Berti Foqts: Təəssüf ki, mən özüm oynaya bilmirəm

Berti Foqts: Təəssüf ki, mən özüm oynaya bilmirəm"Məncə, bu gün komandanı tənqid etmək düzgün olmazdı"."Nəticədən razı qala bilmərəm. Şanslardan yararlana bilmədik, lazımsız səhvlə qələbəni əldən verdik". Bunu millimizin baş məşqçisi Berti Foqts deyib.

Azərbaycan yığması dünya çempionatının seçmə qrup mərhələsində bu gün növbəti oyununu keçirdi. Öz meydanında Lüksemburqla qarşılaşan komandamız hesabı açan tərəf olsa da, sonda 1 xalla kifayətləndi. 1:1 hesabı ilə yekunlaşan matçdan sonra təşkil olunan mətbuat konfransında almaniyalı çalışdırıcı bildirib ki, komanda qələbə qazanmalı imiş: "6 oyunun 4-də heç-heçə oynadıq. Amma 3-də qələbə qazanmalı idik. Beynəlxalq futbolda elədir ki, şansından istifadə etməyəndə rəqib qolunu vurur. Biz də sonda daha bir qol buraxa bilərdik. Əvəzində qırmızı vərəqə də aldıq"

- Lüksemburqun qapıçısı meydanda olanlardan ən cüssəlisi idi, ona yerlə qol vurmalı idik. Bunu futbolçulara kim deməli idi?
- Mən 40 ildir futboldayam. Künc zərbələrinin əksəriyyəti yerlə yox, göylə oynanılır.

- 1 xala görə sizi təbrik edirik. Lüksemburqla oyunda niyə 2 dayaq yarımmüdafiəçisi ilə oynayırdınız?
- Təbrikə görə sağ olun. Bu, bizim oyun sistemimizdir. Onu dəyişə bilmərik. Rəqib 2 dayaq yarımmüdafiəçisi ilə oynayırdısa, biz də belə oynamalı idik.

- Vaqif Cavadov sağda, Araz Abdullayev solda oynasaydı, daha yaxşı olmazdımı?
- Araz "Neftçi"də də 5 dəqiqə solda, 85 dəqiqə sağda oynayır. Onun üstünlüyü ondadır ki, cərimə meydanına girəndə sol ayağı ilə oynaya bilir.

- Ardıcıl 2-ci rəsmi oyunda qırmızı vərəqə alırıq. Bu intizamsızlıq nə ilə bağlıdır?
- Bunu hakimdən soruşmaq lazımdır. Vərəqələr fərqlidir. Rauf 2 vərəqəyə görə qırmızı aldı. Subaşiçə isə həmin epizodda birbaşa qırmızı vərəqəni hakimin səhvi sayıram.

- Heç nə ilə yadda qalmayan Branimiri meydana niyə buraxdınız?
- Bizə qol vurmaq üçün 2-ci hücumçu lazım olduğundan, onu buraxdım. O, "Qarabağ"ın heyətində "Neftçi"yə qarşı yaxşı oynamışdı. Rəqibə təzyiq etmək lazım gəldiyindən, 2-ci hücumçunu meydana buraxdıq.

- Bəzi futbolçular borclarını qaytara bildilər? Lüksemburqu, Lixtenşteyni Bakıda uda bilmədiyimiz halda, azarkeşləri borcu kim qaytaracaq?
- Təəssüflər olsun ki, mən özüm oynaya bilmirəm. Biz hücumları cinahlardan qururduq. Məncə, bu gün komandanı tənqid etmək düzgün olmazdı. Komanda çoxlu qol imkanları yaratdı. Sadəcə, məni narazı salan qol imkanlarını istifadə etməməyim oldu.

- Berti Foqts Azərbaycanın qol vurmağı üçün hansı addımları atdı?
- Məşq prosesində sıx müdafiə olunan rəqibə qarşı cinahlardan oynamaqla bağlı hər şeyi etmişdik. Bunun əksəriyyəti bizdə alındı. Sadəcə, qol imkanlarımızdan istifadə edə bilmədik.

mənbə: anspress.com


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 1064   Tarix: 12 iyun 2013  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Türkiyədə İLK: 3D printerlə insan beyninin nüsxəsi hazırlandı - VİDEO

Nevrologiya mütəxəssisi professor Sultan Tarlacı Türkiyədə ilk dəfə olaraq 3D printerlə insan beyninin dəqiq nüsxəsini hazırlayıb. Oxu.a-a istinadən xəbər verir ki, keçmişdə beyinin içindəki quruluşu anlamaq üçün silikon yerləşdirmə kimi xam üsullar istifadə olunurdu, ancaq bu inkişafla beyinin xaric

13.09.2021 490
.

Hamilə olduğunu bilmirdi, hamamdan çıxanda qəfil doğuş etdi - FOTO

Yeni Zelandiyanın 9 ay hamiləliyindən xəbərsiz olan 41 yaşlı sakini Karla Akuhata gözlənimədən yataq otağında uşaq dünyaya gətirib. BİG.AZ xəbər verir ki, bu barədə "The New Zealand Herald" yazır. Belə ki, bir həftə öncə anasının evində olan Akuhata qarın nahiyəsində kəskin ağrı hiss edib

14.09.2021 2001
.

Aralarındakı uzun məsafəyə maraqlı həll tapan cütlük - FOTO

Uzun məsafə münasibəti yaşayan Liseok və Şindanbi, bu problemə maraqlı həll tapıblar. -a istinadən məlumat verir ki, biri Nyu -Yorkda, digəri Seulda yaşayan koreyalı cütlük, video zəng edərkən eyni vaxtda çəkdikləri şəkilləri bir araya gətirərək maraqlı fotolar əldə ediblər. Bu fotoları "Instagram"

13.09.2021 1580
.

Məşhur şirkətlərdə məvaciblər nə qədərdir?

Bir çoxları "Google", "Facebook", "Amazon", "Uber", "Microsoft", "Intel", IBM kimi tanınmış ABŞ şirkətlərdə çalışmaq arzusundadır. Cari ilin ilk yarısında texnoloji nəhənglər 80 min nəfərdən çox əcnəbi əməkdaşı işə cəlb edib. Bəs görəsən onlar

16.09.2021 817
.

Peyvənd olunana pulsuz dönər təklifi

Almaniyada türk əsilli iş adamı insanaları koronavirus əleyhinə vaksinasiyaya təşviq etmək məqsədilə maraqlı təşəbbüs göstərib. -a istinadən xəbər verir ki, Berlindəki "Kaplan Dönər"in sahibi Rəmzi Kaplan peyvənd olunan hər kəsə ona aid restoran və kafelər şəbəkəsində pulsuz dönər ikram ediləcəyin

16.09.2021 1185
.

Cənazə mərasiminə açıq geyimdə getdi - Cəsədə yaxınlaşıb... / FOTO

Sosial mediada yayılan görüntülər müzakirələrə yol açıb. Reddit portalında paylaşılan məlumata görə, qız babasının cənazə mərasiminə açıq geyimdə qatılıb. Qohumların etirazlarına baxmayaraq, qız paltarını dəyişməyib. O cəsədə yaxınlaşıb və bildirib ki, babası sağ olub onu bu göyümdə görsəydi etiraz etməzdi

12.09.2021 2549
.

Dünyanın ən nüfuzlu insanları açıqlandı

ABŞ-ın "Time" jurnalı 2021-ci ildə dünyanın ən nüfuzlu insanlarının siyahısını açıqlayıb. -a istinadən xəbər verir ki, 100 nəfərdən ibarət siyahı "Liderlər", "İxtiraçılar", "İncəsənət xadimləri", "Yenilikçilər" kimi bir neçə bölməyə ayrılıb. Siyasətçilə

16.09.2021 877
.

Qızıldan hazırlanan unitaz iki ildir tapılmır - FOTO

İngiltərənin Blenheim sarayından iki il əvvəl oğurlanan qızıldan hazırlanan unitaz hələ də tapılmayıb. -a istinadən xəbər verir ki, 2019-cu il sentyabrın 14-də sarayda sənət sərgisinin keçirildiyi vaxt oğurlanan qızıl unitazın dəyəri 1 milyon funt sterlinqdir (2 300 00 manatdan çox). Xatırladaq ki, unitaz

16.09.2021 3329
.

Ovuclarınızı birləşdirin: Sevgi haqqında nələr öyrənəcəksiniz?

Ovuclarınızın içindəki sevgi xətti xarakteriniz haqqında çox şey deyir. -a istinadən məlumat verir ki, bir insanın əlləri o insan haqqında çox şey deyə bilər. Bu, uzun müddətdir ki, xarakter təhlili aparan insanlar üçün təsirli bir üsuldur. Əgər bu sizə də maraqlıdırsa, o zaman ovuclarınızı birləşdirin

16.09.2021 1627