Tağı Əhmədov: Metrodan hər bir keçən sərnişin cibinə 50 qəpik pul qoyur

Tağı Əhmədov: Metrodan hər bir keçən sərnişin cibinə 50 qəpik pul qoyurBakı Metropoliteni bir gün ərzində 350 min manat itirir.Dünən səhər saatlarında ölkədəki bütün saytlar "Tağı Əhmədov jurnalistlərə "popuqay" dedi" başlıqlı xəbər yayımladı. Xəbərə görə, bir qrup jurnalist Bakı Metropoliteninin rəhbəri Tağı Əhmədova yaxınlaşaraq, yeni metro xətlərinin çəkilib-çəkilməməsi barədə ona sual ünvanlayıb. Bu sual isə metropoliten rəisini özündən çıxarıb. T.Əhmədov "nədir, "popuqay"sız, hər məni görəndə bu sualı verirsiniz" deyə jurnalistləri təhqir edib.

Biz də həm yaranmış bu gərginliyin səbəbini öyrənmək, həm də günün aktual məsələləri ilə bağlı T.Əhmədovla telefonla danışıb müsahibə aldıq. Söhbətə "Azadlıq" qəzetini cərimələtməsindən başladıq.

- Bəli, "Azadlıq" qəzetini cərimələmişik. Onlarla danışığımız da belə oldu ki, nə müddətə bacarırlarsa, bu cəriməni uşaq evinə versinlər. Pulu istənilən uşaq evinə verib, çekini göndərsinlər mənə. Mən onlardan belə təmənna güdmürəm. Demirəm ki, "30 mini bu gün mütləq verməlisiniz. Tez edin bu pulu verin". Xırda-xırda ödəsinlər pulu uşaq bağçasına.

- Prezident KİVDF vasitəsilə mediaya mütəmadi olaraq yardımlar edir. İstər-istəməz sözügedən məhkəmə iddianız sizin, eləcə də digər məmurların həmin pulları geri alması kimi bir təəssürat yaradır.
- Xahiş edirəm, mənim özümə layiq sual verəsiniz. Mən dedim ki, 30 min təzminat istəmişəm. Həmin təzminatı da uşaq bağçasına ödəmələrini demişəm. Başqa heç nə deməyəcəm bu haqda.

- Bu gün (dünən-red.) bütün saytlarda xəbər yayıldı ki, jurnalistlərlə aranızda yenidən gərginlik yaranıb. Jurnalistləri "popuqay" adlandırmısınız. Bu situasiya necə yarandı, hansı vəziyyətdə çıxdı bu söz ortaya?
- Yox, mənim onlara dediyim bu oldu ki, bir dəfə dediyim sözü niyə mənə beş dəfə təkrarladırsınız? Niyə mən təkrarlamalıyam? Hər dəfə yaxınlaşırlar ki, "davay", bu suala cavab ver. Həmin suala 50 dəfə cavab verilib. Stansiyaların tikilməsi haqqında dəfələrlə danışıq gedib. Hər dəfə eyni şeyi təkrar eləməyin mənası var?

- Siz 51-ci dəfə bu suala cavab versəniz daha yaxşı olmazdı? Nəinki qələm əhlinə "popuqay" deyəsiniz?
- Yox, olmaz. Eyni şeyi hər dəfə demək olmaz.

- Bəs jurnalistlər sizə nə sual versinlər? Metropolitenin rəhbərisiniz və profilinizə uyğun suallar verilir.
- Sual yoxdursa, bu gün verməsin. Suallarını yığsın, sonra birdən versin. Sizin kimi 6 aydan bir versin suallarını.

- Tağı müəllim, maraqlı burasıdır ki, siz sanki hər fürsətdə jurnalistləri aşağılamağa, onları acılamağa çalışırsınız...
- (Sözümüzü kəsir) Xahiş edirəm, bir dəqiqə... Əgər o tərəfdən danışırsızsa, öz işinizdir. Həqiqəti bilmək istəyirsinizsə, mən vəziyyəti izah edim. Onda gərək bir dənə diktofona səsimi yazım, hər dəfə jurnalistlər yaxınlaşanda diktofonun düyməsini basıb deyim ki, alın, burda cavabı vermişəm. Bunun bir mənası var?

- Adətən seçki ilində hakimiyyət media ilə münasibətləri düzəltməyə çalışır. Amma sizin nümunənizdə...
- (Sualı tamamlamağa imkan vermir) Xahiş edirəm, söz güləşdirməyin mənimlə.

- Tağı müəllim, jurnalistin işi sual verməkdir...
- Jurnalistin işi bir sualı üç dəfə vermək deyil axı. 50 dəfə eyni sözü çevirib qaytarmaq deyil.

- Bu son açıqlamanızdan sonra mətbuat sizin əleyhinizə kampaniyaya başlayacaq. Bundan narahat deyilsiz?
- Mənim əleyhimə heç bir kampaniya başlaya bilməz. Çünki dediyimi düz deyirəm. Özü də nə kampaniyaya başlayacaqlar? "Azadlıq" qəzetindən təzminat istəyirəm deyə kampaniya edəcəklər?

- Yox axı, bu gün jurnalistləri təhqir etmisiz, onlara "popuqay" demisiz...
- Xahiş edirəm, danışıqda bir az düzgün olun. Mən o sözü özümə demişəm, jurnalistə yox. Özü də 50 adamın yanında olub o söhbət. Hamı da eşitdi ki, özümə dedim o sözü.

- Yəni yanlış anlaşma olub? Özünüzü nəzərdə tutmusuz o sözü deyəndə?
- (Gülür) Həqiqətən elədir. Mənim üçdə alacağım, beşdə verəcəyim yoxdur. Amma həqiqətən o sözü şəxsən özümə dedim. Ordakılar şahiddir. Mən jurnalistlərə heç vaxt o sözü deyə bilmərəm. Özümə demişəm ki, nə qədər popuqaylıq eləmək olar? Hətta yoldaşlardan biri dedi ki, sən niyə özünə popuqay deyirsən? Dedim ki, popuqay pis quş deyil, hər şeyi də düz deyir.

- Tağı müəllim, heç jurnalistlər arasında dostunuz varmı? Sizi daha çox media əhli ilə gərgin münasibətlərdə xatırlayırıq...
- Niyə yoxdur? Azər Ayxan...

- Sonra kim var? Bir 5 adamın adını çəkə bilərsiz?
- Niyə çəkə bilmirəm ki? Lap 15 adamın da adını çəkərəm. Vüqar Rəhimzadə, Əflatun Amaşov, Mirşahin... Niyə də dostum olmasınlar? Əflatun müəllimə nə sözüm varsa, açıq şəkildə hamısını deyirəm. Mən jurnalistlərlə dostluq eləməyi xoşlayıram və edirəm də. Amma o jurnalistlər ki, həqiqi mənada sanballı sual verib, məni çaşdırsınlar. Elə suallar versinlər ki, mən fikirləşim, düşünüm.

- Təxminən 10 gün əvvəl Tarif Şurasının iclasında ictimai nəqliyyatda qiymət artımı ilə bağlı məsələ müzakirə olundu. Əvvəl qiymət artımı ediləcəyi elan olunsa da, sonradan bu, həyata keçmədi. Vaxtaşırı siz də deyirsiz ki, metrodakı gediş haqqının qiyməti xərcləri ödəmir. Artım gözlənilirmi metro qiymətlərində?
- Mən əvvəldən də demişəm ki, o işlərə qarışmıram. O iş Tarif Şurasınındır, mən icraçıyam. Bu gün mənə desələr ki, pulsuz işləyirsən, deyəcəm ki, gözüm üstə. Yox, desələr ki, 1 manata işləyəcəksən, ona da deyəcəm ki, gözüm üstə. Mən hər rübdə 1 sərnişinin metrodan istifadəsinin maya dəyərini Tarif Şurasına göndərirəm, bu, mənim vəzifələrimdən biridir. Tarif Şurası da qiymətləri artıracaq, azaldacaq, bu, onların qərarıdır.

- Yəni biz sizin daha öncə gediş haqqının xərcləri ödəməməsi ilə bağlı dediklərinizi yada saldıq və ona görə bu sual yarandı...
- Onu mən rüblükdə Tarif Şurasına verəndə yazıram. Bax, indi məndə bir nəfərin keçmə qiyməti 70 qəpiyə gəlir. Amma gediş haqqı 20 qəpiyədir. Hər bir keçən sərnişin cibinə 50 qəpik pul qoyur. Gün ərzində metrodan 650-700 min sərnişin keçir. Bunu da 50 qəpikdən hesablayanda günə 350 min manat edir.

- Belə deyək, Bakı Metropoliteni bir gün ərzində 350 min manat itirir?
- Bəli, bəli. Haqlı olaraq belədir.

Söhbətin sonunda T.Əhmədov bütün jurnalistlərə uğurlar və cansağlığı arzuladı. Və bir xahişini çatdırdı: "Bütün jurnalistlərdən bir xahişim var. Eyni şeyi dəfələrlə təkrarlamağa ehtiyac yoxdur. İstər mən tərəfdən, istər onlar tərəfdən. Sual yoxdursa, sizin kimi 6 aydan bir zəng edin, sualınızı verin, cavabınızı alın".

mənbə: anspress.com


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 4466   Tarix: 08 may 2013  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Telefonu niyə yastığın altına qoyub yatmaq olmaz?

"Yaşayış sahəsinin ekologiyası" laboratoriyasının müdiri Anton Yastrebçevin sözlərinə görə, smartfonları yastığın altına qoyub yatmaq olmaz. -a istinadən xəbər verir ki, ekspert səbəb kimi telefonlardan gələn radiasiyanın bəzən artdığını bildirib. "Nəzərə almaq lazımdır ki, telefonları

18.09.2021 862
.

Nazirdən məktəblərdə şagird sıxlığı ilə bağlı AÇIQLAMA - VİDEO

Təhsil naziri Emin Əmrullayev bəzi məktəblərdə sıxlığın yaranmasına aydınlıq gətirib. Nazir Baku TV-yə eksklüziv müsahibəsində bildirib ki, Azərbaycanda valideynə övladı üçün həm məktəb, həm də müəllim seçmək hüququ verilib:. "Valideyn elektron qeydiyyatdan keçdikdən sonra bütün sinifləri sistemd

18.09.2021 1643
.

Cənub bölgəsi ilə bağlı "12-dən sonra işləmir" deyimi haradan yaranıb?

Niyə bəziləri talışlar haqqında "saat 12-dən sonra işləmir" ifadəsini istifadə edirlər?. xəbər verir ki, bu barədə aparıcı, nitq təlimçisi Cəlalə Nəzəroğlu sosial şəbəkədə paylaşım edib. O bildirib ki, bu deyim talışların fiziki işlərinə görə yaranıb:. "Çox təəssüf ki, bizdə bəziləri insanlar

18.09.2021 1826
.

Türkiyədə təlimlərdə iştirak edən Azərbaycan hərbçilərinin bir qrupu Vətənə qayıdıb

Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında illik hərbi əməkdaşlıq planına əsasən keçirilən "TurAz Şahini - 2021" birgə taktiki-uçuş təlimində iştirak edən Azərbaycan Hərbi Hava Qüvvələrinin bir qrup heyəti və aviasiya vasitələri Vətənə qayıdıb. Bu barədə BİG.AZ-a Müdafiə Nazirliyində

18.09.2021 254
.

Lətafət 14 yaşlı qızından danışdı: "Atası ilə görüşmək istəmir" - VİDEO

ARB TV-nin "YouTube" layihəsi olan "Özümüz danışaq" verilişinin növbəti qonağı aparıcı Lətafət Ələkbərova olub. Tanınmış aparıcı tək övlad böyütməyin çətin olduğunu deyib:. "Qızım artıq məni başa düşür. Çox yaxşı dost olmuşuq. Musiqini çox sevir. Vokal dərsi alır. Qızımın 1

18.09.2021 3133
.

Şimşək çaxıb, leysan yağıb

Ölkə ərazisində hökm sürən faktiki hava açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, saat 21.00-a olan məlumata əsasən Şəki, Daşkəsən, Gədəbəy, Göy-göl, Quba, Ləzə, Qusar, Oğuz, Kişçay (Şəki), Balakən, Sarıbaş(Qax), Sahdağ, Zaqatala

17.09.2021 1179
.

Şairdən Üzeyir Hacıbəyliyə qəribə təbrik: "Bunu sənə bağışlamaq olmur..."

"Xöşbəxt adamsan ki, Azərbaycan musiqisinin bu gününü görmədin". Qaynarinfo xəbər verir ki, bunu nəğməkar şair, Əməkdar İncəsənət Xadimi Baba Vəziroğlu dahi bəstəkar Üzeyir Hacıbəylini ad günü ilə əlaqədar təbrikdə yazıb. Şair bildirib ki, Üzeyir bəyin vaxtsız ölümü ilə Azərbaycan musiqis

18.09.2021 3544
.

Azərbaycanda BƏDBƏXT HADİSƏ: Uşaq əlini yuyarkən su kanalında batıb

Şəmkir rayonunda əlini yuyarkən su kanalına düşüb. -ın məlumatına görə, hadisə rayonun Qılıncbəyli kəndində qeydə alınıb. 2012-ci il təvəllüdlü Nihat Tağıyev kənd ərazisində yerləşən kanalda əlini yuyarkən ayağı sürüşüb və batıb. Onun meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Faktla bağl

18.09.2021 914
.

Vəfat edən atasından yazdı: "Yarım qaldı hər şey"

Bir neçə gün öncə atası vəfat edən müğənni Koray Avcı sosial şəbəkə paylaşımı ilə gündəmə gəlib. Axşam.az-a istinadən xəbər verir ki, atasının fotosunu paylaşan sənətçi hisslərini belə ifadə edib:. "Mənə belə baxdığının heç fərqində olmamışam. Heç oturub içki də içmədik səninlə. Aşiq olduğumu d

17.09.2021 1693