Musa Musayevin qardaşı: Təranə Qumralın əvvəlki ərini axtarıram, qan salacağam

Musa Musayevin qardaşı: Təranə Qumralın əvvəlki ərini axtarıram, qan salacağamƏli Musayev: "Təranə kim olduğunu unudubsa, kimliyini yadına salım..."Müğənni Təranə Qumral müsahibəsində onun ailəsində baş verən olaylara görə, qaynı Əli Musayevi ittiham edib. O bildirib ki, qaynı Əlinin 55 yaşında başını soxacaq bir yeri yoxdursa, kirayələrdə yaşayırsa o, hansı haqla kiməsə ağıl öyrədə bilər?

Əli Musayevin sözlərinə görə, elə bir qiyamət qopacaq ki, onun qarşısında Niyaməddin Musayev belə dayana bilməyəcək:

"Mən Təranə Qumralın əvvəlki əri Mövludu axtarıram. Elə bir qan salacam ki, Təranə doğulduğuna peşman olacaq. Onu yaman günə qoyacam. Arxivləri açacam, özü də efirdə. Təranə məni şantaj edib. Əsl qırğın və şou isə daldadır. Təranə kim idi? Mən onun kimliyini yadına salım. Təranə ilk əvvəl tanınmış bir müğənninin arvadının saç ustası olub. "Nərimanov"da saç düzəldirdi. Keçmişini yada salsın.

Həmin müğənni Rusiyaya səfər edəndə onu da özü ilə götürüb. Musa, Cabbar da onunla orada tanış olub. Biz əmim Niyaməddin Musayevin sifarişi ilə Musanın və Təranənin bütün müsahibələrini saxlayırıq. Niyaməddin Musayev gələndən sonra onlarla tanış olub öz qərarını verəcək. Ondan sonra sular bir az bulanacaq. Hərə çəkilib yerində oturacaq. Musa ölənə kimi Niyaməddin müəllimlə, Cabbara borcludur.

Və Musa şəxsən mənə borcludur. "Mercedes" markalı maşınım onun borcunun güdazına gedib. Onu öldürürdülər. Gəlib yalvardı ki, "məni Təranə evə qoymur". Mən də o pulun müqabilində "Mercedes" maşınımı verdim. Yaxşı, pulumu niyə vermirsən? Rusiyada Musanı səbirsizliklə gözləyirlər. Onlar orada böyük sürprizlə qarşılaşacaq. Onu çırpacaqlar, Bakıya tanınmaz halda qayıdacaq".

mənbə: aznews.az


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 6397   Tarix: 27 aprel 2013  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Kıvanç Tatlıtuğ Çağatay Ulusoyla küsülü olması barədə iddialara cavab verib

Aktyor Kıvanç Tatlıtuğ həmkarı Çağatay Ulusoyla küsülü olması barədə iddialara cavab verib. xəbər verir ki, bu barədə türk mətbuatı bildirib. "Bəziləri şayiə yayırlar. Cavab verməyə belə ehtiyac duymuram. Məgər dostluq "Instagram"da bir-birini izləməklə ölçülür?" ,- deyə o qeyd edi

30.04.2024 496
.

Kərimin biznesi batdı

Müğənni Kərim Abbasov ilin əvvəlində açdığı restoranı bağlayıb. Axşam.az xəbər verir ki, bu barədə sənətçi "Xəbərin var?" verilişində qonaq olarkən danışıb. O, müəyyən problemlərlə üzləşdiyini bildirib:. "Yanvarda açdığım restoranı bağladım, çox getmədi. Müəyyən problemlər yarandı. He

01.05.2024 1024
.

"Şəxsi həyatımdan danışdım, səhv etdim"

Müğənni Zeynəb Həsəni şəxsi həyatı ilə bağlı verdiyi açıqlamadan danışıb. OLAY yazır ki, sənətçi "Rəngarəng səhər" verilişində qonaq olarkən məkanların birində keçmiş sevgilisi ilə bağlı səsləndirdiyi fikirdən söz açıb:. "Məni evdən qovduracaqsəınız. Səhv etdim, bir dəfə şəxsi həyatımda

30.04.2024 877
.

Leonardo Di Kaprioya həsr olunan film çəkiləcək

Altay diyarının Soltonski rayonunda aktyor Leonardo Di Kaprionun macəralarından bəhs edən film çəkiləcək. Kristina Holdeyevanın mokyumentari (psevdosənədli) janrında çəkəcəyi "Leo, bizdə Sibir şəraitidir" filmi sənətçinin mükafat almağa getməsi, yolda azması, sevgisini tapması və Lenin rolun

02.05.2024 338
.

Mələkxanım Eyubovanın yeni DƏBDƏBƏLİ VİLLASI - VİDEO

Xalq artisti Mələkxanım Eyubova dəbdəbəli villasını efirdə nümayiş etdirib. BİG.AZ axşam.az-a istinadən bildirir ki, sənətçinin Şağanda yerləşən yeni evində "Evdəkilərə salam" proqramı çəkiliş edib. Həmin görüntüləri təqdim edirik:

28.04.2024 1299
.

Pərvin çəkilişlərdə xəstəlik tapdı

Aktrisa Pərvin Abıyeva filmlərə çəkilməməyinin səbəbini açıqlayıb. OLAY yazır ki, o, bu barədə "Xəzər axşamı" verilişində danışıb. Abıyeva çəkildiyi layihələrdə ondan sponsor istədiklərini deyib. "İlk dəfədir bunu deyirəm. Amma artıq deyəcəyəm. Bilmirəm səbəbi nədir, məndənmi istəyirlə

30.04.2024 1060
.

"Evdar xanımlar estetik etdirməsin"

"Efir insanları əgər ehtiyac varsa, estetik etsinlər, amma evdar xanımlar yox. Hamı Cennifer Lopez kimi görünə bilməz. Onlar bunu etdikcə çox süni olublar, danışıqlarını da itiriblər. Siz adi qadın olun, həyat yoldaşınıza uyğun. Yoxsa ki, hamı Cennifer Lopez, Diva olub. Bunu qəbul etmirəm. Baxırsa

29.04.2024 1310
.

O da "Bahar"a gəldi - Foto

"Bahar" serialına yeni aktrisa daxil olacaq. Axşam.az xəbər verir ki, ekran işində Yasemin Sakallıoğlu rol alacaq. O, layihədə qonaq rollardan birinə həyat verəcək. Qeyd edək ki, serialın baş rolunu aktrisa Demet Evqar canlandırır. Serialda eyni zamanda Mehmet Yılmaz Ak və Buğra Gülsoy da çəkili

28.04.2024 579
.

Əməkdar artist Cəlilabadda məscid tikdirib - VİDEO

Əməkdar artist Yusif Mustafayev Cəlilabadda məscid tikdirib. Bu barədə Xəzər TV-nin efirində yayımlanan verilişlərdən birində aşıq Zülfiyyə İbadova məlumat verib. Aşıq sənətçinin həmişə xeyirxah işlər gördüyünü qeyd edib

30.04.2024 1268