Günəbaxan toxumunun fəsadları

Günəbaxan toxumunun fəsadlarıBu yazıda günəbaxan toxumunun zərərli tərəflərindən yazılır. Amma bu o demək deyil ki, bu toxum tam zərərlidir. Günəbaxan toxumunun faydalı cəhətləri daha çoxdur. Amma qədərində və qaydasında istifadə edildikdə!

* * *

Onu Şimali Amerikadan Hollandiyaya, ordan Rusiyaya, daha sonra Azərbaycana gətirdilər və … Günəbaxanın vətəni Azərbaycan deyil. Amma ona sevgimizdə başqalarından xeyli irəli getmişik. Necə deyərlər, onsuz bir günümüz olmasın, necə ki, yoxdur. Televizoru açırsan tum reklamı, radionu, qəzeti açırsan tum reklamı. Hara getsən, baş götürüb hansısa bir məkana qaçmaq istəsən, ən azından tum çırtlama üzrə əyalət və Bakı çempionlarının duelinə rast gələcəksən!

Dilxor olub, əsəbləşib əllərini cibinə salsan… yenə tum!

… Süpürgəçilərin düşməni!
Doğrudan da bu gün müxtəlif yaş təbəqələrinə məxsus insanların ayrı-ayrı məkanlarda, xüsusən də paytaxtın əhali gur olan və gediş-gəliş yerləri olan ərazilərində tum çırtlaması dəb halını alıb. Apardığımız müşahidələr zamanı küçələrdə, ictimai obyektlərin ərazilərində, avtodayanacaqlarda, istirahət mərkəzlərində, parklarda, bağlarda və digər yerlərdə saysız-hesabsız tum çırtlayanlarla rastlaşdıq. Metrostansiya və dəmir yolu qatarlarında, avtobus və mikroavtobuslarda da belələrini tez-tez görürük. Axşam radələrində Bakı Dəmir Yolu Vağzalının perronları boyunca yerləşən ərazidə, eləcə də Bakı Beynəlxalq və Şəhərlərarası Avtovağzalda sərnişinlər və onları yola salanlar arasında da belələri çoxluq təşkil edir. Avtovağzalda həmsöhbətimiz olan süpürgəçilər dedilər ki, sutka ərzində qrafik üzrə obyekti üç dəfə təmizləməli olduqları halda, tum qabıqlarıyla bağlı çirklənmiş ərazini 6-7 dəfə təmizləməyə məcbur olurlar.

Obyektdə tum çırtlayanlardan bir neçəsiylə söhbətləşdik. Həmin qidaya bu qədər meyl göstərmələrinin səbəbləriylə maraqlananda onların məsələyə münasibəti belə oldu: "Son dövrlərdə tıxacların ucbatından əksər sərnişinlər avtovağzala avtobusların getmə vaxtından bir neçə saat əvvəl gəlməli olurlar. Həmin müddətdə başqa işlə məşğul ola bilmirlər. Ona görə də vaxtı "öldürmək" üçün burdakılardan bəziləri ya tez-tez siqaret çəkir, ya da tum çırtlayır".

"Azyaşlı uşaqlar üçün təhlükəlidir"

Məsələylə bağlı Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynova müraciət etdik. Məlum məsələni ürəkağrısıyla qarşıladığını deyən müsahibimiz bunu qlobal problem adlandırdı: "Təsəvvürünüzə gətirin ki, dünyanın çox az ölkəsində Azərbaycandakı qədər tum satılır. Hətta azərbaycanlıları dünyanın ən çox tum çırtlayan xalqları sırasında öncüllərdən də saymaq olar. Amma tumlar çırtlanan zaman daha çox azyaşlı uşaqlarda kor-bağırsaq xəstəlikləri, cürbəcür mikrobyayıcı mərəzlər artır. Bəla burasındadır ki, öz sağlamlıqlarının qeydinə qalmayanlar tum qabıqlarını hara gəldi atırlar, əraziləri çirkləndirməkdən çəkinmirlər. Tumu MDB-nin digər ölkələrində də çırtlayırlar, amma bizdəki kimi yox. Bu yaxınlarda Kiyev şəhərində olanda orada tum çırtlayanlarla rastlaşdıq. Amma onlar bizimkilərdən fərqli olaraq, tum qabıqlarını yerə tökmür, onları torbalara yığır və zibil qutularına atırdılar."

E.Hüseynov söhbətimizin sonunda təklif etdi ki, Səhiyyə Nazirliyi gigiyena-epidemiologiya orqanlarıyla birgə təlimlər keçirsin və bu cür təhlükəli tumların satışına müəyyən qədər məhdudiyyət qoyulsun ki, məlum xəstəliklərin kökü qismən də olsa kəsilsin.

Bakı şəhər Gigiyena və Epidemiologiya Mərkəzinin Qidalanma Gigiyenası Şöbəsinin müdiri İmran Abdullayev çirklənməylə bağlı deyilənlərlə razılaşsa da, qablaşdırılmış və emal olunmuş tumların xəstəlik yaratmasını təkzib etdi: "Müəyyən şəxslər onları qovurub satırlar. Qovrulma zamanı xarab olmuş, qurumuş və içərisi boşalmış tumlar insanın sağlamlığına problem yarada bilər. Ona görə də əhali arasında sanitar-gigiyenik maarrifləndirmə aparmaq lazımdır ki, diqqətil olsunlar".

Şimali Amerikadan Hollandiyaya, ordan Rusiya və Azərbaycana

Azərbaycanda günəbaxan tarlalarının sayı çoxalsa da, onlar ölkənin günü-gündən artan tələbatını ödəmək gücündə deyil. Bu tələbatı qarşılamaq üçün ölkəyə xaricdə emal olunmuş tumlar da gətirilir. Bu sırada Türkiyə və Rusiya istehsalı olan günəbaxanlar daha çoxdur.

Qeyd edək ki, Vətəni Şimali Amerika olan günəbaxanlar Rusiyaya 18-ci əsrdə Hollandiyadan gətirilib. Hələ keçmiş SSRİ dövründən Azərbaycanda yağlı günəbaxan becərilirdi. Onun tərkibində 27-57 faiz yağ olan toxumlarından günəbaxan yağı alınır. Bu yağ növü mühüm qida məhsuludur.

Hidrogenləşdirmə yoluyla ondan marqarin və kulinariya yağları hazırlanır, konserv, sabun və lak-boya sənayelərində istifadə olunur. Müxtəlif məlhəm növləri hazırlandıqda da günəbaxan yağlarından istifadə edilir. Həm də bu bitkilərin yarpaqlarından və tükcüklərlə örtülü gövdəsindən hazırlanan siloslar mal-qaranın kökəldilməsi üçün çox əlverişli sayılır. Bununla belə onların toxumlarından, yəni tumlarından qida məhsulu kimi istifadə məsləhət görülmür. Mütəxəssislərin fikrincə, onlardan qidalanma nəticəsində sklerotinioz, boz çürümə, kəhrə və digər xəstəliklər yayılır. Həmçinin boğazda artıq ət və ya zob olan xəstələr üçün tum çırtlamaq qəti qadağandır. Azyaşlı uşaqların da tumlarla qidalanması onların müəyyən mərəzlərə tutulmasına gətirib çıxara bilər.

mənbə: aznews.az


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 4212   Tarix: 09 iyun 2013  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Bu üçəmlər "TikTok"da səs salıb, amma oğlanlar... - FOTO-VİDEO

İngiltərənin Qreyvzend şəhərindən olan 18 yaşlı Şerena, Keyli və Eliza Terri üçəmləri aktiv "TikTok" istifadəçiləridirlər. BİG.AZ xəbər verir ki, onlar barədə "Daily Mirror" yazır. Qızlar əks cinslə münsibətlərindən danışarkən bildiriblər ki, oğlanlar çox vaxt bacıların gözəlliyin

16.09.2021 3201
.

Aygün Kazımovanı arxada qoydu, 31 yaşında Amerikada güllələndi – Azərbaycanlı müğənninin faciəvi həyatı

Sevil Maqsud qızı Hacıyeva 3 oktyabr 1968-ci ildə Bakı şəhərində anadan olub. Gənc yaşlarından etibarən musiqi fəaliyyətinə başlayan Sevilin qısa zaman ərzində istedadı kəşf edilir və müxtəlif musiqi tədbirlərində çıxış etməyə başlayır. Azərbaycan Dövlət Konservatoriyasının fortepiano şöbəsində təhsi

12.09.2021 3724
.

Körpüyə görün hansı ad verildi - FOTOLAR

ABŞ-ın Oreqon ştatının Portland şəhərində piyada körpülərindən birinə "Simpsonlar" ("The Simpsons") cizgi filminin personajının adı verilib. xəbər verir ki, bu barədə yazır. Belə ki, həmin körpü "Simpsonlar" cizgi filmindəki Ned Flanders personajının şərəfnə adlandırılıb

15.09.2021 1164
.

Bu köpəkbalığı donuza oxşayır - FOTO

İtaliyanın Elba adasında üzdən donuza bənzəyən qeyri-adi köpəkbalığı tutulub. BİG.AZ xəbər verir ki, bu barədə "Daily Mirror" yazır. "Donuz-kopəkbalığı" kimi tanınan və nəsli kəsilmək üzrə olan bu balıq Qımızı Kitaba salınıb. Yerli okeanariumun əməkdaşı Yuri Tibertonun sözlərinə görə

10.09.2021 1424
.

Doaqlarınızın quruluğundan bezmisiniz? - ÇARƏ BURADA

MƏHSUL HAQQINDA. Faydaları:. - Dodaqların həcmini artırır, kontur xətlərini ortaya çıxarir. - Dodaqlardakı qırışıqlari azaldır. - Zədələnmiş, çatlamış dodaq toxumasını bərpa edir. - Dodaqları nəmləndirir və onlara yumuşaqliq bəxş edir. - Günəş şualarina qarşı qoruma təmin edən dodaq baxım məhsuludur

14.09.2021 364
.

Rusiyada məktəb dərsliyində porno sayta istinad tapılıb – FOTO

Rusiyada orta məktəb dərsliyində porno saytına aparan istinad tapılıb. -a istinadən xəbər verir ki, yayılan məlumatlara görə, neqativ hal altıncı sinif ingilis dili üzrə test tapşırıqları toplusunda üzə çıxarılıb. Həmçinin, eyni səhifədə porno aktrisasının vizit kartı da əks olunub. Müvafiq qurumları

14.09.2021 2022
.

Cəmi 2 kilo kökəldiyi üçün işini itirdi - FOTOLAR

"Emirates Airline" şirkətində 3 ilə yaxın stüardessa işləyən Duyqu Karaman cəmi 2 kilo kökəldiyi üçün işdən çıxmalı olub. BİG.AZ xəbər verir ki, bu barədə "Mirror" yazır. Belə ki, iş yoldaşlarından biri onun çox "iri" olduğunu bildirərək rəhbərliyə şikayət edib. Şikayətdə

11.09.2021 2925
.

Evlənməzdən əvvəl özünüzdən bunları soruşun – 12 SUAL

Evlənirsiniz, yaxud gələcəkdə ailə qurmağı planlaşdırırsınız? Belə vacib qərar verməzdən əvvəl özünüzdən soruşmalı olduğunuz suallara cavab vermisinizmi? Uzun sürən bu macəraya başlamazdan əvvəl nələrə diqqət etməlisiniz?. -a istinadən sizə evlənmədən öncə özünüzdən soruşmalı olduğunuz 12 sualı təqdi

15.09.2021 1571
.

Dünyanın ən nüfuzlu insanları açıqlandı

ABŞ-ın "Time" jurnalı 2021-ci ildə dünyanın ən nüfuzlu insanlarının siyahısını açıqlayıb. -a istinadən xəbər verir ki, 100 nəfərdən ibarət siyahı "Liderlər", "İxtiraçılar", "İncəsənət xadimləri", "Yenilikçilər" kimi bir neçə bölməyə ayrılıb. Siyasətçilə

16.09.2021 877