Buraxılış imtahanları ləğv ediləcək?

Buraxılış imtahanları ləğv ediləcək?"Orta məktəbi bitirən hər kəsə attestat veriləcək". Yeni təhsil naziri Mikayıl Cabbarovun jurnalistlərin qarşısına ilk çıxışında səsləndirdiyi bu fikirlər birmənalı qarşılanmadı. Nazir bu fikirləri 2009-2010-ci tədris ilində 11-ci sinif məzunlarının 22 faizi, 2010-2011-ci tədris ilində 24 faizi, 2011-2012 tədris ilində isə 10,5 faizi attestat almaması ilə əsaslandırıb.
Onun sözlərinə görə, şagirdlərin attestat almaması yerlərdə sui-istifadə hallarının artmasına səbəb olur. "Təhsil haqqında" qanuna əsasən, attestatın verilməsi məsələsi yekun qiymətləndirmənin "qeyri-kafi" nəticələrilə bağlı olmadığını göstərir.Publika.Az-ın "Gələcəyimizi necə xilas edək?" layihəsində bu dəfə yeni nazirin yeni təklifinin reallaşmasının mümkünlüyünü araşdıracağıq.

2009-cu ildən Azərbaycanda buraxılış imtahanları mərkəzləşmiş qaydada keçirilir. İldən-ilə attestat ala bilməyən şagirdlərin faizi azalsa da, almayanların sayı da yetərincədir. Hətta attestat almayanların sayını azaltmaq üçün ötən il mərkəzləşmiş imtahanlarda fənlərin sayını 8-dən 2-yə endirdilər. Amma nəticə onu göstərir ki, şagirdlər ana dili və riyaziyyatdan belə bəsit suallara cavab verə bilmirlər. 11 oxuduqları fəndən sadə suallara cavab verə bilməyən şagirdə attestat vermək onun ali məktəbə daxil olmaq hüququnun pozulmasıdırmı?

Maraqlıdır "2" alan da, "5" alan kimi attestat alacaqsa, o zaman imtahan nə üçündür?

Bundan başqa nazirin attestatın verilməsi məsələsi yekun qiymətləndirmənin "qeyri-kafi" nəticələri ilə bağlı olmadığını desə də, qanun da bunun əksi göstərilib."Təhsil haqqında" qanunun 19-cu maddəsinin 20-21-ci bəndlərində göstərilir ki, tam оrta təhsil ümumi təhsilin sonuncu səviyyəsini təşkil edir və bu səviyyədə təhsil alanların biliyinin qiymətləndirilməsinin yekun dövlət attestasiyası həyata keçirilir. Attestasiyanın nəticələrinə görə məzunlara müvafiq qaydada dövlət nümunəli sənəd – attestat verilir.
Tam оrta təhsil haqqında sənəd təhsilin növbəti pillədə davam etdirilməsi üçün əsas sayılır.

Artıq ötən ildən orta məktəblərin buraxılış imtahanlarını keçirən TQDK-nın sədri Məleykə Abbaszadə də bu fikirlərin sadəcə təklif olduğunu bildirib: "Hələlik attestatlar məzunlara mövcud qanunvericiliyə uyğun olaraq veriləcək. Çünki ölkədə bununla bağlı mövcud qanunvericilik qüvvədədir. Bu, bir təklifdir. Hələ ki, mövcud qanunvericilikdə olan qaydadan istifadə edəcəyik. Müəyyən qaydada bu təklif müzakirə edilib, qərar qəbul edildikdən sonra biz də onu yerinə yetirəcəyik".

"Qeyri-standart qərar"

Təhsil eksperti Şahlar Əsgərovun sözlərinə görə, nazirin bu sözləri qeyri-standart olsa da, lazımlıdır: "Bu məktəblərdə olan neqativ halların azalmasına kömək edəcək. Xüsusən də, attestat almaq üçün valideynlərdən rüşvət almaq problemini aradan qaldıracaq.

Bundan başqa riyaziyyatdan qeyri-kafi qiymət alan şagird kitabxanaçılıq, tarix fakültələrində təhsil ala biləcək. Qeyri-kafi qiymət alan şagirdlərə orta məktəbi bitirdiyinə görə, kağız verilməsi əlavə büroktarik əngəl yarada bilər. Bu, həmçinin neqativ halları artması ilə nəticələnər".

Azad Müəllimlər Birliyinin sədri Məlahət Mürşüdlünün sözlərinə görə, bir fəndən 2 aldığına görə, şagirdin attestatdan məhrum edilməsi düzgün yanaşma deyil. Ona görə də, nazirin bu qərarını müsbət yanaşma hesab etmək olar:"Artıq bir sıra Avropa ölkələrində də qeyri-kafi qiymət alanlara attestat verilməsi ənənəsi var. Azərbaycan təhsil sisteminin qarşısında əsas vəzifə vətəndaş yetişdirməkdir. Əlbəttə, müəyyən biliyə malik olmalısı da mühümdür. Bu gün ağır tədris proqramları ilə təhsil alan şagirdlərdən hər fənni yüksək mənimsəməsini tələb etmək düzgün deyil".

Ekspert onu da vurğuları ki, şagirdin 11 il öyrəndiyi fəndən 2 alması doğru deyil. Amma elə şagirdlər olur ki, nə qədər oxusa da fizika, kimyanı, yaxud dəqiq anlaya bilmir. Əlbəttə, qeyri-kafi qiymət yalnız bir fənnə aid edilməlidir. Onsuz da qeyri-kafi qiymətlə alınmış attestatların əksəriyyəti sandıqda qalacaq.Maraqlıdır, sandıqda qalacaq attestat nə üçün verilməlidir.

Şagirdlərdən nazirə dəstək

Şagirdlər də nazirin qərarın müsbət olduğunu düşünür. Keçirdiyimiz sorğuda iştirak edən şagirdlərin fikrinə görə, "2" alanlar bir yol tapıb, attestat alırlar. Bu məsələ əsasən, rüşvətlə həll edilir. Amma hamıya attestat verilsə, valideynlərin bu problemi aradan qalxacaq. Onsuz da "2" alan şagirdlər ali məktəbə çox zaman sənəd vermir, versə də, minimum bal toplaya bilmir.

"Şagirdlərin imtahana münasibətinə təsir edəcək"

Məsələyə münasibət bildirən 115 nömrəli məktəbin direktoru Tanrıverdi Orucovun sözlərinə görə, "2" alan şagirdlərə attestatın verilməsi, şagirdlərin imtahana münasibətinə təsir edəcək: "Bununla bağlı xüsusi qaydalar qəbul edilməlidir. Əks halda "2" alanla "5" alan arasında nə fərq olacaq? Bundan başqa attestat verilməsi barədə düşünmək lazımdır. Çünki attestat ali məktəbə sənəd vermək imkanı verir. Ona görə də, onlara elə sənəd verilməlidir ki, peşə məktəblərində oxuya bilsinlər".

Direktor onu da bildirdi ki, şagirdlərin ali məktəbə hazırlaşdıqları qrupda 2 aldığı fənn yoxdursa, attestat verilməsi mümkündür. Amma bir tərəfdən də düşünməliyik ki, orta məktəbi bitirən şagird heç olmasa minimal biliklərə malik olmalıdır.

19 nömrəli məktəbin direktoru Məhəmməd Qənbərovun sözlərinə görə,orta məktəbi bitirən hər kəs, keçdiyi fənlər barədə ən azı minimal biliklərə sahib olmalıdır. Amma şagird qəbul imtahanı verməyəcəyi fənndən "2" alarsa, ona attestat verilə bilər.

"Təhsildə, biliyin keyfiyyətinin qiymətləndirilməsində arayış verilməsi ən yaxşı sənəddir. Çünki arayış alan ali məktəbə sənəd verə bilməz. Bir neçə il bundan əvvəl 2 alan şagirdə attestat verilirdi. Sonra nədənsə, qərar ləğv edildi. Bundan başqa 2 alan şagird attestat almayanda digər sinif yoldaşlarından fərqlənirdi. Bu da onlara təsir edirdi. Amma indi bu problem aradan qalxacaq".

Milli Məclisin Elm və təhsil komissiyasının üzvü Musa Qasımlı isə qərarın qəbul olunması üçün ciddi müzakirəyə ehtiyac olduğunu bildirdi: "Nazir tərəfindən səsləndirilmiş fikirə şərh vermək doğru olmazdı. Hesab edirəm ki, bu məsələnin ciddi müzakirəyə ehtiyac var. Belə bir addım atılarsa, onun təhsil sistemi üçün nəticələri nə ola bilər?, Şagirdlər arasında münasibətlərə necə təsir edə bilər? Məktəb idarəçiliyində nələrə səbəb ola bilər?, Müəllimlərin dərsə münasibətinə necə təsir göstərə bilər? Və s. amillər ciddi şəkildə müzakirə edilməlidir".

Müəllim və ekspertlərin fikirləri fərqli olsa da, onların əksəriyyəti nazirin bu fikrini dəstəkləyir. Amma fikirdə yarımçıq məqamlar yetərincədir. İlk növbədə isə, millət vəkilinin sualları cavab tapmalıdır. Hazırkı durumda 2-ilə 5-ə fərq qoyulmaması, problemləri artıra bilər.

mənbə: publika.az


BiG.Az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 4570   Tarix: 17 may 2013  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Doğum evində skandal: 20 il sonra məlum oldu ki...

İspaniyada 20 il əvvəl iki qız uşağının səhv ailələrə verildiyi açıqlanıb. Rəsmi dairələrin məlumatına görə, hadisə Rioxa bölgəsində baş verib. Açıqlamaya görə, hadisə tibb işçilərinin diqqətsizliyi səbəbilə baş verib. Bildirilir ki, uşaqlar 5 saat fərqlə dünyaya gəlib. Onlar zəif olduğu üçün xüsus

12.09.2021 2121
.

Əfqan ulduz ölkədən qaçmasından danışdı: başımdan vur, amma...

Əfqanıstanda qadın hüquqlarını müdafiə etdiyi üçün və geyimləri ilə bağlı radikal şəxslərin qəzəbinə tuş gələn 36 yaşlı pop ulduz Aryana Səid "Taliban" hakimiyyəti ələ keçirdikdən sonra paytaxt Kabildən İstanbula necə qaçdığını danışıb. Müğənninin avqustun 15-də "Taliban" Kabilə daxi

12.09.2021 1875
.

Aygün Kazımovanı arxada qoydu, 31 yaşında Amerikada güllələndi – Azərbaycanlı müğənninin faciəvi həyatı

Sevil Maqsud qızı Hacıyeva 3 oktyabr 1968-ci ildə Bakı şəhərində anadan olub. Gənc yaşlarından etibarən musiqi fəaliyyətinə başlayan Sevilin qısa zaman ərzində istedadı kəşf edilir və müxtəlif musiqi tədbirlərində çıxış etməyə başlayır. Azərbaycan Dövlət Konservatoriyasının fortepiano şöbəsində təhsi

12.09.2021 3724
.

Körpüyə görün hansı ad verildi - FOTOLAR

ABŞ-ın Oreqon ştatının Portland şəhərində piyada körpülərindən birinə "Simpsonlar" ("The Simpsons") cizgi filminin personajının adı verilib. xəbər verir ki, bu barədə yazır. Belə ki, həmin körpü "Simpsonlar" cizgi filmindəki Ned Flanders personajının şərəfnə adlandırılıb

15.09.2021 1164
.

Yatağına ilan girən kişinin qorxu dolu anları - VİDEO

Hindistanda az qala faciə ilə nəticələnəcək hadisənin görüntüləri yayılıb. Kadrlar Racastanda, Bansvar məbədində qeydə alınıb. -a istinadən xəbər verir ki, videodan göründüyü kimi, kobra ilanı yerdə yatan insana tərəf sürünür. Sonra o, odeyalın altına girir. Bu vaxt kişi qəfil ayılaraq yerindən sıçrayır

10.09.2021 1704
.

"Atam anama deyirdi ki, mənə raxit övlad lazım deyil, at onu uşaqlar evinə" - 21 yaşlı "rezin qız"

Hal-hazırda 21 yaşım var, doğuşdan 5 yaşına kimi mən nə danışmışam, nə də yerimişəm. Allah bu rezinliyi oyuncağım olaraq vermişdi mənə. Anormal olsam da, əyilib-büzülürdüm, ayağımı başıma, başımı ayağıma qoymasaydım qala bilmirdim, çox sıxılırdım". Bunu -a anadangəlmə qeyri-adi istedada malik, "rezi

12.09.2021 5476
.

İnsanın ömrünü 50 il uzatmaq mümkün olacaq? - Yapon təcrübələri əsasında YENİ TEXNOLOGİYA

Dünyanın ən varlı adamı, Amazon -un qurucusu "Jeff Bezos", ölümsüzlüyə qədər qocalma ilə mübarizə texnologiyaları yaradan "Altos Labs" startapının sərmayəçisi olub. Bu barədə "MIT Tech Review" məlumat yayıb. Şirkət yaşlanma prosesini öyrənir və qocalmanı məğlub etmək üçü

11.09.2021 2356
.

Üz dərisini ağardan unikal vasitə

Təbii inqredientlərdən və vitaminlərdən ibarət effektiv Biocosu ağardıcı krem. Serum ilə birlikdə!. Həyatın müxtəlif mərhələlərində dəridə az və ya çox intensivlikdə piqmentasiya əmələ gələ bilər. Bu, irsiyyət, yaş, hamiləlik, aşılayıcı dərman və ya gözəllik salonlarında icra edilən bəzi müalicələr səbəbində

13.09.2021 741
.

Anasının meyitini mumyalayıb bir il zirzəmidə saxladı və 100 MİN MANAT pensiya aldı

Avstriyanın Tirol ərazisinin 66 yaşlı sakini bir ildən çox 89 yaşlı anasının mumyalanmış meyitini zirzəmidə saxlayaraq, pensiyasını alıb. BİG.AZ xəbər verir ki, bu barədə "BBC News" yazır. Polisin məlumatına görə, demensiya xəstəsi olan qadın 2020-ci ilin iyun ayında qocalıqdan vəfat edib

13.09.2021 2571
.

TOP MP3