İlham Əliyev və xanımının sərgidən (Fotolar)
Sərgi və konfransın iştirakçıları siyahısında dünyanın neft və energetika sektorunun aparıcı şirkətləri yer alır
Bu gün Bakı Ekspo Mərkəzində Xəzəryanı regionun neft-qaz sahəsində ən böyük tədbir olan və öz uğurlu fəaliyyətinin 20 illik yubileyini qeyd edən Beynəlxalq Xəzər neft, qaz, neftayırma, neft kimyası ("Caspian Oil and Gas") sərgi və konfransı işə başlanıb.
Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva açılış mərasimində iştirak ediblər.
Mərasimi Böyük Britaniyanın İTE Group Plc şirkətinin baş məsləhətçisi Endryu Vud açdı.
Dövlət başçısı açılış mərasimində nitq söylədi.
ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar Prezident Barak Obamanın təbrik məktubunu oxudu.
Sonra Böyük Britaniyanın Baş nazirinin xüsusi diplomatik elçisi Çarlz Hendri Baş nazir Devid Kemeronun təbrik məktubunu oxudu.
Daha sonra dövlət başçısı və xanımı sərginin pavilyonları ilə tanış oldular.
Məlumat verilib ki, bu il "Caspian Oil and Gas" sərgisinin yubileyi əlamətdar bir tarix – sərginin banisi ümummilli lider Heydər Əliyevin anadan olmasının 90-cı ildönümü ilə üst-üstə düşür. İlk sərgi 1994-cü ilin sentyabr ayında Xəzər hövzəsində karbohidrogen ehtiyatlarının genişmiqyaslı işlənilməsi üzrə əsas istiqamətləri müəyyən edən və respublikanın neft tarixində yeni dövrün əsasını qoymuş "Əsrin müqaviləsi"nin imzalanması ərəfəsində keçirilmişdir. Həmin dövrdə ümummilli lider Heydər Əliyev bu sərgini "dünya neft-qaz şirkətlərini ölkənin neft-qaz sahəsinin inkişafına cəlb etmək üçün münasib platforma" hesab edərək, Azərbaycanda neft-qaz sənayesi üzrə ilk ixtisaslaşdırılmış sərginin keçirilməsi təşəbbüsünü dəstəkləmişdir və o vaxtdan etibarən, "Caspian Oil and Gas" sərgisi neft, qaz və energetika sahəsinin aparıcı mütəxəssislərinin görüşdüyü və memorandumların, gələcək əməkdaşlığa dair sazişlərin və müqavilələrin imzalandığı meydançaya çevrilmişdir. Sərgi və konfransın iştirakçıları siyahısında dünyanın neft və energetika sektorunun aparıcı şirkətləri yer alır. Keçirildiyi illər ərzində sərgidə dünyanın 70-dən çox ölkəsindən 5 min 600 şirkət iştirak edib.
mənbə: qafqazinfo.az
BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər Baxılıb: 4136 Tarix: 05 iyun 2013
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Facebookda PaylaşRusiyada zəlzələ olub
Rusiyanın Kamçatka sahillərində zəlzələ olub. BİG.AZ xəbər verir ki, zəlzələ 4,6 bal gücündə baş verib. Bu barədə Rusiya Geofizika Xidməti məlumat yayıb. Bildirilib ki, yeraltı təkanların episentri Sakit okeanın Nikolskoye kəndindən 68 km aralıda, 61 km dərinlikdə yerləşib
07.05.2024 159 "Avroviziya-2024" başladı
İsveçin Malmö şəhərində "Avroviziya-2024" mahnı müsabiqəsinin birinci yarımfinalı başlayıb. Axşam.az-ın məlumatına görə, birinci yarımfinalda 15 ölkə təmsilçisi yer alacaq. Onlar Ukrayna, Kipr, Polşa, Serbiya, Litva, Xorvatiya, İrlandiya, Sloveniya, İslandiya, Finlandiya, Portuqaliya, Lüksemburq
07.05.2024 148 Bu gün "Avroviziya 2024" mahnı müsabiqəsinin ilk yarımfinalı baş tutacaq
Bu gün "Avroviziya 2024" mahnı müsabiqəsinin ilk yarımfinalı keçiriləcək. xəbər verir ki, bununla bağlı İctimai TV məlumat yayıb. Qeyd edək ki, bu il müsabiqə İsveçin Malmö şəhərində keçiriləcək. Birinci və ikinci yarımfinallar 7 və 9 may tarixlərində, final isə 11 mayda olacaq. Xatırlada
07.05.2024 295 "Monte-Karlo Əfsanələri" adlı sirk proqramı "Sea Breeze"də BAŞLAYIR
İlk dəfə "Sea Breeze"də Sirk Oskar mükafatçısı Allahverdi İsrafilovun təşkilatçılığı ilə iyunun 1-dən "Monte-Karlo Əfsanələri" adlı beynəlxalq sirk proqramı başlayır. Bu barədə -a Bakı Dövlət Sirkindən məlumat verilib. Bildirilib ki, ənənəyə sadiq qalaraq şounun ilk günü xeyriyy
07.05.2024 187 "Kaybolan yıllar" serialının aktyoru əməliyyat olundu
"Kaybolan yıllar" serialının aktyoru Saruhan Hünel əməliyyat olunub. Axşam.az xəbər verir ki, bu barədə aktyorun bacısı Aslı Hünel sosial media hesabında yazıb. Onun sözlərinə görə, yaşadığı problemlər səbəbindən Saruhan ürəyindən əməliyyat edilib. O, reanimasiyaya yerləşdirilib
07.05.2024 563 "Pedaqoji kadr hazırlayan təhsil müəssisələrində sinif rəhbərinin işinin təşkili ilə bağlı bilik və bacarıqlar öyrədilmir" - Ekspert
Tərtərdə iki məktəbli arasında düşən dava onlardan birinin ölümü ilə nəticlənib.9-cu sinif şagirdləri arasında düşən mübahisə zamanı biri digərinə yumruqla xəsarət yetirib. Xəsarət alan şəxs Tərtər Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, onu xilas etmək mümkün olmayıb. Təhsil eksperti Elşən Qafaro
07.05.2024 363 "Mədəniyyət Nazirliyi modellərə 50 manat ayırır?"
"Bir ildir Bakıdayam və işsizəm. Bunun səbəbi isə budur: "Azerbaijan Fashion week" dəvət edir və 50 manat qonorar verir. Bilmirəm, yeyinti var və ya yoxdur. Çünki müqavilə imzalanmır, sığortamız yoxdur, vergi ödəmirik. Agentliklər çəkilişə çağırır və müqavilə bağlamır, əmək kitabçamı
07.05.2024 496 İtaliyada çirkab su təmizləmə zavodunda qəza: 5 ölü, 1 yaralı
İtaliyanın Siciliya adasındakı Kasteldaccia qəsəbəsində çirkab su təmizləmə zavodunda qəza olub. BİG.AZ xəbər verir ki, hadisə nəticəsində 5 işçi qazdan zəhərlənərək ölüb. İtaliya mediasının yaydığı məlumata görə, Palermo şəhəri yaxınlığındakı Kasteldaccia şəhərində 1 işçi isə terapiyaya aparılıb. Polisi
07.05.2024 98 Şəhid ailəsi üzvlərinə təhsillə bağlı yeni imtiyaz VERİLDİ
Parlament şəhid ailəsinin üzvlərinin özəl universitetlərdə pulsuz təhsil almasına dair layihəni təsdiqləyib. "Report"un xəbərinə görə, bununla bağlı Milli Məclisin bugünkü iclasında üçüncü oxunuşda müzakirəyə çıxarılan "Təhsil haqqında" qanuna dəyişiklik layihəsində qeyd edilib. Layih
07.05.2024 347