böyük bacı kimi mənə hörmətlə yanaşır. Bir iş də var ki, mən sərtəm və ayağımı yerə dirəyib deyirəm ki, bu belə olmalıdır. Gülyanaq da güzəştə gedir ki, əşi, belədirsə, qoy belə olsun.

"Kökəlməkdən qorxuram"

- Hər zaman formadasan, buna necə nail olursan?
- Hələ mən indi-indi kökəlməyə başlamışam. Əvvəllər çəkim 48-dən o yana keçmirdi. İndi 60 kiloya çatmışam, amma daha bundan artıq kilo almaq da istəmirəm. Hətta bəzən kökəlməkdən qorxuram da. Deyirəm birdən kökəlsəm, necə arıqlayacağam. İdmana tənbəllik etmirəm e, sadəcə buna vaxtım yoxdur. Bütün günü tələbələrlə məşğul oluram, efirlər, məclislər….

"Nə üzümü dartdırmışam, nə də dodağıma silikon qoydurmuşam…"

- Bir ara saç düzümünü dəyişdin, amma yenidən əvvəlki stilinə qayıtdın…Niyə, bəyənmədin?
- Yalan nə danışım, onda mənim alnımda sızaqlar çıxmışdı, özü də çox iri. Həmin ərəfədə də efirə çıxmalıydım. Qaldım belə ki, neyləyim. Getdim saç ustama dedim ki, kəs bu saçları və alnımı bağla. O da qayıtdı ki, ay qız güclə uzatmısan bu saçı, heyifdir, kəsdirmə. Dedim yox e, bu alınla efirə çıxa bilmərəm. Təsəvvür edin, alnımın düz ortasında iri bir sızaq vardı, elə bil hind qızıydım, xal qoyduruşdum. Kəsdirdim, tel qoydum, hamı dedi ki, Gülyaz imicini dəyişib. Əslində mən heç vaxt nə qaşımı qaldırmışam, nə dodağıma silikon qoydurmuşam, nə də üzümü dartdırmışam. Nəyim var, özümündür. Sadəcə dərim quru olduğundan bir-iki dəfə «mezo» etdirmişəm. İndiyə qədər saçıma Allahın boyasını da qoymamışam, amma indi arada bir ağ tel görəndə pis oluram.

"Oğlum müğənniliyi seçdi"

- Fikir vermə, ona dövlət tükü deyirlər. Yeri gəlmişkən. Varlı müğənnisən?
- Yox. Özümü belə varlı sayıram ki, yaxşı tələbələrim var…

- Bəs bağ, avtomobillər, villalar?..
- Yox, yox… Gündəlik ruzim, ayağımı yerdən götürən maşınım, başımı salmağa evim olsun. Oğlum da gələcəkdə ayrı yaşamaq istəsə, onun da evi olsun, bəsimdir. Xalqın məhəbbəti elə ən böyük var-dövlətimdir.

- Oğlunun neçə yaşı var?
- 18.

- İstərdin müğənni olsun?
- Deyəsən, artıq olacaq. Amma estradaya meyllidir. Artıq qərarını da verib.

- Bəs sən onu hansı peşədə görmək istərdin?
- Hüquq sahəsində olmasını istərdim. Ya da yaxşı bir tarzən olmasını arzulardım.

"O əslində ailəli olduğumu bilmirmiş"

- Gülyaz, bir dəfə həmkarın Teymur Əmrah etiraf etmişdi ki, vaxtilə sənə evlənmək təklifi edib, doğrudurmu?
- Nə gizlədim, belə təklif olub. Teymur deyib ki, Gülyaz ağıllı, tərbiyəli qızdır, səsi də gözəldir mən onun fanatıyam. Elə mən də onun fanatıyam.

- Bəs təklifə cavabın nə oldu?
- O əslində mənim ailəli olduğumu bilmirmiş. Sonradan bildi ki, oğlum var.

"Biz evlənsəydik…"

- Nə olsun, subay xanımsan… Ya bəlkə, Teymuru bəyənmədin üçün oğlunu bəhanə etdin?
- Yox, mən ikinci dəfə ailə qurmaq barədə düşünmürəm. Oğlum böyüyüb, ömrümü tam musiqiyə həsr emişəm. Amma Teymur həmişə deyir ki, Gülü mən səni çox istəyirəm. Elə mən də onu çox istəyirəm. Çox istərdim ki, Teymur Əmrah mən xasiyyətdə bir qızla ailə qursun. Bir də Teymura nə olub ki, gözəl sənətkarımızdır.

"Teymur Əmraha elə bir xanım lazımdır ki…"

Teymur Əmraha elə bir xanım lazımdır ki, evində oturub ona qulluq etsin. Amma biz evlənsəydik, bütün günü Teymur məni axtaracaqdı, mən də Teymuru. Düz gəlmir bu.

- Sənəti bəhanə gətirmə, Gülyanağın gözəl sənəti də var, ailəsi də…
- Mən artıq bu həyata alışmışam. Bir də görürsən bu mahnını oxuyuram, o birini lentə aldırıram, dərs deyirəm, o-bu… bir də görürəm ömür keçir.

- Qocalmaqdan qorxursan?
- Yox, hər yaşın öz gözəlliyi var. Bir-iki il bundan əvvəl Şəfiqə xanım Axundovanın yanında giley-güzar edirdim. O məni danladı ki, heç vaxt giley-güzar etmə; o qədər başını işlə qarışdır ki, giley etməyə vaxtın qalmasın. Çünki qoclanda deyəcəksən ki, kaş cavan olaydım, işim başımdan aşaydı.

mənbə: publika.az

Gülyaz şəxsi həyatından danışdı: Teymur Əmrahla evlənsəydik... (Foto, Video)Gülyaz şəxsi həyatından danışdı: Teymur Əmrahla evlənsəydik... (Foto, Video)Gülyaz şəxsi həyatından danışdı: Teymur Əmrahla evlənsəydik... (Foto, Video)Gülyaz şəxsi həyatından danışdı: Teymur Əmrahla evlənsəydik... (Foto, Video)Gülyaz şəxsi həyatından danışdı: Teymur Əmrahla evlənsəydik... (Foto, Video)Gülyaz şəxsi həyatından danışdı: Teymur Əmrahla evlənsəydik... (Foto, Video)


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 9875   Tarix: 22 iyun 2013  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Günaydan sevgilisi ilə bağlı paylaşım - Video

Müğənni Günay İbrahimli paylaşımı ilə diqqət çəkib. Axşam.az xəbər verir ki, sənətçi sevgilisi ilə avtomobildən video yayımlayıb. Videoda sevfilisinin Günaya gül alması əks olunub. İfaçı onun üzünü göstərməməyə çalışıb

29.04.2024 1066
.

Kıvanç Tatlıtuğ Çağatay Ulusoyla küsülü olması barədə iddialara cavab verib

Aktyor Kıvanç Tatlıtuğ həmkarı Çağatay Ulusoyla küsülü olması barədə iddialara cavab verib. xəbər verir ki, bu barədə türk mətbuatı bildirib. "Bəziləri şayiə yayırlar. Cavab verməyə belə ehtiyac duymuram. Məgər dostluq "Instagram"da bir-birini izləməklə ölçülür?" ,- deyə o qeyd edi

30.04.2024 507
.

"Şahane Hayatım" final edəcək

"Şahane Hayatım" serialı final qərarı alıb. xəbər verir ki, bu barədə türk mətbuatı bildirib. Qeyd edək ki,serialın ilk bölümü 1 noyabr 2023-cü il tarixində yayımlanıb

03.05.2024 184
.

Serenay Sarıkaya "Esengül" rolunu oynaya bilər

Türkiyəli arabesk müğənnisi Esengülün həyatı barədə film çəkiləcək. xəbər verir ki, bu barədə türk mətbuatı bildirib. Esengül rolunu Serenay Sarıkayanın oynayacağı iddia olunub. Qeyd edək ki, Serenay Bergen rolundan son anda imtina etmişdi

03.05.2024 128
.

"Açıq geyinmirəm, övladımın gələcəyi var"

Ana olmağa hazırlaşan müğənni Aysun İsmayılova açıqlaması ilə diqqət çəkib. OLAY yazır ki, ifaçı bu barədə "Xəbər-ətər" verilişində danışıb. Aysun deyib ki, hamiləliyindən sonra geyiminə diqqət edir:. "Çalışıram, açıq, dekolte geyinməyim. Özümə sərhədlər qoyuram. Çünki övladımın gələcəy

03.05.2024 332
.

Məşhur Xalq artistinin qızı nişanını qaytardı

Məşhur Xalq artisti Nəzakət Teymurovanın qızı Nigar Teymurova ailə quracağı şəxslə yollarını ayırıb. xəbər verir ki, Nəzakət Teymurova bununla bağlı qatıldığı proqramların birində açıqlama verib. O, qızı Nigarın təhsilini davam etdirdiyini bildirib. Qeyd edək ki, Xalq artisti qızı Nigar Teymurovanı

01.05.2024 1486
.

Onu təhqir edən şəxsləri ifşa etdi

Aktrisa Zülfiyyə Qurbanova ona təhqiramiz şərh yazan şəxsləri ifşa edib. OLAY yazır ki, sənətçi bununla bağlı feysbukda status paylaşıb və Daxili İşlər Nazirliyinə müraciət edib:. "Bu, hələ bir qismidir. Düşünürəm ki çox qısa zamanda bu təhqir dolu şərhləri yazanları taparsınız. Polis bölməsind

02.05.2024 612
.

Hadise bu yarışmada münsif olacaq

Türkiyəli müğənni Hadise Belçikanın "Sing Again" yarışmasında münsif olacaq. xəbər verir ki, bu barədə türk mətbuatı bildirib. Qeyd edək ki, Hadise illər əvvəl bu proqramda yarışmaçı kimi iştirak edib

03.05.2024 168
.

"Evdar xanımlar estetik etdirməsin"

"Efir insanları əgər ehtiyac varsa, estetik etsinlər, amma evdar xanımlar yox. Hamı Cennifer Lopez kimi görünə bilməz. Onlar bunu etdikcə çox süni olublar, danışıqlarını da itiriblər. Siz adi qadın olun, həyat yoldaşınıza uyğun. Yoxsa ki, hamı Cennifer Lopez, Diva olub. Bunu qəbul etmirəm. Baxırsa

29.04.2024 1315