160 şarla uçdu (Video)
Cənubi Afrikalı Mett Silver Vallens 160 şarla okean üzərindən uçub.
37 yaşlı Mett Silver Nelson Mandela adına tikiləcək uşaq xəstəxanasına pul yığmaq üçün bu addımı atıb.
Mett Silver daimi olaraq Böyük Britaniyada yaşayır və tibbi ləvazimatların satışı şirkətində marketinq meneceri kimi çalışır.
O, Robbenaylend adası üzərində havaya qalxıb. Məsələ ondadır ki, CAR-ın ilk qaradərili prezidenti Nelson Mandela bu adada təxminən 30 il həbsdə qalıb. Mett Silver uçuşunu CAR-ın Keyptaun şəhəri sahillərində başa çatdırıb. O deyib ki, ideya ağlına astronavtlar haqqında proqrama baxdıqdan sonra gəlib. O, okean üzərində təxminən kilometr uçub.
mənbə: publika.az
BiG.Az Telegramda izləyin instagramda izləyin
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Facebookda Paylaş