"Tez-tez Mahirlə küsülü olurduq" - Mətanət İsgəndərli

"Tez-tez Mahirlə küsülü olurduq" - Mətanət İsgəndərli"Mahir and içirdi ki, məni heç bir qadınla aldatmır"

ABU-nun sabiq rektoru Elşad Abdullayevin qardaşı Mahir Abdullayevin itkin düşməsi ilə bağlı aparılan istintaq işi ilə bağlı ortaya yeni materiallar çıxıb. "Təzadlar" qəzeti bu işlə bağlı dindirilən hal şahidlərinin ifadələri də içərisində olan 2 cildlik, 600 səhifədən ibarət istintaq materiallarını əldə edib. Qəzet istintaqa mane olmamaq üçün onları hiss-hissə yayacağının anonsunu verib. İlk yayılan ifadələr isə adı M.Abdullayevlə yaxın münasibətlərdə hallanan müğənni Mətanət İsgəndərli və M.Abdullayevin qayınatası Şamil Şahməmmədova məxsusdur.

Mətanət İsgəndərli: "Mahir mənim mahnılarıma söz yazıb, maliyyə dəstəyi göstərib"

İlk olaraq nəzərinizə M.İsgəndərlinin ifadəsini çatdırırıq. Müğənni istintaqa ifadəsində öncə M.Abdullayevlə tanışlıq hekayəsindən danışıb: "Abdullayev Mahir İslam oğlu ilə təxminən 1996 və ya 1997-ci ildə tanış olmuşam. Həmin dövrdə tanışım, AzTV-də operator işləyən Asim Cəlilov mənə Mahir adlı dostunun oxuduğum "Anam, hardasan?" mahnısına qulaq asdığını və anası vəfat etdiyindən bu mahnının onu kövrəltdiyini söyləyərək klip çəkdirmək istədiyini bildirdi. Daha sonra Mahirlə öz prodüserim, bəstəkar Asif Kərimovu tanış etdim. Həmin vaxtdan Mahirlə mənim aramda dostluq münasibəti yarandı və biz tez-tez görüşməyə başladıq. Mahirin özü də şeir yazmaq istedadına malik olduğundan mənim ifamda səslənən "Kürdəmir", "Küsmə məndən", "Ülvi balam", "İlk məhəbbət kövrək olur" mahnılarımın sözlərini yazıb. Mahir ümumiyyətlə incəsənət sahəsində inkişaf etməyim üçün mənə maliyyə dəstəyi də göstərib və hətta Asiflə birlikdə 1998-ci ilin 16-17 mart tarixlərində solo konsertlərimi təşkil edib. Bununla bizim Mahirlə münasibətlərimiz daha da yaxınlaşdı və onun özündən əlavə dostları Sənan, Namiq və Qulu ilə tanış oldum.

"Son gün yolda and içirdi ki, məni heç bir qadınla aldatmır, dalaşdıq..."

...Biz bir-birimizə qarşı çox qısqanc olduğumuzdan tez-tez Mahirlə küsülü olurduq. 02 oktyabr 2003-cü il tarixdə AzTV-nin seçkiqabağı o zamanki Dəvəçi rayonunda təşkil etdiyi konsertdə iştirak etmək üçün Mahir, dostu Sənan, prodüserim Ələddin və köməkçim Asiflə birlikdə həmin rayona getmişik. Əvvəlcədən planlaşdırdığımıza əsasən konsertdə çıxış etdikdən sonra biz Nabrana getməli idik ki, Mahir orada almaq istədiyi torpaq sahəsinə baxsın. Lakin təşkil olunmuş konsertdə səhnəyə gedən yol narahat olduğundan mən orada çıxış etməkdən imtina etdim və Ələddinə iradımı bildirdim ki, "mən bu cür uzun paltarda necə səhnəyə çıxacam". Bundan sonra rayona gəldiyimiz yuxarıda göstərdiyim şəxslərlə birlikdə mən və Asif Ələddinin maşınında, Mahirlə Sənan sonuncunun maşınında Nabran istiqamətində yola düşdük. Axşam radələrində Nabrana çatdıqdan sonra hazırda yadımda qalmayan səbəbdən Mahirlə sözləşdik və bir-birimizdən küsdük. Bundan sonra onlar dördü yemək yedilər, mən isə çox əsəbi olduğumdan ayrıca otaqda oturdum. Təxminən 1 saatdan sonra artıq Bakıya qayıtmaq qərarına gəldik və biz gəldiyimiz qaydada mən, Ələddin və Asif bir maşında, Mahirlə Sənan isə digər maşında yola düşdük. Nabran ərazisini tərk etdikdən sonra Mahirin təkidi ilə mən Sənangilin maşınında əyləşdim.

Yolda Mahir and içərək məni əmin etməyə çalışırdı ki, o məni digər qadınlarla aldatmır. Mahirin növbəti andlarının birində Sənan ona üstüörtülü dedi ki, "niyə yalandan and içirsən, sən Mətanəti aldadırsan axı". Mahir Sənanın bu sözündən küsərək "Beş barmaq" deyilən ərazidə maşını saxlatdırıb, yoldan keçən sarı rəngli taksiyə minib bizdən ayrı getdi. Sənan və mən Mahiri geri qaytarmağa cəhd etsək də, o bizə məhəl qoymadan çıxıb getdi. Həmin vaxtdan sonra Mahirlə heç bir əlaqəm olmayıb. Belə ki, mən Mahirin bu hərəkətindən incidiyimdən ona zəng etməmişəm. Eyni zamanda bu müddət ərzində Sənanla da əlaqə saxlamamışam. 13 oktyabr 2003-cü il tarixdə saat təxminən 24 radələrində Asif mənə zəng edərək Mahiri görüb-görmədiyimi soruşdu. Mən isə Asifə Mahirlə küsülü olduğumuzu və onu təxminən 10-11 gündür ki, görmədiyimi söylədim. Mahir ümumiyyətlə yalana meylli insan olduğundan əvvəlcə onun itməyinə inanmadım. Lakin yenə də məsələni dəqiqləşdirmək üçün Mahirin hazırda xatırlamadığım telefon nömrəsinə zəng etsəm də, nömrə bağlı idi. Mahirin itməsi xəbərini eşitdikdən sonra dəfələrlə ona zəng etsəm də, həmçinin Asif və Ələddin vasitəsilə xəbər öyrənməyə çalışsam da hər hansı müsbət nəticə əldə etmədim. Hadisədən təxminən 10-12 gündən sonra Mahirin qardaşları Elşad, Elsevər və Eldəniz axşam saat 20 radələrində mənim evimə gələrək, Mahirlə mənim münasibətim barədə məlumatlı olduqlarını söylədilər. Mən isə onlara həqiqətən də Mahirlə yaxın münasibətimiz olduğunu, lakin onun harada olması barədə heç nə bilmədiyimi dedim".

"Elşad mənə deyirdi ki, Mahir sağdır, qayıdan kimi ölkədən gedəcəklər"

Müstəntiqin Elşad, Elsevər, Eldəniz və İsmayıl Abdullayevlərlə bağlı sualına isə M.İsgəndərli belə cavab verib: "Adı qeyd olunan şəxslərdən yalnız Elşadı tanımışam. Belə ki, Mahir itkin düşəndən sonra bir dəfə müğənni Vasif Məhərrəmlinin bacısı Vəsilə məni evlərinə qonaq dəvət etdi, ora getdikdən bir qədər sonra isə Elşad da onlara gəldi. Həmin vaxt Vəsiləgildə Elşad, mən, Vəsilə və Vasif Məhərrəmli olub. Orada biz Elşadla təklikdə qalaraq Mahirin itkin düşməsi ilə bağlı hazırda xatırlamadığım mövzuda mehribancasına söhbət etdik və Elşad Mahirlə bağlı mənim fikirlərimi öyrənirdi. Təxminən yarım saat sonra Elşad getdi, mən isə bir qədər sonra getdim. Söhbət zamanı Elşad çox rahat və sakit görünürdü, əhvalı yüksək idi, qardaşını axtaran şəxsə oxşamırdı. Danışıq zamanı mən belə hiss etdim ki, Elşad qardaşı ilə maraqlanmaqdan daha çox mənim itkin düşmə ilə bağlı hər hansı məlumatımın olması ilə əlaqədar soruşurdu və bu barədə heç bir şey bilmədiyimi müəyyən etdikdə Elşadda bir rahatlıq yarandığını hiss etdim".

Müğənni ifadəsində daha bir şok məlumat verib: "Bundan əlavə Elşad həmin görüşdə mənə dedi ki, Mahir sağdır, ona zəng edib, yaxın vaxtlarda qayıdacaq, qayıdan kimi isə onlar Azərbaycanı tərk edəcəklər. Elşad həmçinin mənə dedi ki, nə qulluğum olsa ona müraciət edə bilərəm. Mən isə ona rədd cavabı verərək heç bir şeyə ehtıyacımın olmadığını bildirdim. Mən əminəm ki, Elşad Mahirin harada olmasını bilir".

"Mahirin ziddiyyətdə olduğu və ya düşmənçilik etdiyi şəxslər barədə nə deyə bilərsiniz?" sualını M.İsgəndərli belə cavablandırıb: "Onun danışığından belə başa düşürdüm ki, onlar ABU-nu hansısa dağıstanlılardan alıblar və bu səbəbdən həmin tanımadığım adamlarla nəsə ziddiyyətləri olub. Ancaq bu məsələni tam təfərrüatları ilə bilmirəm. Mahirin hər hansı şəxsdən borc alması barədə dəqiq məlumatım olmasa da, onun danışıqlarından belə başa düşürdüm ki, onun tanımadığım şəxslərlə nəsə külli miqdarda pul söhbətləri olub".

"Mahir Rəsul Quliyevlə danışandan sonra dedi ki, biz hakimiyyətə gələcəyik"

Müğənni DİN-in sabiq əməkdaşı Hacı Məmmədovla bağlı sualı da cavablandırıb: "Hacı Məmmədovla yaxın münasibətim olmasa da, onu bir dəfə Qusar rayonunda sahibi olduğu "Qarabulaq" istirahət mərkəzində görmüşəm. Özüm bir neçə dəfə ailəmlə birlikdə həmin istirahət mərkəzinə dincəlmək üçün getmişəm.

Həmin səfərlərimin birində Hacı Məmmədov bir sənət adamı kimi məni öz ailəsi ilə birlikdə əyləşdiyi masaya dəvət edərək, ailəsi ilə tanış etdi və təxminən 1 saata yaxın onlarla birlikdə oturub ümumi söhbətlər etdim. Bundan təxminən 2 ay sonra Hacı Məmmədov prodüsserim Əllədinə zəng edərək tanımadığım qohumunun hazırda yadımda qalmayan şadlıq sarayında keçirilən toy məclisində müğənni kimi iştiraka dəvət etdi. Hacının ailəsi ilə bir süfrə arxasında oturub çörək kəsdiyimizdən həmin toyda oxudum pul almadım. Bundan əlavə Hacı Məmmədovla hər hansı münasibətim olmayıb. Hacı Məmmədovla tanışlığım bununla da bitib. Bu hadisə Mahir Abdullayev itməmişdən qabaq, yaxud bundan sonra olduğunu hazırda xatırlaya bilmirəm".

M.İsgəndərli müstənqin sualına cavab olaraq, M.Abdullayevin siyasi baxışları barədə də danışıb: "Mahirin siyasi baxışları barədə elə də məlumatım yoxdur. Lakin onun sözlərindən mənə məlum idi ki, o, dostu Sənan İbrahimov vasitəsilə sabiq spiker Rəsul Quliyevlə əlaqə saxlayıb. Hətta o, bir dəfə deyib ki, "biz hakimiyyətə gələcəyik". Bu sözləri deməkdə mənə elə gəlir ki, o, özünü və qardaşlarını nəzərdə tuturdu. Lakin hansı siyasi qüvvə ilə onlar hakimiyyətə gələcəklərini Mahir mənə bildirməyib və mən bununla maraqlanmamışam. Eyni zamanda bildirmək istəyirəm ki, Mahir mənim yanımdan qeyd etdiyim şəxslə, yəni Rəsul Quliyevlə, həmçinin digər müxalifət nümayəndələri ilə əlaqə saxlamayıb".

M.İsgəndərli deyib ki, tanınmış insan olduğundan E.Abdullayev qardaşının yoxa çıxması ilə bağlı ictimaiyyətin fikrini yayındırmaq və diqqəti ona yönəltmək üçün onu ittiham edir: "Elşadla təklikdə olan görüşümüz zamanı o mənimlə mehriban danışıb, irad bildirməyib, Mahirin sağ olduğunu söyləyib, salamını çatdırıb, məni heç bir şeydə ittiham etməyib. Sonradan Elşadın nə səbəbə, nə məqsədlə mənə qarşı bu cür ittihamlar etməsinin səbəbini bilmirəm"

mənbə: qafqazinfo.az


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 4073   Tarix: 07 iyun 2013  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

23 illik həyat yoldaşı ilə ilk dəfə görüntüləndi - Fotolar

Türkiyəli müğənni İzzət Yıldızhan ilk dəfə həyat yoldaşı Ajda Yıldızhanla obyektivlərə tuş gəlib. Axşam.az xəbər verir ki, cütlük məclislərdən birinə birgə qatılıblar. 23 ildir evli olan ikili ilk dəfə birgə görüntülənib. Qeyd edək ki, 61 yaşlı İzzət 3 dəfə ailə qurub. Onun müxtəlif qadınlardan ümumilikd

22.04.2024 896
.

Talıb Talenin toyu olacaq - VİDEO

Müğənni Talıb Tale özündən 15 yaş kiçik xanımla ailə həyatı quracağını açıqlayıb. xəbər verir ki, müğənni bu barədə ATV-də yayımlanan verilişlərdən birində deyib. O, həyatındakı xanımla hər şeyin yolunda getdiyini, onunla xoşbəxt olduğunu deyib. "Həyatımda olan xanımla aramızda 15 yaş fərq var

26.04.2024 1338
.

"Xəstəxanada olarkən halallaşmışdıq" - Elgiz ağladı

"Biz Cavanşir Məmmədovla eynik vaxtda koronavirusa yoluxmuşduq. Pandemiyanın ən kritik vaxtında xəstələnmişdik, ikimiz də xəstəxanaya düşdük. Həmin ərəfədə xəstəxanalarda yer də yox idi. Cavanşir müəllim Fatmayı tərəfdə xətəxanada idi, çox uzağa düşmüşdü. Mən isə Musa Nağıyeva adına xəstəxanad

21.04.2024 1314
.

Aysun İsmayılova: "İstəyirəm həyat yoldaşım mənə qulaq asanda utanmasın" - VİDEO

"İstəyirəm ki, həyat yoldaşım mənim mahnılarıma qulaq asanda utanmasın". Bu sözləri ATV-nin efirində yayımlanan verilişlərdən birində müğənni Aysun İsmayılova deyib. O, həyat yoldaşının musiqi zövqünün onun tərzi ilə üst-üstə düşmədiyini deyib. "Həyat yoldaşımın dinlədiyi musiqilər ta

24.04.2024 1020
.

"Jolly Joker"in ilk qlobal məkanı "Jolly Joker Bakı"da Yıldız Tilbe izdihamı

Bakının mərkəzində 3.00 nəfərlik zala sahib "Jolly Joker Bakı" Azərbaycanda Yıldız Tilbe konserti ilə qapılarını sevənlərinə açdı. "Jolly Joker"in əvəzedilməz simalarından ən öndə gələn və hər konsertdə biletləri günlər öncə tükənən Yıldız Tilbe Azərbaycanda da eyni maraqla qarşılandı

24.04.2024 354
.

"Vallah, elə bir oğlana ərə gedirsən ki…"

Xalq artisti Röya Ayxan Mələkxanım Eyubovanın qızı Nəzrin Nəcəfova ilə müğənni Mərdan Kazımovun toyuna qatılıb. OLAY yazır ki, estrada ulduzu TV-lərə müsahibəsi zamanı cütlüyə xoşbəxtlik diləyib və bu sözləri deyib:. "İki sənət adamının toyudur. Mələkxanım Eyubova ilə çox münasibətimiz yoxdur. Əlbətt

22.04.2024 1677
.

Mərddən Afranın ona xəyanət etməsi ilə bağlı suala reaksiya

Türkiyəli aktyor Mərd Yazıcıoğlu keçmiş sevgilisi, aktrisa Afra Saraçoğlunun ona dostu, aktyor Mərd Ramazanla xəyanət etməsi iddialarını cavablayıb. Axşam.az xəbər verir ki, aktyor müxbirin "Keçmiş münasibətinizin bitmə səbəbi ilə bağlı çox sayda xəbərlər çıxdı" sualını yarıda kəsərək hans

26.04.2024 748
.

Faiq Öztürk iflic olub

Türkiyəli müğənni Faiq Öztürkün 20 gün öncə Bodrumda beyninə qan sızıb. Axşam.az xəbər verir ki, sənətçinin sol tərəfi iflic olub. 62 yaşlı müğənni Ankarada müalicə olunur. Bu barədə məlumatı müğənninin həyat yoldaşı və duet ortağı Safiye Soyman verib

25.04.2024 614
.

Amilin verilişində dediyi sözlərə görə cəzalandırıldı

Xəzər Rayon Məhkəməsində barəsində xüsusi ittiham qaydasında şikayət edilmiş 1970-ci il təvəllüdlü Radifə Əliyevaya hökm oxunub. "Qafqazinfo"ya istinadən xəbər verir ki, Masallı sakini Sabit Ağayev bildirib ki, qohumu Radifə Əliyeva "Space" TV-də Amil Xəlilin aparıcılıq etdiyi verilişd

22.04.2024 1107