Yeni idman sedanı Chevrolet SS-2013 (Fotolar)

Yəqin ki, yeni Chevrolet SS avtomobili sürət həvəskarlarını sevindirəcək. Bu güclü və sürətli avtomobil Chevrolet həvəskarlarında yalnız müsbət emosiyalar yaradacaq. Chevrolet SS şirkətin son 17 ildə buraxdığı ilk ön ötürücülü beşyerli sedandır.

SS-in kapotunun altında 6,2 litr həcmli "V" formalı mühərrik (LS3) quraşdırılıb. Səkkiz silindri olan bu mühərrik 415 at gücündədir, fırlanma momenti isə 610,1 Nm təşkil edir. Qeyd edək ki, bu, Chevrolet Corvette C6 2014 modelinin analoji göstəricilərindən 35 at gücü və 45 Nm azdır. İstehsalçı bildirir ki, yeni idman sedanı 100 km/sürət yığmağa 5 saniyədən də az vaxt sərf edir.

Mühərrik altı pilləli avtomat transmissiya ilə tandemdə işləyir. Sürət pillələrini kifayət qədər operativ surətdə dəyişmək olur. Bu işdə sürücüyə sükanaltı rıçaqlar kömək edir. Effektiv əyləcləməni təmin etmək üçün sedana ön tərəfdə dörd porşenli Brembo əyləc supportları, arxada isə bir porşenli supportlar quraşdırılıb. Modelin təkərlərinə 19 düymlük disklər quraşdırılır. Avtomobilin üzərinə düşən ağırlığın düzgün balanslaşdırılması və ağırlıq mərkəzinin aşağı endirilməsi məqsədi ilə kapot və baqaj bölməsinin dam örtüyü alüminiumdan hazırlanıb.

Elektrogücləndirici ilə təchiz olunmuş sükan idarəetməsi idmansayağı hərəkət üçün optimallaşdırılıb. Ventilyasiya olunan standart Brembo əyləc mexanizmləri 355 millimetrlik disklərlə və 4 porşenli ön supportlarla təchiz olunub.

Bundan başqa, alüminiumdan hazırlanmış yüngül lehimli diskləri də qeyd etmək lazımdır. Onların üzərinə Bridgestone şinləri taxılıb. Disklərlə şinlərin ölçüləri isə belədir: ön tərəfdə 19x8,5 düym / 245/40ZR19, arxada 19x9,0 düym / 275/35ZR19.

Chevrolet SS-in interyeri komfort həvəskarlarını sevindirəcək. Anatomik dəri kreslolar olduqca rahatdır. Yeni sedanın salonunda istər ön tərəfdə, istərsə də arxada oturan sərnişinlər özlərini rahat hiss edəcəklər. Chevrolet SS doqquz dinamikli keyfiyyətli Bose audiosistemi ilə təchiz olunur.

Yumşaq üzlüyü olan, cilalanmış xromla işlənən cihazlar panelinin üzərində SS emblemi diqqəti cəlb edir. Sutkanın qaranlıq saatlarında interyer tutqun mavi işıqla işıqlandırılır. Mərkəzi konsolda informasiya-əyləncə sistemi, klimat-kontrolun idarəetmə paneli və digər idarəetmə elementləri quraşdırılıb.

Yeni sedanın təhlükəsizlik sistemlərinə gəlincə, hərəkət zolağına, habelə yan tərəflərdəki görünməyən zonalara nəzarət sistemini xüsusi qeyd etmək lazımdır. Bundan əlavə, avtomatik parklama sistemi də nəzərdə tutulub. Bu sistem istər paralel parklama əməliyyatını, istərsə də maili parklamanı həyata keçirə bilir. Parklamaya yardım edən bu cür sistem Chevrolet avtomobilinə ilk dəfə quraşdırılır.

mənbə: auto.az

Yeni idman sedanı Chevrolet SS-2013 (Fotolar)Yeni idman sedanı Chevrolet SS-2013 (Fotolar)Yeni idman sedanı Chevrolet SS-2013 (Fotolar)Yeni idman sedanı Chevrolet SS-2013 (Fotolar)Yeni idman sedanı Chevrolet SS-2013 (Fotolar)Yeni idman sedanı Chevrolet SS-2013 (Fotolar)Yeni idman sedanı Chevrolet SS-2013 (Fotolar)


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1739   Tarix: 02 may 2013  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Azərbaycanda koronavirusa yoluxanların SAYI AÇIQLANDI: 29 nəfər ÖLDÜ - FOTO

Son sutkada Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2 042 yeni yoluxma faktı qeydə alınıb, 3 224 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 29 nəfər vəfat edib. İndiyədə

18.09.2021 2874
.

FHN leysan nəticəsində köməksiz qalan vətəndaşları xilas etdi -VİDEO

Güclü leysan yağışları nəticəsində Qusar rayonunun Urva kəndi istiqamətində bir qrup vətəndaşın köməksiz vəziyyətdə qalması barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olub. -ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərinə görə

18.09.2021 523
.

Azərbaycan polisindən ermənilərə süngülü dərs - VİDEO

Gorus-Qafan yolu üzərində xidmət göstərən Azərbaycan polisi yoldan keçmək istəyən ermənilərə dərs verib. "Qafqazinfo" xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə üzərində qondarma respublikanın "bayrağ"ı olan avtomobilin postdan keçmək üçün yaxınlaşdığı görünür. Postd

18.09.2021 988
.

Ronaldo qoyunlara görə 14 milyonluq evindən köçdü - FOTO

Dünya futbolunun ulduzu Kriştiano Ronaldo 6 milyon funt-sterlinq (təxminən 14 milyon AZN) dəyərindəki malikanəsindən köçmək məcburiyyətində qalıb. xəbər verir ki, buna səbəb futbolçunun həyat yoldaşı Corcino Rodriqez və 4 övladı ilə birlikdə yaşadığı villanın ətrafında qoyun sürüsünün olmasıdır. Ronald

18.09.2021 1949
.

Şairdən Üzeyir Hacıbəyliyə qəribə təbrik: "Bunu sənə bağışlamaq olmur..."

"Xöşbəxt adamsan ki, Azərbaycan musiqisinin bu gününü görmədin". Qaynarinfo xəbər verir ki, bunu nəğməkar şair, Əməkdar İncəsənət Xadimi Baba Vəziroğlu dahi bəstəkar Üzeyir Hacıbəylini ad günü ilə əlaqədar təbrikdə yazıb. Şair bildirib ki, Üzeyir bəyin vaxtsız ölümü ilə Azərbaycan musiqis

18.09.2021 3544
.

Köçəryan Moskvaya gedə bilməyəcək - QADAĞAN EDİLDİ

Məhkəmə Ermənistanın keçmiş prezidenti, "Hayastan" blokunun rəhbəri Robert Köçəryanı ölkədən çıxmasını qadağan edib. APA-nın məlumatına görə, bu barədə "Hayastan" blokunun mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, təxminən bir həftə əvvəl Rusiyanın hakim "Vahid Rusiya"

17.09.2021 999
.

İstirahət gününün havası açıqlandı

Sentyabrın 19-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 18-21 isti, gündüz 25-28 isti

18.09.2021 459
.

Kosmosa tarixi uçuşdan ilk görüntülər - FOTOLAR

Xəbər verdiyimiz kimi, hamısı mülki şəxslərdən ibarət olan dörd nəfəri daşıyan kosmik gəmi kosmosa göndərilib. "Qafqazinfo" xəbər verir ki, "SpaceX" kosmos turistlərinin ilk görüntülərini yayımlayıb. Həmin görüntüləri təqdim edirik:

18.09.2021 888
.

Paşinyan Batumidə "yoxa çıxdı"

Bir neçə gün əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan Gürcüstana rəsmi səfər edib. Onun səfəri Batumi şəhərində başa çatıb. Rəsmi məlumata görə, onunla Gürcüstanın baş naziri arasında qeyri-rəsmi görüş olub. Batumiyə səfər Ermənistan cəmiyyətinin əhəmiyyətli bir hissəsi və xüsusən də bəzi Rusiy

18.09.2021 774