Los-Ancelesdə Heydər Əliyevin büstü açılıb (Fotolar)

Büst Azərbaycan baş konsulluğunun binasında qoyulub

May ayının 7-də Azərbaycanın Los-Ancelesdəki Baş Konsulluğunun binasında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin büstü açılıb. Azərbaycanın Los-Ancelesdəki Baş Konsulluğunun mətbuat xidmətindən Bürüncdən hazırlanmış bu yüksək incəsənət əsərinin müəllifi məşhur amerikalı heykəltəraş Sergey Eylanbekovdur.

Bu münasibətlə Baş Konsulluqda keçirilən mərasimdə yerli orqanların təmsilçiləri, xarici diplomatlar, Los Ancelesdə fəaliyyət göstərən elm və mədəniyyət xadimləri, Azərbaycan, türk və yəhudi diasporunun üzvləri və Baş Konsulluğumuzun əməkdaşları iştirak ediblər.

Mərasimdə çıxış edən Azərbaycanın Los Ancelesdəki baş konsulu Nəsimi Ağayev Azərbaycanın dövlətçiliyinin və müstəqilliyinin güclənməsində, iqtisadi inkişafında və dünya birliyində özünəlayiq yer tutmasında Heydər Əliyevin göstərdiyi böyük xidmətlərdən bəhs edib və onun əziz xatirəsinin xalqımızın qəlbində daima yaşayacağını bildirib. ABŞ ilə sıx dostluq münasibətlərinin qurulmasına Heydər Əliyevin böyük önəm verdiyini qeyd edən diplomat məhz ulu öndərin səyləri nəticəsində iki dövlət arasında müxtəlif önəmli sahələri əhatə edən strateji tərəfdaşlığın yaradıldığını vurğulayıb. N.Ağayev ümummilli liderin yürütdüyü daxili və xarici siyasətin bu gün prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini diqqətə çatdırıb.

Sonra söz Los Anceles Vilayətinin protokol xidmətinin rəhbəri Lurdes Saaba verilmişdir. L.Saab 10 milyon insanın yaşadığı Los Anceles Vilayətinin İdarəçilər Şurasının bütün üzvləri tərəfindən imzalanmış, Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş təbriknaməni oxumuşdur.

Daha sonra söz Heydər Əliyev ilə dəfələrlə görüşmüş, onu müxtəlif ölkələrə, o cümlədən ABŞ-a rəsmi səfərlərdə müşayiət etmiş və ondan müsahibələr almış, Azərbaycana həsr olunan ilk ingilisdilli beynəlxalq jurnal – "Azerbaijan International"ın baş redaktoru Betti Bleyerə verilib. B.Bleyer H.Əliyev ilə bağlı ən xoş xatirələrini bölüşərək, onun güclü siyasi xadim olmaqla yanaşı, böyük insan və vətənpərvər olduğunu söyləyib, ulu öndərin iti zəkasının, qətiyyətliliyinin və insanı anlamaq bacarığının onu daima valeh etdyini qeyd edib.

Mərasim ziyafətlə yekunlaşmışdır.

mənbə: anspress.com

Los-Ancelesdə Heydər Əliyevin büstü açılıb (Fotolar)Los-Ancelesdə Heydər Əliyevin büstü açılıb (Fotolar)Los-Ancelesdə Heydər Əliyevin büstü açılıb (Fotolar)Los-Ancelesdə Heydər Əliyevin büstü açılıb (Fotolar)Los-Ancelesdə Heydər Əliyevin büstü açılıb (Fotolar)Los-Ancelesdə Heydər Əliyevin büstü açılıb (Fotolar)


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 5130   Tarix: 08 may 2013  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Bu qidalar vitaminlə zəngindir - MÜTLƏQ YEYİN

Vitamin, mineral və antioksidantlarla zəngin qidalar az kalori ilə maksimum qida dəyərinə malik məhsullardır. Bu tip qida məhsullarına, həmçinin super qidalar da deyilir. -ın məlumatına görə, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutundan bildirilib ki, gündəlik qida rasionunda super qidaların istehlakın

18.09.2021 930
.

Şairdən Üzeyir Hacıbəyliyə qəribə təbrik: "Bunu sənə bağışlamaq olmur..."

"Xöşbəxt adamsan ki, Azərbaycan musiqisinin bu gününü görmədin". Qaynarinfo xəbər verir ki, bunu nəğməkar şair, Əməkdar İncəsənət Xadimi Baba Vəziroğlu dahi bəstəkar Üzeyir Hacıbəylini ad günü ilə əlaqədar təbrikdə yazıb. Şair bildirib ki, Üzeyir bəyin vaxtsız ölümü ilə Azərbaycan musiqis

18.09.2021 3544
.

İsveçdə Azərbaycan vətəndaşı itkin düşüb

İsveçin Arvika şəhərində azərbaycanlı itkin düşüb. "Report"un Avropa bürosunun məlumatına görə, Azərbaycan vətəndaşı, 39 yaşlı İltimas Mirzəyevdən sentyabrın 15-dən etibarən xəbər almaq mümkün olmayıb. O, evdən çıxdıqdan bir qədər sonra əlaqə kəsilib. Hazırda polis azərbaycanlının axtarışın

18.09.2021 443
.

"Su çənimizi yığışdırdılar ki, şəhərin gözəlliyini pozur..." - Daha bir SU PROBLEMİ - ŞİKAYƏT - AÇIQLAMA

ın redaksiyasına su ilə bağlı növbəti şikayət daxil olub. Belə ki, Təhminə Babayeva adlı şikayətçinin sözlərinə görə, Nizami rayonu "Naxçıvanski" 94B ünvanında gündüz saat 11-də suyu azalda-azalda tam kəsirlər, axşamüstü 6, 7-də yenidən açırlar:. "Gecə 12-yə işləmiş isə yenə kəsirlər

18.09.2021 880
.

Gəncədə avtomobillər toqquşdu: Ölən və yaralananlar var - FOTO

Gəncə şəhərində yol-nəqliyyat hadisəsi baş verib. Hadisə şəhərin Şah İsmayıl Xətai prospektində qeydə alınıb. Belə ki, hərəkətdə olan VAZ-21 015 markalı minik avtomobili ilə KİA markalı avtomobil toqquşub. Daha sonra avtomobillərdən biri yoldan keçən iki piyadanı vurub. Onlardan biri ölüb, digəri is

18.09.2021 789
.

Millət vəkili: "Həftəsonları ictimai nəqliyyatın fəaliyyəti bərpa edilməlidir" – VİDEO

Pandemiyaya qarşı hökumətin verdiyi qərarlar öz müsbət təsirini göstərməkdədir, lakin Operativ Qərargah bəzi məsələlərin həlli yönündə təcili tədbirlər görməlidir. Bunu millət vəkili Fazil Mustafa deyib. Millət vəkili hesab edir ki, həll edilməli ən vacib məsələ həftəsonları ictimai nəqliyyatın fəaliyyətini

17.09.2021 1467
.

Türkiyəli professor: "Yoluxma azalmasa, qapanmaya getməli olacağıq"

"Tam qapanma yoluxma sayındakı artımdan sonra yenidən gündəmə gələ bilər". "Report" "Posta"ya istinadən xəbər verir ki, bunu türkiyəli professor Faruk Aydın deyib. "Qış çox ağır keçəcək. Qapanmaya getməmək üçün mübarizə aparırıq. Amma yoluxma sayını azalda bilməsək

18.09.2021 1281
.

Əzraili geri qaytaran DƏFN XƏRCLƏRİ- Ölmək üçün nə qədər pul lazımdır?

"Atam son nəfəsində vəsiyyət etdi ki, o öləndən sonra Bibiheybət qəbiristanlığında dəfn edək. Yazıq kişi gözünü yumanda düşdük əl-ayağa. Ölü üçün ağlamaq qaldı bir kənara biz torpaq pulu düzəldirdik". Bu sözləri -a Rüfət Quliyev danışır. Aylar öncə atasını itirən Rüfət bəy deyir ki, üz tutduqlar

17.09.2021 2089
.

Azərbaycanda BƏDBƏXT HADİSƏ: Uşaq əlini yuyarkən su kanalında batıb

Şəmkir rayonunda əlini yuyarkən su kanalına düşüb. -ın məlumatına görə, hadisə rayonun Qılıncbəyli kəndində qeydə alınıb. 2012-ci il təvəllüdlü Nihat Tağıyev kənd ərazisində yerləşən kanalda əlini yuyarkən ayağı sürüşüb və batıb. Onun meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Faktla bağl

18.09.2021 914