Hormonlu qidalara diqqət

Hormonlu qidalara diqqətSon zamanlar sağlamlığımız üçün vacib olan meyvə-tərəvəzlərdə hormonlardan istifadə bir xeyli artmışdır. İnsan sağlamlığına mənfi təsir edən hormondan ilk dəfə 1960-cı ildə istifadə edilmişdir. İlk dəfə üzümdə istifadə edilən hormondan sonradan bütün meyvə-tərəvəzlərdə istifadə olmuşdur.

Meyvə-tərəvəzlərdə hormondan istifadə edilməsinin səbəbləri isə budur ki, hormon meyvə-tərəvəzlərin daha sürətlə böyüyüb yetişməsini təmin edir, onlar daha canlı və parlaq bir görünüş alırlar. Lakin meyvə-tərəvəzlərdə istifadə edilən hormonların insan sağlamlığına çox ciddi təsirləri var. Belə ki, bu təsirlərin sonu ölümcül xəstəlik olan xərçəngə qədər gedib çıxa bilər.

Meyvələrin içərisində olan təbii hormonlar sintetik hormonlar sayəsində aktiv hala gətirilir. Verilən dozanın uyğun səviyyədən çox verilməsi sağlamlığa zərər vura bilər.

Hormonlardan həddindən artıq istifadə edildiyi zaman onlar bədəndə olan hüceyrələrdə parçalanmır. Beləcə, bir çox xəstəliklərin yaranmasına səbəb olur.

Hormonun ən çox istifadə edildiyi məhsullar pomidor, badımcan, nüvəsiz üzüm, alma və balqabaq kimi tərəvəz və meyvələrdir. Sağlamlıq baxımından olduqca əhəmiyyətli olan bu məhsullar hormonlara görə zərərli hala gəlir.

Meyvə-tərəvəzlərin görünüşlərinə baxmaqla onlarda hormondan istifadə edildiyini görmək olar. Məsələn, çiyələklər həddindən artıq böyük və ya bitişik haldakı iki çiyələk olduqda onlarda hormon olduğunu bilmək olar. Qarpızın nüvə qismindəki boşluqlar, nişasta qoxusu və xarlanma onda hormon olduğunu aşkar edir. Meyvənin hormonlu olduğu öncə şəklindən, daha sonra isə dadından aydın olur. Xarici səthində qabarcıqlar, nahamar şəkillər olan meyvələr sağlamlıq baxımından olduqca böyük risk daşıyır. Sağlam həyat üçün hormonlu məhsullardan mümkün qədər uzaq durun.

Eyni zamanda ölçüsü böyük olan hər meyvə də hormonlu deyil. Hormonlu məhsullar çox böyük ola bilər, amma bu məhsulların formasında problemlər olur. Aradakı fərqin yaxşı başa düşülməsi vacibdir. Hormonlu qida həm də piylənməyə səbəb olur. Xüsusilə inkişaf çağındakı uşaqlar üçün hormonlu qidalar çox təhlükəlidir. Yuxusuzluq, yorğunluq, baş ağrısı, eqzema, yaddaşın itməsi və diqqət əskikliyi, depressiya, immunitet sistemində zəiflik, otoimmun xəstəliklər, yüksək təzyiq, ürək-damar xəstəlikləri, öd daşları və xərçəng xəstəliklərinə səbəb ola bilər.

Müasir dövrdə insanlar təbii qidaların dadını və qoxusunu unudub desək, yanılmarıq. Artıq çoxumuz hansı meyvə-tərəvəzin hansı mövsümdə yetişdiyini belə bilmirik. Çünki marketlərin rəflərində artıq hər mövsümdə hər cür qidanı tapmaq mümkündür. Ancaq bir çoxu hormonlu olan bu qidalar əslində sağlamlığı ciddi şəkildə təhdid edir.

Sağlamlığınızın qeydinə qalın.

mənbə: publika.az


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 1633   Tarix: 16 avqust 2010  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

İsmayıllı meşələrində bitən pəl bitkisi: Həm faydalıdır, həm də ucuz - VİDEO

İsmayıllı rayonunda müalicəvi əhəmiyyəti olan bir sıra bitkilər bitir. Onlardan biri də insan sağlamlığı üçün əhəmiyyətli olan pəl bitkisidir. Baharda bitən pəl insanlar arasında geniş istifadə olunmaqdadır. Həmçinin, onun qiymətinin də ucuz olduğu bildirilir. Daha ətraflı APA TV-nin materialında:

27.04.2024 253
.

Bakıda ilanların sayı artıb? - AÇIQLAMA

Son günlər sosial şəbəkələrdə ilanların çoxalması iddiası ilə bağlı videolara rast gəlinir. Sosial şəbəkədə paylaşılan və paytaxtda çəkilən videoların birində avtomobilin yan şüşəsindən ilanın sallandığı görünür. Videonu lentə alan şəxs avtomobillə Zirədən Yasamala gəldiyini və mənzil başına çatand

27.04.2024 305
.

Polşalı morja yaxınlaşdı, 1100 dollarından oldu

Polşadan olan turist Norveçin Şpitsbergen arxipelaqında morja çox yaxınlaşdığı üçün cərimələnib. O, buz örtüyünün üzərinə düşərək heyvana yaxınlaşıb. Turist yerli hakimiyyət orqanları tərəfindən "buz örtüyü üzərində uzanmış morjun narahatlığına səbəb olmaqda" ittiham edilib. Arxipelaqda qüvvəd

28.04.2024 211
.

Bakıda ailə ilə şam yeməyi 200 manata başa gəlir: Qiymətlər niyə yüksəkdir?

Türkiyədə kafe və restoranlarda menyu qiymətlərinin yüksək olması böyük etirazlara səbəb olub. Ötən həftədən etibarən bu ölkədə yeməyin təxminən 2-3 dəfə bahalaşmasına etiraz edən vətəndaşlar sosial şəbəkələrdə evdən kənarda yeməyi kütləvi şəkildə boykot edən çağırışlar edirlər. Etirazçılar bildirirlə

27.04.2024 266
.

İkinci evliliklərin daha xoşbəxt olmasının səbəbləri - Psixoloq izah edir

İlk nikahların yarıdan az hissəsi - 45%-i boşanma ilə nəticələnir, lakin təkrar nikahların yalnız 31%-i uğursuz olur. BİG.AZ -a istinadən xəbər verir ki, xəbər verir ki, bunu "The Marriage Foundation"ın məlumatları sübut edir. Psixoloq Ceymi Simkins Rocers "Your Tango"ya niyə ikinc

21.04.2024 505
.

Məşhur rejissor Baydenin seçki kampaniyasına qatılıb

Rejissor Stiven Spilberq ABŞ-nin hazırkı Prezidenti Co Baydenin seçki qərargahı ilə avqustda keçirilməsi planlaşdırılan Demokratik Milli Konvensiyanın strategiyasını hazırlamaq üçün əməkdaşlıq edir. Uzun müddət Bayden tərəfdarı olan Spilberq artıq konvensiyanın təşkilatçıları ilə görüşlərdə fəal iştira

28.04.2024 161
.

Alla Puqaçovanın qəsri xarici agentlər üçün həbsxana olacaq?

Alla Puqaçovanın qəsrini aldığını iddia edən rusiyalı Stas Bareski burada xarici agentlər siyahısına daxil edilən sənət adamları, artistlər üçün özəl həbsxana açmaq qərarına gəlib. O, bu planları barədə -ya müsahibəsində deyib. "Mən qəsrdə meyitxana (morq) ideyasından əl çəkməmişəm. Sadəcə istərdi

27.04.2024 332
.

ABŞ alimlərindən ŞOK: "İnsan öləndən sonra ruh yaşamağa davam edir"

ABŞ-nin Arizona Universitetindən bir qrup alim britaniyalı həmkarları ilə birlikdə insan ölümündən sonra "yaşamağa" davam edən ruhun mövcudluğunu eksperimental olaraq təsdiqləyiblər. Doktor Stüart Hameroff və fizik Rocer Penrouz şüurun insan beyninin hüceyrələrindəki "mikroborucuqlardan"

21.04.2024 420
.

"Toyota Prius"ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək? - VİDEO

"Toyota Prius"ların qiymətində az qala hər həftə ucuzlaşma müşahidə olunur. Son zamanlar əsasən taksidə istifadə edilən, yaşı 15-dən yuxarı olan "Prius"ları kütləvi satışa çıxarırlar. Bunun əsas səbəbi yeni qaydalara görə, iyulun 1-dən yaşı 15-dən yuxarı olan avtomobillərin taks

21.04.2024 319