Rafet El Roman Şeronun mahnısını oxudu (Video)
Türkiyəli müğənni Rafet El Roman "Şeron" qrupunun ifa etdiyi "Mümkün deyil" mahnısını oxuyub.
Sənətçi bəstəkar Hüseyn Abdullayevin müəllifi olduğu mahnının sözlərini türk dilinə çevirib.
"Şeron"un üzvü Ülvi Cəfərov hadisədən xəbərsiz olduğunu bildirib:
"İlk dəfə sizdən eşitdim ki, Rafet bizim mahnını oxuyub. Bu haqda heç bir məlumatımız yoxdur. Bəstəkar Hüseyn Abdullayev mahnını yeni ifa etdiyimiz vaxt onu türk müğənnisinə də verəcəyini demişdi. Amma bunun Rafet olduğunu bilmirdik".
mənbə: axsam.az
BiG.Az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş



