Evlilik qorxusu, yaxud 30 yaş sindromu

Evlilik qorxusu, yaxud 30 yaş sindromuMADDİ YETƏRSİZLİK QORXUSU

Kişilərin gec evlənməsinə bir çox amillər təsir göstərir. Maddi durumu yaxşılaşdırmaq, karyera qurmaq istəyi gec evlənməyə səbəb olan amillərdəndir. Evlənmək fikrinə düşən gəncin ilk olaraq, öz maddi durumunu yaxşılaşdırmağı vacib şərtdir. Çünki maddi cəhətdən ətrafındakı insanlardan, xüsusilə də valideynlərindən asılı olan gəncin öz ailəsi ilə bağlı qərarlarda müstəqil olmayacağı məlumdur. Bu da öz növbəsində gənc ailənin sağlam təməllər üzərində formalaşmasına mane olacaq. Digər tərəfdən əvvəllər ailə qurmaq üçün kiçik maliyyə xərcləri tələb olunurdusa, indi valideynlərin köməyi olmadan gənclər təkbaşına bu işin öhdəsindən gələ bilmirlər. Hər bir gənc istəyir ki, öz məvacibi ilə ailəsini dolandırmaq gücünə malik olsun, sonra evlənsin. Bəzi kişilər maddi baxımdan ailəsini təmin edə bilməyəcəyindən qorxduğundan evlilik fikrinə soyuq yanaşır. Axı ailəsinin, həyat yoldaşının qarşısında kim gözükölgəli olmaq istəyər? Həmçinin ailə qurmaq üçün ilk növbədə mənzil lazımdır. Təhsil almaq, iş axtarmaq, öz ayaqları üzərində dayanmağı bacarmaq, bütün bunlar uzun illər tələb edir. Bu amillər də həmin gənclərin evliliyi ikinci plana atmasına səbəb olur.

MƏSULİYYƏTƏ HAZIR OLMAMAQ

Evlilikdən qaçanların bəziləri isə bunu psixoloji nüanslarla əlaqələndirirlər. Bəzi kişilər mənəvi baxımdan ailənin yükünü çəkə bilməməkdən qorxurlar. Hər zaman bütün problemlərini valideynlərinin üzərinə atan, sərbəst düşünməyi, qərar qəbul etməyi bacarmayan, bu səbəbdən də ailə başçısı rolunun öhdəsindən uğurla gələ biləcəyinə inanmayan oğlanlar evliliyi ağır bir yük kimi görüb, özlərini bu çətinliyə salmaq istəmirlər.

UĞURSUZ SEVGİ TƏCRÜBƏSİ

Bəzi hallarda isə valideynlər övladlarının seçiminə çox qarışırlar. Onlar oğullarının sevib-seçdiyi biri ilə ailə qurmasına qarşı çıxırlar. Bu da pis nəticəyə gətirib çıxarır. Gənc oğlan ruh düşkünlüyünə - depressiyaya düşür və ailə qurmaq fikrindən daşınır. Həmçinin gəncin sevdiyi qızla müxtəlif səbəblərdən münasibətinin alınmaması da, onu evlilikdən soyudur.

AZADLIĞI QORUMAQ İSTƏYİ

Oğlanların gec evlənməyinin psixoloji səbəblərindən biri də onların müstəqilliklərinin, azadlıqlarının itiriləcəyindən və ya məhdudlaşacağından qorxmalarıdır. Gənclər gec evlənməklə ailəyə bağlanıb qalmaqdan, həyat yoldaşından asılı olmaqdan qaçır, sərbəstliklərini qorumağa çalışırlar.

SEÇİM EDƏ BİLMƏMƏK

Elə oğlanlar var ki, seçim etməkdə çətinlik çəkirlər. "Kiminlə evlənim, mənim kriteriyalarıma uyğun bir qız da yoxdur" şüarını əldə bayraq edərək, illərini axtarışa sərf edirlər. Yaş artdıqca evlənəcəkləri qızda görmək istədikləri xüsusiyyətlər də çoxalır. Xüsusən də yaşı 30-a yaxınlaşan kişilər həddən artıq seçici olurlar. Onlar qarşı cinsdə hər bir xırdalığa fikir verirlər. İdeal insanın olmadığını bilsələr də, çox vaxt o idealı axtardıqlarına görə də evlənməkdən qaçırlar.

İNAMSIZLIQ, ŞÜBHƏ...

Çoxlu sayda "məhəbbət macərası" yaşamış oğlanlar da evlənməyə tələsmirlər. Bunun səbəbi onların qızlara qarşı olan inamının zədələnməsidir. Evlənəcəkləri insanın da bu yaşa qədər onun həyatında olan qızlar kimi zəngin "sevgi təcrübəsi"nə malik ola biləcəyini düşünərək, qızlara qarşı şübhə ilə yanaşırlar. Bu da nəticədə onların seçim etməsinə təsir göstərərək, gec evlənmələrinə səbəb olur. Bir sözlə evlənməmək istəyinin kökündə müxtəlif səbəblər dayanır. Ancaq yaşı artıq 30-u haqlamış kişilər, ailə qurmaq üçün elə də çox zamanlarının qalmadığını bilməlidirlər. Psixoloqlar kişilər üçün 25-30 yaşlarında ailə qurmağın daha məqsədəuyğun olduğunu hesab edirlər. Yaşları 30-dan yuxarı olan oğlanların evlənmək istəməməyi isə artıq valideynlərin həyəcan təbili çalmasına səbəb olmalıdır. Çünki bu yaşdan sonra evlənmək çox çətin olur. Hətta gec evlənməyin sağlamlığa təsir göstərdiyi də aparılan bir çox araşdırmalar nəticəsində müəyyən olunub. Və nəhayət, unutmayın ki, sözün əsl mənasında kişi olmaq o deməkdir ki, sən kiminsə dayağı, arxası, köməyisən, ailənin himayəçisisən...Güclü cinsin nümayəndələrinin gücü də məhz bundadır!

mənbə: movqe.az


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 3005   Tarix: 03 may 2013  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Dünyanın ən nüfuzlu insanları açıqlandı

ABŞ-ın "Time" jurnalı 2021-ci ildə dünyanın ən nüfuzlu insanlarının siyahısını açıqlayıb. -a istinadən xəbər verir ki, 100 nəfərdən ibarət siyahı "Liderlər", "İxtiraçılar", "İncəsənət xadimləri", "Yenilikçilər" kimi bir neçə bölməyə ayrılıb. Siyasətçilə

16.09.2021 877
.

Nərimanov rayon Montin qəsəbəsində tam təmirli mənzil satılır!

TƏCİLİ ŞƏXSİ ƏMLAKIMI SATIRAM !Nərimanov rayonu Montin qəsəbəsi, Murtuza Nağıyev küçəsində yeni tikili 16 mərtəbəli binanın 6-cı mərtəbəsində yerləşir. Tikili sahəsi 52 kv.m olan mənzil yataq otağı, zal+studio mətbəx, sanitar qovşaq, dəhliz və iki eyvandan ibarətdir. Qaz, su, işıq daimidir. İstilik sistem

15.09.2021 1181
.

Körpüyə görün hansı ad verildi - FOTOLAR

ABŞ-ın Oreqon ştatının Portland şəhərində piyada körpülərindən birinə "Simpsonlar" ("The Simpsons") cizgi filminin personajının adı verilib. xəbər verir ki, bu barədə yazır. Belə ki, həmin körpü "Simpsonlar" cizgi filmindəki Ned Flanders personajının şərəfnə adlandırılıb

15.09.2021 1164
.

Üz dərisini ağardan unikal vasitə

Təbii inqredientlərdən və vitaminlərdən ibarət effektiv Biocosu ağardıcı krem. Serum ilə birlikdə!. Həyatın müxtəlif mərhələlərində dəridə az və ya çox intensivlikdə piqmentasiya əmələ gələ bilər. Bu, irsiyyət, yaş, hamiləlik, aşılayıcı dərman və ya gözəllik salonlarında icra edilən bəzi müalicələr səbəbində

13.09.2021 741
.

Borşa da abidə qoyulacaq

Kiyev şəhər rəhbərliyi borşa qoyulacaq abidənin anonsunu verib. -a istinadən xəbər verir ki, abidənin qastroturizmin populyarlaşdırılması baxımından əhəmiyyətli olacağı bildirilib. Müvafiq təşəbbüsü aşpaz Yevgeni Klopotenko irəli sürüb. O, Ukraynada duzlu xiyara, qarpıza, dondurmaya və bu kimi qida vasitələrin

10.09.2021 1189
.

Məşhur şirkətlərdə məvaciblər nə qədərdir?

Bir çoxları "Google", "Facebook", "Amazon", "Uber", "Microsoft", "Intel", IBM kimi tanınmış ABŞ şirkətlərdə çalışmaq arzusundadır. Cari ilin ilk yarısında texnoloji nəhənglər 80 min nəfərdən çox əcnəbi əməkdaşı işə cəlb edib. Bəs görəsən onlar

16.09.2021 817
.

Bu şəxslərə soğan yemək olmaz

Soğan sağlamlıq problemlərinin siyahısını genişləndirə bilər. Diyetoloq, Kanada Diyetoloqlar Birliyinin üzvü Nataliya Nefedova bu barədə danışıb. O bildirib ki, soğan xüsusilə mədə-bağırsaq traktının işinin pozulmasına səbəb ola bilər. N.Nefedova "Sputnik" radiosuna verdiyi müsahibədə qey

12.09.2021 2801
.

Peyvənd olunana pulsuz dönər təklifi

Almaniyada türk əsilli iş adamı insanaları koronavirus əleyhinə vaksinasiyaya təşviq etmək məqsədilə maraqlı təşəbbüs göstərib. -a istinadən xəbər verir ki, Berlindəki "Kaplan Dönər"in sahibi Rəmzi Kaplan peyvənd olunan hər kəsə ona aid restoran və kafelər şəbəkəsində pulsuz dönər ikram ediləcəyin

16.09.2021 1185
.

Bakıda dördəm doğulub - VİDEO

Bakıda dördəm doğulub. -ın xəbərinə görə, uşaqlardan 3-ü oğlan 1140 qr., 1350 qr., 1230 qr, biri qızdır 1120 qr. Zaqatala rayon sakinləri olan 30 yaşlı Ülviyyə Sofiyeva və 32 yaşlı Huseynbala Sofiyevin ailəsində dünyaya gələn uşaqlar onların ilk övladlarıdır. Qeysəriyyə əməliyyatı ilə doğulan uşaqları

15.09.2021 942