Telefonuvuz suya düşsə nə etməlisiniz?

Telefonuvuz suya düşsə nə etməlisiniz?Hal hazırda 5-6 yaşlı uşaqdan tutun, ağsaqqal ağbirçəklərə qədər hamının əlində telefon var. iPhone, Blackberry kimi bahalı telefonların da dəbdə olduğu cəmiyyətin tərkibində yaşadığımızı da nəzərə alsaq, hər halda heç kim telefonunu bir anda suyun içinə salıb, xarab olması ilə razılaşıb sakit sakit telefonundan əl çəkməz. Hər bir telefon suya düşəndə xarab ola bilər, amma onu da deyim ki hər bir suya düşən telefonu xilas etmək də sizin əlinizdədi. Sadəcə növbəti səhifədə yazılanları etməlisiniz:

Həmin dəqiqə telefonun batereyasını çıxarın! Qurutmağa başlamamışdan əvvəl bunu edin və qətiyyən ən az 2-3 gün telefonu yandırıb işləyirmi deyə yoxlamağa çalışmayın!!!
Əgər telefonunuzun batereyası çıxmırsa (iPhone – iPadlərdə olduğu kimi), o zaman telefonunuzu söndürün, çünki telefonu suya düşəndə xarab edən içindəki suyun miqdarı deyil, baş verən qısa qapanmalardı. Telefon sönük olsa qısa qapanma da olmaz
Telefonu sondürdünüzsə, vəya telefonunuz aldığı zədə səbəbiylə sönmürsə, yandırıb söndürmək düyməsi işləmirsə (məndə məsələn belə olmuşdu, yaxşı ki bu yazılanları etdim, indi təptəzə iPhone kimi işlədirəm), o zaman artıq telefonu qurulamağa başlaya bilərsiniz. Çalışın elə şeylə qurulayın ki həm suyu tez canına çəkə bilsin, həm də telefonu cızmasın.
Daha sonra, telefonu bacardığınız qədər parçalara ayırıb (qapağını, sim kartını, yaddaş kartını, batereyasını və s. çıxarıb) toz soranla içini qurulayın. Saç qurudan fen də istifadə etmək olar, amma sadəcə soyuq temperaturda!!! Fen isti hava verirsə istifadə etməyin, telefonun çiplərinə çox böyük zərər verə bilərsiniz.
Daha sonra böyük bir qabın içinə düyü doldurun (pişməmiş, bərk düyü) və telefonu düyünün içinə basdırın. Düyü telefonun içindəki suyu 2-3 günə öz canına çəkəcək. 2-3 gün telefon düyünün içində qalsın.
3 gün keçəndən sonra telefonu düyünün içindən çıxarıb üfləyib təmizləyin, içində düyü qalıb qalmadığına fikir verin, daha sonra telefonu yandırın. Çox güman ki üstdəki mərhələləri düzgün və cəld yerinə yetirmisinizsə, telefon işləyəcək
Əgər telefonun səsi çıxmırsa (iPhonlarda olur bu hadisə daha çox), və ya bəzi kiçik fiziki detallar tam işləmirsə, ən az 2 həftə düzəlməyini gözləyin. Şəxsən mənim iPhonumun səsi 10cu günündə düzəlmişdi.
Yuxarıdakı göstərişləri yerinə yetirsəniz, ümid edirik ki, telefonunuza heçnə olmaz. Son olaraq təbii ki telefonunuzdan bu başdan muğayat olmağınızı, cibinizdən çıxararkən telefondan bərk yapışmağınızı və əlbəttə suya salmamağınızı təmənna edirik.

mənbə: ann.az


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 2750   Tarix: 17 may 2013  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Qızıldan hazırlanan unitaz iki ildir tapılmır - FOTO

İngiltərənin Blenheim sarayından iki il əvvəl oğurlanan qızıldan hazırlanan unitaz hələ də tapılmayıb. -a istinadən xəbər verir ki, 2019-cu il sentyabrın 14-də sarayda sənət sərgisinin keçirildiyi vaxt oğurlanan qızıl unitazın dəyəri 1 milyon funt sterlinqdir (2 300 00 manatdan çox). Xatırladaq ki, unitaz

16.09.2021 3329
.

Rusiyada məktəb dərsliyində porno sayta istinad tapılıb – FOTO

Rusiyada orta məktəb dərsliyində porno saytına aparan istinad tapılıb. -a istinadən xəbər verir ki, yayılan məlumatlara görə, neqativ hal altıncı sinif ingilis dili üzrə test tapşırıqları toplusunda üzə çıxarılıb. Həmçinin, eyni səhifədə porno aktrisasının vizit kartı da əks olunub. Müvafiq qurumları

14.09.2021 2022
.

56 yaşında moda dünyasını silkələyən qadın kimdir? - FOTO

Markaların reklam kampaniyalarında baxanda elə təəssürat yaranır ki, yaşlı qadınlar bazardan kənarlaşdırılıb və bu dünyada onlara yer yoxdur. Uzun illər həqiqətən belə idi, dəb dünyasında yaş kriteriyaları və gənclik kultu hökm sürürdü. Sosial şəbəkələrin yaranması ilə xoşbəxtlikdən standartlar dəyişməy

15.09.2021 2086
.

Cənazə mərasiminə açıq geyimdə getdi - Cəsədə yaxınlaşıb... / FOTO

Sosial mediada yayılan görüntülər müzakirələrə yol açıb. Reddit portalında paylaşılan məlumata görə, qız babasının cənazə mərasiminə açıq geyimdə qatılıb. Qohumların etirazlarına baxmayaraq, qız paltarını dəyişməyib. O cəsədə yaxınlaşıb və bildirib ki, babası sağ olub onu bu göyümdə görsəydi etiraz etməzdi

12.09.2021 2549
.

Doğum evində skandal: 20 il sonra məlum oldu ki...

İspaniyada 20 il əvvəl iki qız uşağının səhv ailələrə verildiyi açıqlanıb. Rəsmi dairələrin məlumatına görə, hadisə Rioxa bölgəsində baş verib. Açıqlamaya görə, hadisə tibb işçilərinin diqqətsizliyi səbəbilə baş verib. Bildirilir ki, uşaqlar 5 saat fərqlə dünyaya gəlib. Onlar zəif olduğu üçün xüsus

12.09.2021 2121
.

Bayden Trampı xatırlayan kimi xaç çəkdi - VİDEO

ABŞ prezidenti Co Bayden demokrat qubernaton Qevin Nyusoma dəstək mitinqində özünün Donald Trampla rəqabətini xatırlayıb. -ın -a istinadən məlumatına görə, o bildirib ki, Kaliforniya sakinlərinin qəbul edəcəyi qərar tək ABŞ-a yox, ümumilikdə bütün dünyaya təsir qoyacaq. "Bilirsiniz ki, ötən il seçkilərd

15.09.2021 660
.

Cəmi 2 kilo kökəldiyi üçün işini itirdi - FOTOLAR

"Emirates Airline" şirkətində 3 ilə yaxın stüardessa işləyən Duyqu Karaman cəmi 2 kilo kökəldiyi üçün işdən çıxmalı olub. BİG.AZ xəbər verir ki, bu barədə "Mirror" yazır. Belə ki, iş yoldaşlarından biri onun çox "iri" olduğunu bildirərək rəhbərliyə şikayət edib. Şikayətdə

11.09.2021 2925
.

Borşa da abidə qoyulacaq

Kiyev şəhər rəhbərliyi borşa qoyulacaq abidənin anonsunu verib. -a istinadən xəbər verir ki, abidənin qastroturizmin populyarlaşdırılması baxımından əhəmiyyətli olacağı bildirilib. Müvafiq təşəbbüsü aşpaz Yevgeni Klopotenko irəli sürüb. O, Ukraynada duzlu xiyara, qarpıza, dondurmaya və bu kimi qida vasitələrin

10.09.2021 1189
.

Kosmosda nəgəng "it sümüyü" tapdıldi - FOTO

Kosmik fəzada nəhəng "it sümüyü"nə bənzər "Kleopatra" asteroidi aşkarlanıb. BİG.AZ "Live Science"a istinadən xəbər verir ki, alimlərin marağına səbəb olan bu asteroidin uzunluğu 270 kilometr, çəkisi 3,27 kvadrilyon ton, sıxlığı isə hər kub santimetrə 3,4 qramdır. Hazırd

11.09.2021 1188