Canlı yayımda silahlı hücum (Foto,Video)

Kann finofestivalının münsiflərinin qatıldığı proqram yarımçıq kəsilib

Fransada keçirilən 66-cı Kann beynəlxalq kino festivalında dəhşət anları yaşanıb. "Canal +" fransız kanalında canlı yayımını silah səsləri kəsib. Festivalın müsiflər heytətinin üzvləri - aktyorlar Kristof Valtz və Daniel Auteuilnin qonaq olduğu proqrama hücum olub.

Hadisə yerli saatla 20.07-də baş verib. Çəkiliş meydançasına yaxınlaşan bir həfər əlindəki silahla hvaya iki dəfə atəş açıb. Təşvişə düşən qonaqlar və izləyicilər bir anda qaçışmağa başlayıblar. Şəxsiyyəti bilinməyən basqınçı tamaşaçılara qışqıraraq "yerinizdə olsam burada dayanmazdım" deyib. Canlı yayım hücumla bağlı olaraq yarımçıq kəsilib.

Dərhal hadisə yerinə gələn polislər ruhi xəstə olduğu güman edilən kişini yaxalaya biliblər. 42 yaşlı şəxsin üzərində silahdan əlavə bir ədəd saxta əl bombası və bıçaq da aşkarlanıb.

Onun atəş açdığı silahın isə filmlərdə istifadə edilən, gerçəyə çox bənzəyən, lakin ölümə səbəb olmayan tapanca olduğu bəlli olub. Polisin sorğusunda isə o "Bunu Tanrı adına edirəm" deyə bağırıb.

Hücumcu yaxalandıqdan sonra proqram gecikmə ilə yenidən başlayıb.

Bu hadisədən sonra beynəlxalq festivalda mühafizəçilərin sayı artırılıb.

Fransanın daxili işlər naziri Manuel Valls baş verən hadisə barədə jurnalistlərə açıqlama verib.

mənbə: anspress.com

Canlı yayımda silahlı hücum (Foto,Video)Canlı yayımda silahlı hücum (Foto,Video)Canlı yayımda silahlı hücum (Foto,Video)Canlı yayımda silahlı hücum (Foto,Video)


BiG.Az Telegramda izləyin instagramda izləyin
Video   Baxılıb: 2101   Tarix: 18 may 2013  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Ronaldo 8 milyona yeni avtomobil aldı

Portuqaliya millisinin və İtaliya "Yuventus"unun futbolçusu Kriştiano Ronaldo özünə yeni avtomobil alıb. Unikal.org xəbər verir ki, A seriyasının çempionu adını qazandıqdan sonra hücumçu özünə yeni nəqliyyat vasitəsi almağı lazım bilib. Portuqaliyalı "Buqatti Sentodieçi" üçün 8 milyo

31.07.2020 2740
.

Bakı Media Mərkəzindən Azərbaycan polisinə dəstək - VİDEO

Dünya üzrə koronavirusa (COVID-19) yoluxma halının sürətlə artması və problemin aktullağını nəzərə alaraq, Bakı Media Mərkəzi sosial məsuliyyəti çərçivəsində yeni videoçarx hazırlayıb. Videoçarxda hüquq mühafizə orqanlarının, xüsusilə polis əməkdaşlarının ictimai asayişin təmin olunması istiqamətind

13.04.2020 1390