Bu gün Azərbaycanda növbəti buraxılış imtahanı keçirilir

Bu gün Azərbaycanda növbəti buraxılış imtahanı keçirilirBu gün Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) Azərbaycanda növbəti buraxılış imtahanı keçirir.

İmtahanlar Naxçıvan MR, İmişli, Ağcabədi, Ağdam, Saatlı, Sabirabad, Füzuli, Beyləqan, Xocavənd, Lənkəran, Astara, Masallı, Lerik, Yardımlı, Cəlilabad, Salyan, Neftçala və Biləsuvar rayonlarının bütün orta ümumtəhsil müəssisələrinin və C.Naxçıvanski adına hərbi liseyin IX və XI siniflərində təhsil alan şagirdlər üçün mərkəzləşdirilmiş qaydada keçirilir.

Orta ümumtəhsil müəssisələrinin IX siniflərində təhsil alan şagirdlərin buraxılış imtahanlarının keçirilməsi məqsədilə ümumilikdə 92 imtahan mərkəzi ayrılıb.

İmtahan Naxçıvan MR-də 13, İmişlidə 4, Ağcabədidə 4, Ağdamda 3, Saatlıda 3, Sabirabadda 6, Füzulidə 4, Beyləqanda 5, Xocavənddə 1, Lənkəranda 6, Astarada 5, Masallıda 7, Lerikdə 7, Yardımlıda 5, Cəlilabadda 7, Salyanda 4, Neftçalada 3, Biləsuvarda 4 binada, C.Naxçıvanski adına hərbi liseyin şagirdləri üçün isə 1 binada aparılır.

İmtahanda 32 121 nəfər IX sinif şagirdinin (Naxçıvan MR-də 4375, İmişlidə 1734, Ağcabədidə 2101, Ağdamda 1369, Saatlıda 1354, Sabirabadda 2803, Füzulidə 807, Beyləqanda 1353, Xocavənddə 61, Lənkəranda 2522, Astarada 1428, Masallıda 2554, Lerikdə 850, Yardımlıda 1037, Cəlilabadda 2871, Salyanda 1889, Neftçalada 1013, Biləsuvarda 1754, C.Naxçıvanski adına hərbi liseydə 246) iştirakı nəzərdə tutulub.

İmtahanın (9-cu sinif) idarə olunması üçün 2823 nəzarətçi-müəllim ayrılıb.

İyunun 7-də orta ümumtəhsil müəssisələrinin XI siniflərində təhsil alan şagirdlərin buraxılış imtahanlarının keçirilməsi üçün ümumilikdə 92 imtahan mərkəzi ayrılıb. İmtahan Naxçıvan MR-də 13, İmişlidə 4, Ağcabədidə 4, Ağdamda 3, Saatlıda 3, Sabirabadda 6, Füzulidə 4, Beyləqanda 5, Xocavənddə 1, Lənkəranda 6, Astarada 5, Masallıda 7, Lerikdə 7, Yardımlıda 5, Cəlilabadda 7, Salyanda 4, Neftçalada 3, Biləsuvarda 4 binada, C.Naxçıvanski adına hərbi liseyin şagirdləri üçün isə 1 binada aparılır.

İmtahanda 23 835 nəfər XI sinif şagirdinin (Naxçıvan MR-də 4406, İmişlidə 1387, Ağcabədidə 1600, Ağdamda 812, Saatlıda 829, Sabirabadda 2094, Füzulidə 643, Beyləqanda 901, Xocavənddə 39, Lənkəranda 1780, Astarada 999, Masallıda 1632, Lerikdə 497, Yardımlıda 731, Cəlilabadda 2012, Salyanda 1171, Neftçalada 733, Biləsuvarda 1149, C.Naxçıvanski adına hərbi liseydə 240) iştirakı nəzərdə tutulub.

İmtahanın (11-ci sinif) idarə edilməsi üçün 1812 nəzarətçi-müəllim ayrılıb.

Hər iki imtahana ümumilikdə 224 imtahan rəhbəri cəlb edilib.

Buraxılış imtahanı ana dili (Azərbaycan bölməsinin şagirdləri üçün - Azərbaycan dili, rus bölməsinin şagirdləri üçün - rus dili fənni) və riyaziyyat fənləri üzrə keçirilir. Şagirdlərə hər bir fənn üzrə 30, ümumilikdə 60 test tapşırığı təqdim edilir. Bundan əlavə, şagirdlər təqdim edilmiş mövzu üzrə yazı işi yerinə yetirirlər.

İmtahanın müddəti 2 saatdır. Test tapşırıqlarının yerinə yetirilməsinə 1 saat 30 dəqiqə, yazı işinin yerinə yetirilməsinə isə 30 dəqiqə vaxt ayrılır. Yazı işi balla qiymətləndirilmir, yalnız xüsusi hallarda əlavə meyar kimi istifadə edilir. Şagirdin test tapşırıqlarına verdiyi düzgün və səhv cavablar haqqında məlumat onun imtahan verdiyi gündən etibarən 5 günədək müddətdə elan edilir.

Şagirdin 5 ballıq şkala üzrə imtahan qiymətləri bütün respublikada buraxılış imtahanları bitdikdən sonra 10 günədək müddətdə elan edilir.

mənbə: gun.az


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 2375   Tarix: 07 iyun 2013  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Paşinyan Batumidə "yoxa çıxdı"

Bir neçə gün əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan Gürcüstana rəsmi səfər edib. Onun səfəri Batumi şəhərində başa çatıb. Rəsmi məlumata görə, onunla Gürcüstanın baş naziri arasında qeyri-rəsmi görüş olub. Batumiyə səfər Ermənistan cəmiyyətinin əhəmiyyətli bir hissəsi və xüsusən də bəzi Rusiy

18.09.2021 774
.

Bu qidalar vitaminlə zəngindir - MÜTLƏQ YEYİN

Vitamin, mineral və antioksidantlarla zəngin qidalar az kalori ilə maksimum qida dəyərinə malik məhsullardır. Bu tip qida məhsullarına, həmçinin super qidalar da deyilir. -ın məlumatına görə, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutundan bildirilib ki, gündəlik qida rasionunda super qidaların istehlakın

18.09.2021 930
.

Türkiyədə təlimlərdə iştirak edən Azərbaycan hərbçilərinin bir qrupu Vətənə qayıdıb

Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında illik hərbi əməkdaşlıq planına əsasən keçirilən "TurAz Şahini - 2021" birgə taktiki-uçuş təlimində iştirak edən Azərbaycan Hərbi Hava Qüvvələrinin bir qrup heyəti və aviasiya vasitələri Vətənə qayıdıb. Bu barədə BİG.AZ-a Müdafiə Nazirliyində

18.09.2021 254
.

Lətafət 14 yaşlı qızından danışdı: "Atası ilə görüşmək istəmir" - VİDEO

ARB TV-nin "YouTube" layihəsi olan "Özümüz danışaq" verilişinin növbəti qonağı aparıcı Lətafət Ələkbərova olub. Tanınmış aparıcı tək övlad böyütməyin çətin olduğunu deyib:. "Qızım artıq məni başa düşür. Çox yaxşı dost olmuşuq. Musiqini çox sevir. Vokal dərsi alır. Qızımın 1

18.09.2021 3133
.

Əzraili geri qaytaran DƏFN XƏRCLƏRİ- Ölmək üçün nə qədər pul lazımdır?

"Atam son nəfəsində vəsiyyət etdi ki, o öləndən sonra Bibiheybət qəbiristanlığında dəfn edək. Yazıq kişi gözünü yumanda düşdük əl-ayağa. Ölü üçün ağlamaq qaldı bir kənara biz torpaq pulu düzəldirdik". Bu sözləri -a Rüfət Quliyev danışır. Aylar öncə atasını itirən Rüfət bəy deyir ki, üz tutduqlar

17.09.2021 2089
.

Azərbaycanda koronavirusa yoluxanların SAYI AÇIQLANDI: 29 nəfər ÖLDÜ - FOTO

Son sutkada Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2 042 yeni yoluxma faktı qeydə alınıb, 3 224 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 29 nəfər vəfat edib. İndiyədə

18.09.2021 2874
.

MN: "Minaatan bölmələri hədəflərə döyüş atışları yerinə yetirir" - VİDEO

2021-ci ilin döyüş hazırlığı planına uyğun olaraq Azərbaycan Ordusunun minaatan bölmələri ilə keçirilən intensiv döyüş hazırlığı məşğələləri davam edir. Müdafiə Nazirliyindən BİG.AZ-a verilən məlumata görə, məşğələlərdə batareyanın atəş mövqeyini tutması və komanda müşahidə məntəqəsinin açılması tapşırıqlar

18.09.2021 245
.

Azərbaycan polisindən ermənilərə süngülü dərs - VİDEO

Gorus-Qafan yolu üzərində xidmət göstərən Azərbaycan polisi yoldan keçmək istəyən ermənilərə dərs verib. "Qafqazinfo" xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə üzərində qondarma respublikanın "bayrağ"ı olan avtomobilin postdan keçmək üçün yaxınlaşdığı görünür. Postd

18.09.2021 988
.

Nəriman Abbasov Həbib Nurməhəmmədovun qohumuna nokautla qalib gəldi - VİDEO

Bu gecə Moskvada rusiyalı sabiq UFC çempionu Həbib Nurməhəmmədovun atası Əbdülmanaf Nurməhəmmədovun xatirəsinə həsr edilən turnir keçirilib. xəbər verir ki, yarış çərçivəsində azərbaycanlı döyüşçü Nəriman Abbasov rusiyalı Şamil Zavurovla qarşılaşıb. Abbasov rəqibini ilk raunddaca nokauta salıb. Qey

18.09.2021 831