Qızıl qiymətdən düşür (Video)

Qızıl qiymətdən düşür (Video)Bu qiymətli metal ötən 20 həftə ərzində 27 faiz ucuzlaşıb.Dünya bazarında qızılın ucuzlaşması davam edir. Ötən həftə ərzində qızılın qiyməti 5,9% ucuzlaşaraq 1 unsiya üçün 1 387 ABŞ dolları həddinə düşüb. Ekspertlər bu tendensiyanı qızılın ən uzun sürən ucuzlaşma prosesi hesab edir. Belə ki, 2011-ci ilin sentyabrında qızılın bir unsiya üçün qiyməti tarixində ən yüksək həddə çataraq 1903 dollar olduqdan sonra ucuzlaşma başlayıb. Nəticədə ötən 20 ay ərzində qızıl 27% ucuzlaşıb.

Ekspertlər qızılın qiymətinin ucuzlaşmasını bir neçə amillə əlaqələndirirlər. İlkin səbəblərdən biri qlobal iqtisadi böhran nəticəsində baş verən durğunluqdur. Bundan başqa böhrandan zərər çəkən mərkəzi bankların qızıl alışına marağının azalması da dünyada qızılın qiymətinin ucuzlaşmasına gətirib çıxarır. Bütün bunlar investorları da əvvəllər ən etibarlı yatırım hesab etdikləri qızıl külçələri və sikkələrindən uzaqlaşdırıb. Qızılın qiymətinin ucuzlaşmasına təsir edən digər amil isə bu qiymətli metala zinyət əşyası kimi marağın azalmasıdır. Bütün bunlar ilin əvvəlindən başlayaraq 4 ay ərzində qızılın qiymətinin 17% ucuzlaşması ilə nəticələnib. Hazırda isə dünya bazarında inflyasiya minimuma enib, səhmlərin qiymətləri isə artmağa başlayıb və dollar güclənir. Bütün bunlar isə qızılın investisiya baxımından cəlbediciliyini azaldır.

Bununla yanaşı, hazırda Çin və Hindistanda qızıl külçələrə və sikkələrə tələbatın artması müşahidə olunur. Amma bu tələbatın artımı bazardakı təklifi üstələmir. Belə ki, qızılı satanlar onu almaq istəyənlərdən daha çoxdur. Azərbaycan da qızıl almaq istəyənlər sırasındadır. Bəs dünya bazarında ucuzlaşma tendensiyası ilə gedən bu proses Azərbaycanda hansı risklər yarada bilər? 2011-ci ildən başlayaraq Mərkəzi Bank və Dövlət Neft Fondunun aldığı qızılın miqdarı 18 tona çatıb. Bu isə daxili valyutanın 2% qədərini təşkil edir.

Artıq qızıl öz etibarlı yatırım kimi mövqeyini itirib. Amma qızıl ehtiyatı İnkişaf etmiş Avropa dövlətlərinin və Birləşmiş Ştatların ümumi valyuta ehtiyatlarının 60-70%-ni təşkil edir. Odur ki, onsuz da avro və dolların öz dəyərini itirməsindən əziyyət çəkən ölkələrin iqtisadiyyatına qızılın ucuzlaşmasının daha da mənfi təsir edəcəyi proqnozlaşdırılır.

mənbə: anspress.com


BiG.Az Telegramda izləyin instagramda izləyin
Video   Baxılıb: 5019   Tarix: 25 may 2013  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Bakı Media Mərkəzindən Azərbaycan polisinə dəstək - VİDEO

Dünya üzrə koronavirusa (COVID-19) yoluxma halının sürətlə artması və problemin aktullağını nəzərə alaraq, Bakı Media Mərkəzi sosial məsuliyyəti çərçivəsində yeni videoçarx hazırlayıb. Videoçarxda hüquq mühafizə orqanlarının, xüsusilə polis əməkdaşlarının ictimai asayişin təmin olunması istiqamətind

13.04.2020 1390
.

Ronaldo 8 milyona yeni avtomobil aldı

Portuqaliya millisinin və İtaliya "Yuventus"unun futbolçusu Kriştiano Ronaldo özünə yeni avtomobil alıb. Unikal.org xəbər verir ki, A seriyasının çempionu adını qazandıqdan sonra hücumçu özünə yeni nəqliyyat vasitəsi almağı lazım bilib. Portuqaliyalı "Buqatti Sentodieçi" üçün 8 milyo

31.07.2020 2740