İlk qadın opera müğənnisi Şövkət Məmmədovanın doğum günüdür

İlk qadın opera müğənnisi Şövkət Məmmədovanın doğum günüdürBu gün Azərbaycanın ilk qadın opera müğənnisi, xalq artisti Şövkət Məmmədovanın doğum günüdür.

Şövkət Məmmədova 1897-ci il aprelin 18-də Tiflisdə kasıb bir ailədə anadan olub.

Pinəçi olan atası qızının musiqi istedadını hiss edəndə Şövkətin 6 yaşı var idi. 1910-cu ildə o, Qafqaz vilayətinin qubernator müavini qraf İllarion Vornontsov Daşkovun təşkil etdiyi ziyafətdə çıxış etməsi üçün sponsor axtarışında da olub. Atası Milyonçu Hacı Zeynalabdinin köməkliyi ilə 1910-cu ildə onu Bakıya göndərir. 1911-ci ildə isə Tağıyev və həyat yoldaşı Sona xanımın köməyi ilə İtaliyanın Milan şəhərində musiqi məktəbinə daxil olur. Lakin təhsili yarımçıq qalır və Ş.Məmmədova Rusiyaya qayıtmalı olur.

Musiqişünasların ehtimallarına görə isə, təqaüdün kəsilməsinin əsas səbəbi xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevlə Şövkət Məmmədova arasındakı inciklik olub. Belə ki, gözügötürməyənlər Milanda təhsil alan bu xanımın barəsində müxtəlif şayiələr yayaraq onu Hacının gözündən salıblar. Şövkət Məmmədova isə əlacsız qalaraq, təhsilini Tbilisi musiqi məktəbində davam etdirməli olur. O, həmin il dahi bəstəkar Üzeyir Hacıbəyovla tanış olur.

Ş.Məmmədova Bakının Tağıyev teatrında ilk dəfə professional ifaçı kimi çıxış edir. 15 yaşlı Şövkət Üzeyir Hacıbəyovun "Ər və arvad" operettasından bir neçə parça ifa edir.

Konsertdən əldə olunan vəsait isə Ş.Məmmədovanın İtaliyada təhsilini davam etmək üçün işlənməliydi. Lakin qadının örtüksüz səhnədə oxuması Bakının müsəlman icmasını xeyli qəzəbləndirmişdi. Qoçular Şövkət Məmmədovanı öldürmək qərarına gəlirlər, lakin gənc müğənni Üzeyir bəy və dostlarının köməyi ilə faytona mindirilir və Abşeron kəndlərinin birində gizlədilir.

1915-ci ildə Şövkət Məmmədova Kiyev Konservatoriyasına daxil olur və konservatoriyada oxuduğu müddətdə bəstəkar Reynqold Qlier ilə tanış olur. Şövkət xanımın təşəbbüsü ilə Qlier Azərbaycana gəlir və musiqi folklorumuzu öyrənir. Bəstəkar səfərindən bəhrələnərək "Şahsənəm" operasını yazır və əsəri Şövkət Məmmədovaya ithaf edir.

1921-ci ildən başlayaraq o, Rusiya, Fransa, İtaliya, İran və Gurcustanda çıxışlar edib. İtaliyaya səfəri zamanı yenidən Milan musiqi məktəbinə daxil olur və 1912-ci ildə axıra çatdırılmamış təhsilini tamamilə bitirir.

Şövkət Məmmədova opera və balet teatrında "Sevilya bərbəri" operasında Rozina, "Riqoletto"da Cilda, "Şah İsmayıl"da Gülzar, "Arşın mal alan"da Gülçöhrə və başqa aparıcı partiyaları ifa edib. Şövkət xanım Azərbaycanda ilk not nəşriyyat idarəsini və Bakı Ali Teatr məktəbini yaradır. Onun təşəbbüsü ilə Bakı Teatr Texnikumu açılır.

Ömürün sonuna kimi Azərbaycan Dövlət Konservatoriyasında tələbələrə professional vokal dərsləri verib. Şövkət Məmmədova 1915-ci ildə Kiyevdə oxuyarkən Milanda tanış olduğu mühəndis Yakov Lyubarski ilə ailə həyatı qurub.

Xalq artisti 1982-ci il iyunun 8-də Bakıda vəfat edib.

mənbə: gun.az


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 2649   Tarix: 18 aprel 2013  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Peyvənd olunana pulsuz dönər təklifi

Almaniyada türk əsilli iş adamı insanaları koronavirus əleyhinə vaksinasiyaya təşviq etmək məqsədilə maraqlı təşəbbüs göstərib. -a istinadən xəbər verir ki, Berlindəki "Kaplan Dönər"in sahibi Rəmzi Kaplan peyvənd olunan hər kəsə ona aid restoran və kafelər şəbəkəsində pulsuz dönər ikram ediləcəyin

16.09.2021 1185
.

İnsanın ömrünü 50 il uzatmaq mümkün olacaq? - Yapon təcrübələri əsasında YENİ TEXNOLOGİYA

Dünyanın ən varlı adamı, Amazon -un qurucusu "Jeff Bezos", ölümsüzlüyə qədər qocalma ilə mübarizə texnologiyaları yaradan "Altos Labs" startapının sərmayəçisi olub. Bu barədə "MIT Tech Review" məlumat yayıb. Şirkət yaşlanma prosesini öyrənir və qocalmanı məğlub etmək üçü

11.09.2021 2356
.

"Atam anama deyirdi ki, mənə raxit övlad lazım deyil, at onu uşaqlar evinə" - 21 yaşlı "rezin qız"

Hal-hazırda 21 yaşım var, doğuşdan 5 yaşına kimi mən nə danışmışam, nə də yerimişəm. Allah bu rezinliyi oyuncağım olaraq vermişdi mənə. Anormal olsam da, əyilib-büzülürdüm, ayağımı başıma, başımı ayağıma qoymasaydım qala bilmirdim, çox sıxılırdım". Bunu -a anadangəlmə qeyri-adi istedada malik, "rezi

12.09.2021 5476
.

Hamilə olduğunu bilmirdi, hamamdan çıxanda qəfil doğuş etdi - FOTO

Yeni Zelandiyanın 9 ay hamiləliyindən xəbərsiz olan 41 yaşlı sakini Karla Akuhata gözlənimədən yataq otağında uşaq dünyaya gətirib. BİG.AZ xəbər verir ki, bu barədə "The New Zealand Herald" yazır. Belə ki, bir həftə öncə anasının evində olan Akuhata qarın nahiyəsində kəskin ağrı hiss edib

14.09.2021 2001
.

Məşhur şirkətlərdə məvaciblər nə qədərdir?

Bir çoxları "Google", "Facebook", "Amazon", "Uber", "Microsoft", "Intel", IBM kimi tanınmış ABŞ şirkətlərdə çalışmaq arzusundadır. Cari ilin ilk yarısında texnoloji nəhənglər 80 min nəfərdən çox əcnəbi əməkdaşı işə cəlb edib. Bəs görəsən onlar

16.09.2021 817
.

Doğum evində skandal: 20 il sonra məlum oldu ki...

İspaniyada 20 il əvvəl iki qız uşağının səhv ailələrə verildiyi açıqlanıb. Rəsmi dairələrin məlumatına görə, hadisə Rioxa bölgəsində baş verib. Açıqlamaya görə, hadisə tibb işçilərinin diqqətsizliyi səbəbilə baş verib. Bildirilir ki, uşaqlar 5 saat fərqlə dünyaya gəlib. Onlar zəif olduğu üçün xüsus

12.09.2021 2121
.

İtkin düşən 10 yaşlı qız pedofilin evində tapıdı - VİDEO

Rusiyanın Sankt-Peterburq şəhərində polis on yaşlı qızı pedofildən xilas edib. -a istinadən xəbər verir ki, məlumata görə, sentyabrın 9 -da axşam saatlarında məktəbli qızın atası Leninqrad vilayətinin polisə müraciət edərək, qızının dərsdən sonra evə qayıtmadığını bildirib. Polis itkin düşən məktəblini

13.09.2021 2197
.

Binanın qarşısından keçən qadının üstünə armatur düşdü – ANBAAN VİDEO

Türkiyənin Çorum şəhərində qadın tikintisi davam edən binanın qarşısından keçərkən ciddi təhlükə ilə üzləşib. -a istinadən xəbər verir ki, hadisə anbaan inşaat meydançasının təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb. Görüntülərdə qadının onun üstünə düşən armatur dirəklərdən yayınmağa çalışdığ

14.09.2021 1946
.

Çox təcili 9 mkr-da Mir Cəlal küçəsində təmirli mənzil satılır!

16 ci mərtəbədə təmirli qanuni 2 otaq əlavə 1uşag otağı var.Qazı,suyu,işığı daimidir.Bağça,məktəb 100 metr məsafədə yerləşir. Evin çıxarışı var. Qiymət 12800man. Əlaqə üçün (055) 8166886. (050) 3127604

13.09.2021 1018