Təranə Qumral: "Musanın psixikası pozulub, xəstədir" (Video)

Təranə Qumral: "Musanın psixikası pozulub, xəstədir" (Video)Musa Musayevlə Təranə Qumralın arasında yaşanan qalmaqal daha da böyüyür.

Təranə Qumral (Musayeva) həyat yoldaşı olmuş Musa Musayevin ona qarşı iddia etdiyi ittihamları təkzib edib.

Müğənni "Günəbaxan" verilişində M.Musayevin ittihamlarına cavab verib:

"Haqqımda danışılanlar hamısı yalandır, şayiədir. Məni ləkələmək istəyirlər. Amma bunu heç bir vaxt bacarmayacaqlar. Kimin əlində faktları varsa gətirə bilər. Musa deyir ki, mənim səsimi yazıb. Göstərsin! Əslinə baxanda, bütün bunlar Musanın fikri deyil.

Çünki onun yanında Əli adlı qardaşı var. Dəfələrlə mən onlara demişəm ki, əl çəkin, Musanın uşağı var. Nə istəyirsiz? İllər keçib, amma onlar hələ də çalışırlar ki, Musanı çəkib aparsınlar. Dəfələrlə iftiralar, şərlər, nalayiq söyüşlərlə qarşılaşmışam. Amma mən belə çirkin sözlərlə, hərəkətlərlə heç vaxt gündəmdə qalmaq istəməmişəm".

T.Qumral canlı efirdə M.Musayevin psixoloji problemləri olduğunu deyib:

"Musanın psixikası pozulub, xəstədir. Bu, illər öncə başlayıb. Hətta bir dəfə də müalicə alıb. Ona görə də mən onun üstünə çox getmirəm. Mən Musadan 3 il bundan qabaq ayrılmışam. Onu qorxutmaq məqsədilə sənəd üzərində ayrıldım.

Ona göstərmək istədim ki, bu şeylər də var, özünü yığışdır. Çünki ordan-burdan gedib pullar alırdı. Ona xəbərdarlıq elədim ki, bu əməllər yaxşı deyil. Sənin axı heç nəyə ehtiyacın yoxdu. Bunu biləndə şok yaşadım. Ona demişdim ki, belə etmə, sən sənət adamısan, efirə çıxanda haqqında pis danışacaqlar.

Arada olanlara baxmayaraq, mən Musanı sevirəm. Biz əsrin Leyli-Məcnunu olmuşuq. Biz biryerdə yaşayırdıq. Kim deyir ki, biz ayrılmışıq? Mənim uşağım var. Bu hadisələrlə şou yaratmaq istəmirəm. Deyirlər ki, Musa uşaqlarını atıb. Xeyr, Musa uşaqlarını atacaq qədər aciz kişi deyil. Musanın məndən olan uşağının 5 yaşı var. İllərdir biz biryerdəyik.

Musa deyib ki, məni ona xəyanət edərkən yaxalayıb. Söyləyib ki, məni illərdir güdür. Axı, ay Musa, sən məndən bir addım kənar gəzməmisən. Evə mənimlə birgə girib-çıxırsan. Mən Musadan sadəcə, kağız üzərində ayrılmışdım.

Musa məni sevmədiyini deyib. Yalan deyir, o məni sevir. Mən də onu sevirəm. Mən həyatda bir kişi sevmişəm, o da Musadır. Amma nə olur olsun, bu, kişiyə yaraşan, ona xas olan hərəkət deyildi. Dünənə qədər bir yerdə olmuşuq və bir-birimizi də sevə-sevə yaşamışıq".

Qeyd edək ki, müğənnilər Musa Musayevlə Təranə Qumralın (Musayeva) qalmaqalla ayrıldıqları barədə məlumat vermişik. Cütlük Nərimanov Rayon Məhkəməsində rəsmi qaydada boşansa da, bu xəbər tərəflərin razılığı ilə mətbuatdan gizli saxlanılıb.

Ötən gün isə M.Musayev keçmiş həyat yoldaşının ona xəyanət etməsi haqda mətbuatda açıqlama verib.

mənbə: gun.az


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 14547   Tarix: 16 aprel 2013  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

"Bakı marafonu"na Aygün Kazımova START VERDİ - FOTOLAR

Bu gün Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən "Bakı Marafonu 2024" start götürüb. Axşam.az xəbər verir ki, "Küləyə qalib gəl" şüarı altında artıq 7-ci dəfə təşkil olunan yarımarafon Dövlət Bayrağı Meydanından başlayıb. 21 kilometrlik məsafəni əhatə edəcək yarışmanın finiş

12:00 836
.

Müğənni Əbdül Xalid dəhşətli qəzaya düşüb - VİDEO

Müğənni Əbdül Xalid dəhşətli avtomobil qəzasına düşüb. xəbər verir ki, o bu fikirləri ATV-də yayımlanan "Günaylı Gün" verilişində deyib. Bildirib ki, qəzadan sağ çıxmaq çətin idi:. "Şükürlər olsun, özüm zədə almadım. Amma maşın yararsız haldadır. Allah qorudu". Ətraflı videoda:

02.05.2024 1881
.

Aygün Kazımovanın qızı İlqarə gözəlliyi ilə GÖZ OXŞADI - FOTO

Xalq artisti Aygün Kazımovanın qızı, müğənni İlqarə Kazımova sosial mediada paylaşım edib. xəbər verir ki, müğənni "instagram" hesabında fotosunu paylaşıb. Fotoda İlqarə görünüşü ilə izləyicilərin diqqətini çəkib. Paylaşıma xoş sözlər yazıblar. Sözügedən fotonu təqdim edirik:

04.05.2024 2728
.

Bu da Ülviranın modelə bənzəyən qızı - Gözəlliyi ilə HEYRAN EDİR - FOTO

Aparıcı Ülvira Qarayeva sosial media hesabında paylaşım edib. xəbər verir ki, sənətçi "instagram" hesabında qızı Zeynəbin fotosunu izləyiciləri ilə bölüşüb. Paylaşım izləyicilərin marağına səbəb olub. Qeyd edək ki, Ülviranın qızı tibb təhsilini Türkiyədə alıb, orada da çalışır

04.05.2024 994
.

Hamını aldadıblarmış…

Müğənni Təranə Qumralın qızı Qumral anasının yalan danışdığını etiraf edib. OLAY yazır ki, bu barədə o, "Xəbərin var?" verilişində danışıb. Qumral bildirib ki, anası 4-cü övladını dünyaya gətirməyib və "Rəngarəng səhər" verilişində edilənlər sadəcə şou imiş. O, "Bizim ideyamı

03.05.2024 2715
.

"Kızıl goncalar"ın aktyorları sevgilidir - Foto

"Kızıl goncalar" serialında yaşanan eşq gerçək olub. Axşam.az xəbər verir ki, aktyorlar Mert Turakla Melis Çınar sevgilidir. Cütlük ötən gün paparatsilərin obyektivinə tuş gəlib. Turak aralarındakı münasibəti təsdiqləyərək "Olan oldu. Ən azından birlikdə poz verək ki, yaxşı düşək"

12:50 429
.

Nərmin Edisin mahnısına ELƏ RƏQS ETDİ Kİ... - VİDEO

Nərmin Kərimbəyovanın rəqsi müzakirələrə səbəb olub. xəbər verir ki, müğənni türkiyəli həmkarı Edisin repertuarına müraciət edib. Onun səhnədə mahnının musiqisinə və sözlərinə uyğunlaşdırdığı rəqs elementləri maraqla qarşılanıb. Həmin anları əks etdirən görüntülər sosial şəbəkələrdə yayılıb

14:00 438
.

Cennifer Lopez və Ben Afflekin evliliyi təhlükə altındadır: Yenidən ayrılırlar?

Məşhur müğənni Cennifer Lopezlə aktyor Ben Afflekin münasibətləri ciddi böhran yaşayır. Bu barədə "Life&Style" nəşri insayderlərə istinadən yazıb. Məlumata görə, Ben Afflek son zamanlar həyat yoldaşının şıltaqlığına görə depressiv vəziyyətə düşüb. Mənbələrin bildirdiyinə görə, cütlük hazırd

20:20 155
.

Rəqsanənin bu fotosu MÜZAKİRƏLƏRƏ SƏBƏB OLDU

Müğənni Rəqsanə İsmayılovanın paylaşımı müzakirələrə səbəb olub. BİG.AZ xəbər verir ki, müğənni sosial mediada açıq-saçıq geyimdə yeni fotosunu paylaşıb. Foto bəzi izləyicilər tərəfindən birmənalı qarşılanmayıb. Paylaşımı təqdim edirik:

15:29 1385