Oğlan qız dostunu küçənin ortasında döydü (Video)
Türkiyənin paytaxtı Ankarada iki gənc qızın mübahisəsi oğlanların da işə qarışması ilə daha da böyüyüb.
Qızılirmak küçəsində iki qız naməlum səbəbdən mübahisə etməyə başlayıblar.
Mübahisəyə qızların oğlan dostlarının müdaxilə etməsi ilə mübahisə daha da qızışıb və nəticədə əsəbilərinə hakim ola bilməyən qızlardan biri rəfiqəsinin üzünə sillə vurub.
Oğlanlar onları ayırmaq istəyən zaman həmin qız oğlan dostunun yaxasından tutaraq onu yerə yıxdı. Bundan bərk əsəbiləşən həmin gənc ayağa qalxaraq qız dostunu təpikləməyə başladı.
Daha sonra içkili olduqları təxmin edilən mübahisə edən gənclər bir araya gələrək yollarına davam etdilər.
mənbə: gun.az
BiG.Az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş



