Muhteşem yüzyıla şok ittiham

Muhteşem yüzyıla şok ittihamTürkiyənin tanınmış yazıçılarından biri Kevser Yeşiltaş TİMS Production studiyasını məhkəməyə verib.

Studiyanın çəkdiyi və hazırda Türkiyə ilə yanaşı, dünyanın 26 ölkəsində ən populyar seriala çevrilən "Muhteşem yüzyıl"ın ssenari müəllifləri ilə prodüserləri oğurluqda suçlanıblar.

İstanbuldakı Əqli Mülkiyyət Haqları Məhkəməsinə müraciət edən Kevser Yeşiltaşın şikayət ərizəsində bildirir ki, "Muhteşem yüzyıl"ın 67, 73 və 83-cü seriyalarında Parqalı İbrahim Paşanın arvadı Hadice Sultana oxuduğu şeir və mətnlər yazıçının Həllac Mənsurla bağlı yazdığı kitabından oğurlanıb, plagiat qismində, heç bir xəbərdarlıq və icazə olmadan istifadə edilib.

K.Yeşiltaş AA-ya verdiyi açıqlamasında deyib ki, 2010-cu ilin may ayında çap olunmuş "En’el Hak Gizli Öğretisi-Hallac-ı Mansur" adlı kitabında yer almış "Öyle sırlar vardır ki arar durursun ömrün boyunca", "Kırılmış tüm kanatlarım" və "Ateş gibi yaktı mı hiç seni?" adlı şeirlər mətnlərdən "Muhteşem Yüzyıl"ın 67, 73 və 83-cü seriyalarında icazəsiz, rüsxətsiz və müəllif hüquqlarının pozulması ilə istifadə olunub.

"Seriala ilk mövsümdə baxdım, sonra seyr etməyə vaxtım olmadı. Kitabımdakı şeirlərdn icazəsiz istifadə olunduğunu, daha doğrusu, oğurluq faktlarını da dostlarım mənə dedilər. Prodüserlərə və studiyaya məktub yazıb xahiş etdim ki, əgər şeirlərdən istifadə olunursa, onda serialın titrlərində kitabımın adı yazılsın. Kimsə mənə qulaq asmadı.

Mən də hüquqlarımı qorumaq üçün məhkəməyə üz tutdum. Serialı çəkənlər, yəqin, o şeirləri Həllac Mənsurun yazdığını düşünürlər. Lakin o şeirlər mənimdir. Serialda əvvəllər Mövlanadan, Divani-Kebirdən şeirlər səslənmişdi və adlar da çəkilmişdi. Adımın çəkilməsini yox, Həllac Mənsura da sayğı göstərilməsini istəyirəm. Adımı çəkməsəydilər, "şeirlər filan kitabdandır" desəydilər, vallah, bəsimdi. Amma bunu da etməlilər. Aktyor Okan Yalabıkın o şeirləri söyləməsini çox bəyəndim. Di gəl, məllif hüququ deyilən anlam var", - Yeşiltaş deyib.

Kevser Yeşiltaşın kitabının 174-cü səhifəsində yer alan, "Muhteşem yüzyıl"ın 73-cü seriyasında səslənən şeir budur:

"Öyle sırlar var ki ararsın durursun ömrün boyunca
Gösterdiğin çaba ve liyakate göre bulduğunu zannedersin

Ne zaman ki, vazgeçersin dalarsın dünya işlerine
İşte o zaman sana gelir o tüm aradığın sırlar bir bir peşi sıra

İnsanlar buna mucize derler, sen ise saklarsın yüreğinde.
Ne aradığını bilene, bir çiçeğin akşam vakti örtünüp

Sabah güneşi ile yapraklarını alabildiğince açışı bile yeter
Ne zaman ki, gölgeden vazgeçmiştir peşinde olmaktan,

Güneş olması gereken en yüksek noktadadır,
Sırrın sır olmadığını anladığın vakit İşte olman gereken en iyi durumdasındır."

mənbə: xezerxeber.com


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 2837   Tarix: 01 may 2013  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Paşinyanla Koçaryan yenidən üz-üzə - TƏHLİL

Ermənistanın sabiq prezidenti Robert Koçaryan dörd kəndin Azərbaycana qaytarılmasından sonra Tavuş rayonunda baş verən kiçikmiqyaslı aksiyalardan istifadə etmək qərarına gəlib. Uzun müddətdir gizli ittifaq qurduğu Tavuş yeparxiyasının rəhbəri Baqrat Srbazanı da bu oyuna qoşan siyasətçi İrəvan və digə

05.05.2024 426
.

Azərbaycan və Ermənistan XİN başçılarının Almatı görüşünün tarixi açıqlanıb - FOTO

Azərbaycan və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyanın Qazaxıstanın Almatı şəhərində görüşünün tarixi bəlli olub. Bu barədə Azərbaycan XİN sözçüsü Ayxan Hacızadə "X" hesabında paylaşım edib. Onun sözlərinə görə, görüş mayın 10-da Almatıda baş tutacaq

11:15 166
.

Daha bir erməni yalanı ifşa edildi - VİDEO

Qondarma soyqırımı ilə bağlı miflər illər keçdikcə daha da artır. Erməni yalanlarının vaxtaşırı ifşa olunmasına baxmayaraq, onlar bitib-tükənmək bilmir. Bu barədə "Caliber"in "YouTube" kanalında yayımlanan yeni süjetdə bildirilib. Qeyd olunub ki, Hitlerin adına yazılan "Ermən

05.05.2024 288
.

Tramp Bayden administrasiyasını Gestapo ilə müqayisə etdi

ABŞ-nin keçmiş prezidenti Donald Tramp hazırkı ölkə lideri Co Baydenin administrasiyasını Gestapo ilə müqayisə edib. Keçmiş dövlət başçısı bunu qapalı tədbirdə deyib. "Bu insanlar Gestapo administrasiyasını idarə edirlər", - Tramp ona qarşı məhkəmə iddiaları haqqında danışarkən bildirib. Eks-preziden

05.05.2024 229
.

Avropa Komissiyasının rəsmisi: Problemləri həll etmək üçün çox iş var

Avropa Komissiyasının Qonşuluq və Genişləndirmə Danışıqları üzrə baş direktoru Qert Yan Kupman (Gert Jan Koopman) Cənubi Qafqaza səfərindən sonra Türkiyəyə gedəcək. "Report" xəbər verir ki, bu barədə diplomat "X" səhifəsində yazıb. "Qarşıda bütün regiona fayda verəcək perspektivl

05.05.2024 165
.

Görüş üçün Almatı şəhəri məqsədli olaraq seçilib? - RƏY

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Ermənistan xarici işlər naziri Ararat Mirzoyan Qazaxıstanın Almatı şəhərində bu il may ayının 10-da görüşəcəklər. Beynəlxalq hüquq üzrə professor Fərhad Mehdiyev -a bildirib ki, görüş üçün Almatı şəhərinin seçilməsi maraqlıdır. Görüşdə delimitasiya v

12:28 176
.

Müdafiə Nazirliyi həftəlik icmalını təqdim etdi - VİDEO

Müdafiə Nazirliyi ötən həftə baş vermiş hadisələrdən ibarət icmal hazırlayıb. Nazirliyin Mətbuat Xidməti tərəfindən hazırlanmış icmal video formatında yayımlanıb. Sözügedən videonu təqdim edirik:

05.05.2024 228
.

KİV: Ukrayna defolt təhlükəsi ilə üzləşə bilər

Ukrayna avrobondlarının bir qrup xarici sahibləri Kiyevdən dövlət borcuna görə faiz ödənişlərinin 2025-ci ilə kimi bərpa olunmasını tələb etmək niyyətindədir. "Report" xəbər verir ki, bu barədə mənbələrə istinadən "The Wall Street Journal" məlumat yayıb. Kreditorlar komitəsinə Ukraynanı

05.05.2024 232
.

Zeynəb Xanlarovanın qudası alimin dediklərini eşidib insult keçirib

Qarabağda ekspedisiya aparılması üçün ayrılmış 92 min manatı mənimsəməkdə ittiham olunan tarixçi alim Səbuhi Hüseynov və arvadı Gülüstan İsayevanın məhkəməsi davam edir. "Qafqazinfo"nun məlumatına görə, əvvəlki iclaslarda barələrində polis vasitəsilə məcburi gətirilmə qərarı çıxarılmış şahidlərdə

15:40 281