408 at güclü Mercedes (Foto)

Seriyalı "Mercedes-Benz" markasının avtomobilərinin tamamlandırılması üzrə ixtisaslaşan, Avropa bazarlarında məşhur olan "Famous Parts" tüninq-atelyesi bu yaxınlarda kupe"CL500"-ün sonuncu nəslini kökləmək üçün hazırlanmış paketi təqdim etdi.Avtomobilin tamamlanmasında texniki içliyin çox az yenilik əldə etdiyi halda, əsas diqqət xarici görünüşə verilib. İşin sonunda qara rəngin çox olduğuna görə "Mercedes-Benz CL500 Premium"-un adını dəyişib "CL500 Black Matte Edition" qoydular.

"Prior Design" şirkətindən olan aerodinamik asma "Brabus" atelyesindən və "AMG"-nin idman bölməsindən olan bəzi detallarla birgə idman kupesinin eksteryerinə daha aqressiv üslub verdi. Alman tünerləri avtomobilin banına yenidən işlənmiş bamperlər, yan ətəklər, daha geniş təkər yarımhalqaları olan yeni qanadlar, yük yerinin qapağının kiçik spoyleri və yenidən işlənmiş kapot bağışladılar.

Avtomobilin fərdi üslubunu yenilənmiş fənərlər, olmayan xromlaşdırılmış dekor elementləri, işıqdiodlu hərəkət işıqları, tonlaşdırılmış şüşələr və avtomobilin bütün banına çəkilmiş qara tutqun "Moonshine Deep Black Matte" təbəqəsi nəzərə çarpdırır. Əsas qara rəngə uyğun olaraq radiator barmaqlığındakı "Famous Parts" emblemini rənglədilər və kapotda qara "Famous Parts" loqotipi quraşdırdılar. Qıraqda avtomobilin qapısının üstündə alman tünerinin simvolu olan açıq zolaqlar meydana gəlib.

Möhtəşəm kupenin idman "qamətini" hərəkət işığının yüksəkliyinin köklənməsinə cavabdeh ABC asılqanının elektrik modulu və 21-düymlük ikirəngli Brabus Monoblock E disklərinə "bürünmüş", qabaq oxda 265/30, arxa oxda isə 305/25 ölçülü, aşağı profilli Continental Sport Contact rezinləri nəzərə çarpdırır. 408 a.g. və 600 Nm fırlanma anı verən 4,7-litrlik V8 mühərikinin səsini yaxşılaşdırmağa CL63 AMG modifikasiyasından olan qazçıxma sistemi və ekstremal rodster SL65 AMG Black Series-dən kənar borular imkan verdi.

mənbə: auto.az

408 at güclü Mercedes (Foto)408 at güclü Mercedes (Foto)408 at güclü Mercedes (Foto)


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 2063   Tarix: 28 aprel 2013  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Tbilisidə ev almaq istəyənlərin diqqətinə: Qiymətlər bahalaşdı

Gürcüstanın paytaxtı Tbilisidə bu ilin ilk rübündə daşınmaz əmlakın qiyməti 13 % artıb. Bu barədə Gürcüstan Statisika Komitəsi məlumat yayıb. Yeni tikililərdə mənzillərin qiymətləri 12,9 %, yeni fərdi yaşayış evlərinin qiyməti isə 13,3 % artıb. Ən bahalı mənzillər Mtatsminda (kvadratmetr üçün 200 dollarda

28.04.2024 213
.

Dubayda rekord miqdarda yağan yağışın səbəbi məlum oldu

Fars Körfəzi ölkələrində rekord miqdarda yağan yağışın səbəbi iqlim böhranıdır. Bu qənaətə "World Weather Attribution" (WWA) təşkilatının analitikləri gəliblər. Ərəbistan yarımadasının cənub-şərq hissəsində nadir hallarda, adətən El Ninyo fenomeninin təsiri altında güclü tufanlar baş verir

28.04.2024 314
.

İsrailin müdafiə naziri: HƏMAS-ı zərərsizləşdirmək üçün lazım olan qədər vaxt sərf edəcəyik

İsrailin müdafiə naziri Yoav Qalant bildirib ki, ökəsi HƏMAS qruplaşmasını zərərsizləşdirmək və girovları azad etmək üçün lazım olan qədər vaxt sərf edəcək. Bu barədə "Report" "The Jerusalem Post"a istinadən xəbər verir. "Biz bu vəzifələr üzərində işləyirik və hər ikisini yerin

28.04.2024 130
.

Tbilisidə bu ilin ilk rübündə daşınmaz əmlakın qiyməti artıb

Gürcüstanın paytaxtı Tbilisidə bu ilin ilk rübündə daşınmaz əmlakın qiyməti 13 % artıb. "Report"un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Statisika Komitəsi məlumat yayıb. Yeni tikililərdə mənzillərin qiymətləri 12,9 %, yeni fərdi yaşayış evlərinin qiyməti isə 13,3 % artıb. Ən bahal

28.04.2024 150
.

İstanbul aeroportu Avropanın ən işlək hava limanı oldu

İstanbul aeroportu Avropanın ən işlək hava limanı olub. Bu barədə Avropa Hava Naviqasiyasının Təhlükəsizliyi Təşkilatının ("Eurocontrol") 15-21 aprel tarixləri üzrə Avropa Aviasiya Hesabatında bildirilib. Məlumata görə, İstanbul Hava Limanı bu müddət ərzində gündə orta hesabla 1424 uçuş həyat

28.04.2024 149
.

"Oman LNG" "TotalEnergies" ilə ildə 800 min ton MTQ tədarükü haqqında müqavilə imzalayıb

Omanın "Oman LNG" şirkəti Fransanın "TotalEnergies"i ilə ildə 800 min ton mayeləşdirilmiş təbii qazın (MTQ) tədarükü üçün müqavilə bağlayıb. "Report" TASS-a istinadən xəbər verir ki, bu barədə "Oman LNG"nin bəyanatında bildirilib. Müqavilənin şərtlərinə görə, "Oma

28.04.2024 161
.

Sahibə Qafarova: Fransa regionda sülhə xidmət etməyən yanaşma ortaya qoyur

Fransa regionda sülhə xidmət etməyən, yeni münaqişənin alovlanmasına hesablanmış yanaşma ortaya qoyur. "Report" xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova Monteneqro Prezidenti Yakov Milatoviç ilə görüşündə Fransanın regionda gərginliyi artırmaq məqsədi daşıyan addımları barəd

28.04.2024 173
.

Ermənistan XİN: "Türkiyə ilə sərhəd məntəqəsi istismara hazırdır"

Ermənistan tezliklə Türkiyəyə iki ölkə arasındakı sərhəddə yerləşən Ani körpüsünün bərpası məsələsində öz yanaşmalarını çatdıracaq. Bu barədə ölkənin Xarici İşlər Nazirliyi məlumat verib. "Türkiyə Ani körpüsünün bərpasına dair protokolu Ermənistana təhvil verib. Hazırda sənəd üzərində iş yekunlaşma

28.04.2024 146
.

Kür çayında suyun səviyyəsi azalıb

Böyük Qafqazın ərazisindən axan Qudyalçay-Qımıl məntəqəsində suyun səviyyəsi 5 santimetr artıb, Qarasuçay-Zərdabda 20, Qaraçay-Rük, Əyriçay-Ağyazıdə 3 santimetr azalıb, Katexçay-Qəbizdərə məntəqəsində isə dəyişməyib. Bu barədə BİG.AZ-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiy

28.04.2024 194