Bayern Münhendə qalmaqal

Bayern Münhendə qalmaqal

Futbolçu soyunub-geyinmə otağında unudulub."Barselona"nı məğlub edərək Çempionlar Liqasında finala yüksələn "Bayern Münhen" "Nou Kamp"da oynanılan qarşılaşmadan sonra böyük bir qalmaqala imza atıb.
 
İspan klubunu 3:0 hesabı ilə məğlub etdikləri qarşılaşmadan sonra stadiondan ayrılan komandada bir futbolçu olmayıb. "Bayern"in İspan futbolçusu Xavi Martinez  stadionda unudulub.
 
Soyunma otağına girəndə komanda yoldaşlarını tapa bilməyən 24 yaşlı yarımmüdafiəçi çölə çıxıb və bir vasitə kirayəyə götürüb.
 
Yanında pul olmayan Martinez komandanın qaldığı otelə çatanda "Bayern Münhen"in rəsmiləri gələrək oyunçunu otelin qapısında qarşılayıblar və vasitənin ödənişini ediblər.


mənbə: qol.az

Şikayətiniz varsa Whatsapp: 077 7125666

f Paylaş
Bölmə: İdman Oxunub: 1425 Tarix: 06.05.2013
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol


Unvan.az Turlar ev alqi satqisi

Azərbaycandan son xəbərlər