SOS: Dünyamız donacaq!

SOS: Dünyamız donacaq! Rusiya Elmlər Akademiyasının alimi, Sankt-Peterburqdakı Pulikovskaya observotoriasının rəhbəri Həbibulla Abdusəmədovun rəhbərliyində həyata keçirilmiş bir elmi araşdırmanın nəticələri dünyanı şoka salıb.

İndiyədək bütün alimlərin Yer kürəsini yandırıcı istilərin gözlədiyi haqda səsləndirdikləri fikirlərin üstündən xətt çəkən Abdusəmədovun yeni kəşfi elmi dairələrdə böyük əks-sədaya səbəb olub. Alimin fikrincə, iqlim dəyişiklikliyi Günəşin aktivliyindən asılıdır. İqlim dəyişikliyinin minimal şüalanma fazasına daxil olması, istilərin artması ilə birlikdə, mövsümi olaraq soyuqların da getdikcə şiddətlənməsinə gətirib çıxaracaq.

Absusəmədovun elmi məqaləsinin böyük bir hissəsi dünya liderlərinə verilən tövsiyələrdən ibarətdir. Alim XXI əsrin bulaşma əsri olacağını bildirərək, enerji ehtiyatlarından maksimum qənaətlə istifadə olunmasının vacibliyini vurğulayır. Getdikcə şiddətlənəcək şaxtaların, Yer kürəsinin heç vaxt qış olmayan bölgələrində belə mənfi dərəcələrin altına düşəcəyi, bu kataklizmin nəticəsində dünyada on minlərlə insanın ölümünə səbəb ola biləcəyi məqalədə vurğulanır.

Alim enerji resurslarının süni ehtiyat bazasının yaradılmasının vacibliyinə toxunub. Karbohidrogen ehtiyatlarının zəngin olduğu ölkələrin neft, qaz, kömür və digər enerji kimi istifadə oluna biləcək məhsulların yataqlarının işlənməsi zamanı qənatlə istismar edilmənin gələcəkdə yüz minlərlə insanın həyatını qurtara biləcəyini bildirir.

Buzlaşmanın nəticəsində Yer kürəsinin florasına və faunasına dəyəcək zərərin və getdikcə bu iqlim şəraitinə adaptə olunmuş yeni növ bitkilərin yaranmasına gətirib çıxaracağı da elmi araşdırmanın gəldiyi nəticələrdəndir.

Akademik Abdusəmədov gəldiyi nəticənin doğruluğunu Günəşin illərdir özü tərəfindən öyrənilməsi və müşahidə edilməsi ilə əlaqələndirir. Bu müşahidələrin nəticəsi məhz Yer kürəsinin buz dövrünə doğru getdiyini göstərir, deyə alim fikrini bitirir.

Bu elmi araşdırmanı oxuyandan sonra gələcəkdə bütün insanlığı gözləyən təhlükənin dəhşəti hər kəsə məlum olur. Yanacaq energetika kompleksinin acgözlüklə sorduğu yeraltı sərvətlərin, sabah bütün dünyanın xilası ola biləcəyi faktı, bütün dünya miqyasında neftin, qazın çıxarılması, emalı və satışı ilə məşğul olan iri transmilli korporasiyaların sahiblərini bir az düşündürməlidir. Çünki tükənən enerji ehtiyatları sabah buzlaşma dövründə bu maqnatları və onların ailələrini neft satışından yığdıqları tonlarla kağız pullar və qızıllar isidə, qızışdıra bilməyəcək.

Alimin sözlərindəki həqiqəti dünyanı idarə edənlər yaxşı dərk etməlidirlər...

mənbə: bakuinfo.az


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 2310   Tarix: 14 iyun 2013  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Yeni Zelandiyanın adı dəyişdirilir?

Yeni Zelandiya parlamentində yerli xalqı təmsil edən "Maori" partiyası ölkənin rəsmi adının dəyişdirilməsi üçün parlamentə təqdim edəcəyi petisiyanı onlayn imza üçün açıb. -a istinadən xəbər verir ki, petisiyada ölkənin adının Aotearoa olaraq dəyişdirilməsi, şəhərlərin, qəsəbələrin və yerləri

15.09.2021 1222
.

Bakıda dördəm doğulub - VİDEO

Bakıda dördəm doğulub. -ın xəbərinə görə, uşaqlardan 3-ü oğlan 1140 qr., 1350 qr., 1230 qr, biri qızdır 1120 qr. Zaqatala rayon sakinləri olan 30 yaşlı Ülviyyə Sofiyeva və 32 yaşlı Huseynbala Sofiyevin ailəsində dünyaya gələn uşaqlar onların ilk övladlarıdır. Qeysəriyyə əməliyyatı ilə doğulan uşaqları

15.09.2021 942
.

Bu şəxslərə soğan yemək olmaz

Soğan sağlamlıq problemlərinin siyahısını genişləndirə bilər. Diyetoloq, Kanada Diyetoloqlar Birliyinin üzvü Nataliya Nefedova bu barədə danışıb. O bildirib ki, soğan xüsusilə mədə-bağırsaq traktının işinin pozulmasına səbəb ola bilər. N.Nefedova "Sputnik" radiosuna verdiyi müsahibədə qey

12.09.2021 2801
.

Ayaq qoxusuna son

Havaların soyuması ilə örtülü ayaqqabılara keçid bəzi şəxslərin qoxu kimi problemlərlə qarşılasmasına səbəb olur. Ayaqların uzun müddət qapalı qalması, ayaqqabının materialı və ya corabdan qaynaqlanan bu problem narahatlıq yaradır. Axşam.az-a istinadən ayaq qoxusunun qarşısını almağa yardım edən 3 təbi

10.09.2021 1505
.

Aralarındakı uzun məsafəyə maraqlı həll tapan cütlük - FOTO

Uzun məsafə münasibəti yaşayan Liseok və Şindanbi, bu problemə maraqlı həll tapıblar. -a istinadən məlumat verir ki, biri Nyu -Yorkda, digəri Seulda yaşayan koreyalı cütlük, video zəng edərkən eyni vaxtda çəkdikləri şəkilləri bir araya gətirərək maraqlı fotolar əldə ediblər. Bu fotoları "Instagram"

13.09.2021 1580
.

Peyvənd olunana pulsuz dönər təklifi

Almaniyada türk əsilli iş adamı insanaları koronavirus əleyhinə vaksinasiyaya təşviq etmək məqsədilə maraqlı təşəbbüs göstərib. -a istinadən xəbər verir ki, Berlindəki "Kaplan Dönər"in sahibi Rəmzi Kaplan peyvənd olunan hər kəsə ona aid restoran və kafelər şəbəkəsində pulsuz dönər ikram ediləcəyin

16.09.2021 1185
.

Zooloqlar inəklərə görün nəyi öyrətdilər

Alimlər inək fermalarından çıxan tullantıların ətraf mühitə təsirini azaltmağın yolunu tapıblar. -a istinadən xəbər verir ki, məlum olduğu kimi, inəklər hər gün çox miqdarda peyin və sidik xaric edir. Buna görə də fermerlər gündəlik olaraq böyük təsərrüfatlarda tullantıların sanitariya problemi yaratmamas

15.09.2021 960
.

Binanın qarşısından keçən qadının üstünə armatur düşdü – ANBAAN VİDEO

Türkiyənin Çorum şəhərində qadın tikintisi davam edən binanın qarşısından keçərkən ciddi təhlükə ilə üzləşib. -a istinadən xəbər verir ki, hadisə anbaan inşaat meydançasının təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb. Görüntülərdə qadının onun üstünə düşən armatur dirəklərdən yayınmağa çalışdığ

14.09.2021 1946
.

Yatağına ilan girən kişinin qorxu dolu anları - VİDEO

Hindistanda az qala faciə ilə nəticələnəcək hadisənin görüntüləri yayılıb. Kadrlar Racastanda, Bansvar məbədində qeydə alınıb. -a istinadən xəbər verir ki, videodan göründüyü kimi, kobra ilanı yerdə yatan insana tərəf sürünür. Sonra o, odeyalın altına girir. Bu vaxt kişi qəfil ayılaraq yerindən sıçrayır

10.09.2021 1704