Uşaqlarda nitq qüsurları, onlarla necə ünsiyyət qurmalı

Uşaqlarda nitq qüsurları, onlarla necə ünsiyyət qurmalıİnsan yaradılışdan ünsiyyətə, söhbətə meyllidir. Sosiallaşma hər bir insanın daxilində var. Əgər bir insan danışmırsa, yaxud söhbətdən qaçırsa, demək, bunun mütləq bir səbəbi var. Səbəb isə əksər hallarda nitq pozuntularıdır. Belə hallar uşaqlıqdan özünü büruzə verir. Uşaqlarda isə danışmaq istəməmək halları gözlənməyən bir haldır. Kiçik yaşlarında böyüklərlə nisbətdə uşaqlar ikiqat söhbətə meylli olur. Suallar vermək, kiminləsə danışmaq, insan olmasa belə əşyalar, oyuncaqlar söhbət üçün uşaqlara kifayət edir. Bu yaşlarda uşaqların söhbətdən qaçması, susması isə ciddi bir problemin baş qaldırdığına işarədir. Əlbəttə, uşağın danışmamasına səbəb olan faktorlar var. Bunlar fizioloji də ola bilər, psixoloji də. Nəticə olaraq ortada danışmağa meylli olmayan, yaxud danışmayan bir uşaq varsa, bunun səbəbini araşdırmaq lazımdır.

Loqoped Aytən Əsgərovanın sözlərinə görə, elə vaxtlar olur ki, uşaqlar tam dil açmadıqları, yaxud danışıqlarında olan qüsurun fərqində olduğu üçün ətrafdakı insanların onu başa düşməkdə çətinlik çəkdiyini anladığından ünsiyyətdən qaçırlar. Bəzən də valideynlər uşaqlarına qarşı o qədər həssas olur ki, onlar artıq nəsə deməyə ehtiyac duymurlar. Uşaq yemək istəməsə belə, valideyn onu tez-tez yedizdirir, üşüyürsə, uşaq hər ehtimala qarşı geyindirilir və beyində "anam mən deməsəm də edəcək" kimi bir fikir formalaşır: "Bütün bu səbəblər uşaqlarda danışmamağa qarşı istəksizlik yarada bilər. Belə vaxtlarda uşaqdan nəyisə izah etməsini istəmək, "aydın olmadı, bir az daha geniş izah et" demək, onları danışmağa motivasiya etmək, onun fikirlərinə həssas yanaşmaq lazımdır ki, uşaq danışmağa meylli olsun. Cavabını bildiyiniz sualları belə uşaqdan soruşun, sonra onun verdiyi cavaba təəccüblənin, yaxud reaksiya verin ki, uşaq söhbətin sizə nə qədər önəmli olduğunu anlasın və danışmağa daha da həvəslənsin".

Əksər hallarda uşaqlar danışdığı zaman kəkələyir ki, bu da onların söhbətdən qaçmasına səbəb olur. Yaşıdlarının ona qarşı təəccüblü, yaxud lağ kimi yanaşması, böyüklərin uşaqlara yazığı gəlirmiş kimi davranması uşaq psixologiyasına təsir etməklə yanaşı, onların nitqini də çox geri salmış olur. Loqoped bildirir ki, uşaq dil açmağa başladığı zaman dilində ilişmələrin yaranması normal haldır. Dayanmaq, düşünmək, sözləri qırıq-qırıq demək, düz deyə bilməmək yeni dil açan uşaqlara xas xüsusiyyətdir. Lakin zaman keçdikcə bu halların aradan qalxması müşahidə olunmalıdır. Söz ehtiyatı artıqca, uşaq cümlənin sonuna gəldikdə əvvəlini unutmaq kimi bir vərdişdən uzaqlaşdıqca onların nitqi də aydınlaşmalıdır: "Uşağın 3 yaş 8 aylıq, 4 yaşdan sonra hələ də nitqində problemlər varsa, artıq loqopedə müraciət etmək vaxtıdır. Çünki bu yaşdan sonra dildə yaranan qüsurların yardımsız düzəlmə şansı çox azdır. 3 yaşa qədər olan uşaqların dilində qüsur, kəkələmə, sözləri düzgün tələffüz edə bilməmək normal haldır. Çünki heç danışmayan uşaq birdən dil açır, danışmağa meyllidirsə eyni anda böyüklər kimi daha düzgün və daha çox danışmaq istəyir. Nəticədə dildə ilişmələr meydana çıxır. 4 yaşdan sonra uşaq tamamilə normal danışmağa hazır olur. Problem yaranırsa bu zamanla keçib gedəsi bir problem olmur".

Bəzən elə uşaqlar olur ki, onlar söhbət etdikdə həyəcanlanır, tələsir, sanki fikri izah etməsə qiyamət qopacaq kimi bir təəssürat yaranır. Belə hallarda da dildə dolaşmalar meydana gəlir. Ən yaxşı üsul uşağı sakitləşdirmək və ona sonuna kimi dinləyəcəyiniz hissini bəxş etməkdir. Uşaqların bu dönəmdə sağlam ünsiyyət qurması üçün ailəsinin və çevrəsindəki insanların ona qarşı başa düşən olması lazımdır. Xüsusən gün ərzində ana ilə vaxt keçirən uşaqlar bütün gün analarından gələcək suallara, söhbətlərə açıq olur. Buna görə, analar gün ərzində etdiklərindən, etmək istədiklərindən uşağa danışmalıdır. Onunla "sən uşaqsan, bilməzsən" tərziylə deyil, böyük insan kimi ünsiyyət qurmaq lazımdır. Gündəlik yemək yedizdirmək, geyindirmək və bu kimi işlər zamanı məhz bunlardan danışmaq, onların diqqətini çəkmək lazımdır. Bu üsul uşağın söz ehtiyatını artırmaq üçün ən gözəl bir yoldur. Əgər uşaq deyilən bir sözdə səhvə yol verirsə, ona eyni sözün doğrusunu təkrar etdirmək üçün məcbur etməyin. Bu uşaqda səhv etdiyini və bunun da ətrafdakılar tərəfindən hiss edildiyini bilmək hissi verəcək ki, bu birbaşa onun danışmaqdan küsməsinə bir səbəbdir. Ən yaxşısı səhv deyilmiş sözü valideyn özü düz formada deyib uşağa doğru model olmalıdır.

Həmsöhbətimizin sözlərinə görə, bu gün valideynlərin etdiyi ən böyük səhv uşaqlarla uşaq kimi, hətta ondan da betər danışmalarıdır: "Çox rast gəldiyimiz bir haldır ki, ana öz övladını elə ağız büzərək əzizləyir ki, böyük bir insan belə ananın nə dediyini anlaya bilmir. Bu, yanlış bir üsuldur. Uşaq nə qədər balaca olursa-olsun, onunla normal danışmaq lazımdır. Əks halda, bu danışıq tərzi də uşağın normal danışmasına pis təsir edir. Valideynlər 4 yaşdan sonra uşaq nitqini mütləq nəzarətdə saxlamalıdır".

mənbə: faktxeber.az


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 4474   Tarix: 18 may 2013  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Cənazə mərasiminə açıq geyimdə getdi - Cəsədə yaxınlaşıb... / FOTO

Sosial mediada yayılan görüntülər müzakirələrə yol açıb. Reddit portalında paylaşılan məlumata görə, qız babasının cənazə mərasiminə açıq geyimdə qatılıb. Qohumların etirazlarına baxmayaraq, qız paltarını dəyişməyib. O cəsədə yaxınlaşıb və bildirib ki, babası sağ olub onu bu göyümdə görsəydi etiraz etməzdi

12.09.2021 2549
.

Bu şəxslərə soğan yemək olmaz

Soğan sağlamlıq problemlərinin siyahısını genişləndirə bilər. Diyetoloq, Kanada Diyetoloqlar Birliyinin üzvü Nataliya Nefedova bu barədə danışıb. O bildirib ki, soğan xüsusilə mədə-bağırsaq traktının işinin pozulmasına səbəb ola bilər. N.Nefedova "Sputnik" radiosuna verdiyi müsahibədə qey

12.09.2021 2801
.

56 yaşında moda dünyasını silkələyən qadın kimdir? - FOTO

Markaların reklam kampaniyalarında baxanda elə təəssürat yaranır ki, yaşlı qadınlar bazardan kənarlaşdırılıb və bu dünyada onlara yer yoxdur. Uzun illər həqiqətən belə idi, dəb dünyasında yaş kriteriyaları və gənclik kultu hökm sürürdü. Sosial şəbəkələrin yaranması ilə xoşbəxtlikdən standartlar dəyişməy

15.09.2021 2086
.

Körpüyə görün hansı ad verildi - FOTOLAR

ABŞ-ın Oreqon ştatının Portland şəhərində piyada körpülərindən birinə "Simpsonlar" ("The Simpsons") cizgi filminin personajının adı verilib. xəbər verir ki, bu barədə yazır. Belə ki, həmin körpü "Simpsonlar" cizgi filmindəki Ned Flanders personajının şərəfnə adlandırılıb

15.09.2021 1164
.

Bakıda dördəm doğulub - VİDEO

Bakıda dördəm doğulub. -ın xəbərinə görə, uşaqlardan 3-ü oğlan 1140 qr., 1350 qr., 1230 qr, biri qızdır 1120 qr. Zaqatala rayon sakinləri olan 30 yaşlı Ülviyyə Sofiyeva və 32 yaşlı Huseynbala Sofiyevin ailəsində dünyaya gələn uşaqlar onların ilk övladlarıdır. Qeysəriyyə əməliyyatı ilə doğulan uşaqları

15.09.2021 942
.

Aralarındakı uzun məsafəyə maraqlı həll tapan cütlük - FOTO

Uzun məsafə münasibəti yaşayan Liseok və Şindanbi, bu problemə maraqlı həll tapıblar. -a istinadən məlumat verir ki, biri Nyu -Yorkda, digəri Seulda yaşayan koreyalı cütlük, video zəng edərkən eyni vaxtda çəkdikləri şəkilləri bir araya gətirərək maraqlı fotolar əldə ediblər. Bu fotoları "Instagram"

13.09.2021 1580
.

Türkiyədə İLK: 3D printerlə insan beyninin nüsxəsi hazırlandı - VİDEO

Nevrologiya mütəxəssisi professor Sultan Tarlacı Türkiyədə ilk dəfə olaraq 3D printerlə insan beyninin dəqiq nüsxəsini hazırlayıb. Oxu.a-a istinadən xəbər verir ki, keçmişdə beyinin içindəki quruluşu anlamaq üçün silikon yerləşdirmə kimi xam üsullar istifadə olunurdu, ancaq bu inkişafla beyinin xaric

13.09.2021 490
.

Bu üçəmlər "TikTok"da səs salıb, amma oğlanlar... - FOTO-VİDEO

İngiltərənin Qreyvzend şəhərindən olan 18 yaşlı Şerena, Keyli və Eliza Terri üçəmləri aktiv "TikTok" istifadəçiləridirlər. BİG.AZ xəbər verir ki, onlar barədə "Daily Mirror" yazır. Qızlar əks cinslə münsibətlərindən danışarkən bildiriblər ki, oğlanlar çox vaxt bacıların gözəlliyin

16.09.2021 3201
.

Duz istifadəsi zamanı diqqətli olun, yoxsa...

Sağlam və düzgün qidalanma zamanı gündəlik qəbul edilən duzun miqdarına diqqət yetirilməlidir. Gündəlik duzun normal qəbulu üçün aşağıdakılara diqqət yerirmək lazımdır:. * Duz qəbulu və arterial təzyiq arasında bir yaxınlıq var. Belə ki, çox duz qəbulu artıq mayenin qəbuluna və təzyiqin yüksəlməsin

18.09.2021 882